AzTehsil.com


Xəbərlər
28 mart 2022
1 163


Beynəlxalq Baş Aşpaz” uşaq və gənclər arasında kulinariya üzrə onlayn Beynəlxalq müsabiqənin Respublika mərhələsinin mükafatlandırma mərasimi keçirilib




 Cari ilin 28 mart tarixində Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM)  təşəbbüsü və təşkilatçılığı, La Quzu  (bycafecity) restoranının tərəfdaşlığı ilə respublikada ilk dəfə olaraq “Beynəlxalq Baş Aşpaz” uşaq və gənclər arasında kulinariya üzrə onlayn Beynəlxalq müsabiqənin Respublika mərhələsinin mükafatlandırma mərasimi keçirilib.


 Müsabiqənin əsas məqsədi Azərbaycan mətbəxinin ənənəvi reseptlərinin qorunması, uşaqlar və gənclər arasında milli kulinariya sənətinin inkişaf etdirilməsi, məktəblilər arasında ekoloji sağlam qidalanmanın təbliği, eyni zamanda Azərbaycan mətbəxinin beynəlxalq səviyyədə tanıdılmasından ibarətdir.


Müsabiqə “Azərbaycanın Baş Aşpazı” mərhələsi və “Beynəlxalq Baş Aşpaz” mərhələsindən ibarət olub. Məktəblilər “Azərbaycanın Baş Aşpazı” mərhələsində soyuq qəlyanaltı, salat, əsas milli isti xörəklər, milli desert nominasiyaları üzrə iştirak ediblər. “Beynəlxalq Baş Aşpaz” mərhələsində isə xarici ölkə iştirakçıları Azərbaycan mətbəxinə aid olan əsas xörəklər nominasiyası üzrə iştirak edəcəklər. 


Mükafatlandırma mərasimində qalib şagirdlər, müəllimlər, valideynlər, aşpazlar və media nümayəndələri iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Dilarə Hacıyeva məktəblilərin maarifləndirilməsi istiqamətində keçirilən müsabiqənin əhəmiyyətindən, sağlam yaşamağın təməlində məhz sağlam qidalanmanın dayanmasından, son illərdə ölkəmizdə qida təhlükəsizliyinə nəzarət işininin təkmilləşdirilməsindən, təhsil müəssisələrində uşaq, yeniyetmə və gənclərin ekoloji sağlam və düzgün qidalanmasından, həmçinin “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”ndan, düzgün qidalanma və sanitar-gigiyenik qaydalarla bağlı məktəblilər arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin aparılmasından bəhs edib. 


Qeyd edək ki, müsabiqənin  Respublika mərhələsində 10-12 və 13-15 yaş qrupu üzrə 500 iştirakçı seçdiyi nominasiya üzrə hazırladıqları video çarxı təqdim edib. 68 iştirakçı final mərhələsinə vəsiqə qazanıb, onlardan 15 məktəbli isə qalib seçilib.

Müsabiqənin qalibləri diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.



















Загрузка...
Həmçinin oxuyun:
“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

UNEC tələbələrindən xeyriyyə aksiyası

UNEC tələbələrindən xeyriyyə aksiyası

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

“Azərbaycanın Zəfəri” adlı Respublika festivalının  qaliblərinin mükafatlandırılması mərasimi və qala konsert keçirilib.

“Azərbaycanın Zəfəri” adlı Respublika festivalının qaliblərinin mükafatlandırılması mərasimi və qala konsert keçirilib.

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Aşpazlıq üzrə milli müsabiqəyə müraciətlərin qəbulu yekunlaşır

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Aşpazlıq üzrə milli müsabiqəyə müraciətlərin qəbulu yekunlaşır

“Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcək

“Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcək

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika  müsabiqəsinin təltifetmə mərasimi keçirilib

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib

“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib

“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

Beynəlxalq Uşaq Festivalı ilə bağlı onlayn görüş

Beynəlxalq Uşaq Festivalı ilə bağlı onlayn görüş

"Mənim milli adət-ənənələrim" beynəlxalq rəsm müsabiqəsi yekunlaşıb

"Mənim milli adət-ənənələrim" beynəlxalq rəsm müsabiqəsi yekunlaşıb

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

Məktəblilər arasında “Orienteering Junior Competition” adlı  yarış baş tutub.

Məktəblilər arasında “Orienteering Junior Competition” adlı yarış baş tutub.

“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

"Türk Dünyası Muzeylərinin həftəsi" başa çatıb

"Türk Dünyası Muzeylərinin həftəsi" başa çatıb