AzTehsil.com


Xəbərlər / Müəllim
09 mart 2021
1 085


“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib



“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika  müsabiqəsinin təltifetmə mərasimi keçirilib

 

 Martın 9-da Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Aşıqlar Birliyinin əməkdaşlığı ilə "Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn respublika  müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq qeyd olunan onlayn respublika müsabiqəsi çərçivəsində 03-05 mart tarixlərində peşəkar müəllimlər tərəfindən aşıq sənəti üzrə onlayn ustad dərslər təşkil edilib və "Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş xüsusi mükafat” nominasiyası üzrə də mükafatlandırma mərasimi keçirilib. 

Ustad dərslərinin və müsabiqənin keçirilməsində əsas məqsəd Aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgər sənətinin təbliği, həmçinin musiqi tariximizdə öz qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu işin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir.

Müsabiqə 4 yaş qrupu (9-20 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilib və ümumilikdə 200 nəfər müsabiqədə iştirak edib. Müsabiqənin birinci turu noyabr və dekabr ayları arasında, 2021-ci il yanvar-mart aylarında isə ll tur keçirilmişdir.
Tədbirin rəsmi açılış mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Aşıqlar Birliyinin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və  əməkdar incəsənət xadimi, YUNESKO-nun qeyri-maddi irsinin eksperti Sənubər Bağırova salamlama nitqi ilə çıxış ediblər.

Müsabiqənin münsiflər heyətində Azərbaycan  Dövlət  Mədəniyyət  İncəsənət  Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəhimov Əhliman, Azərbaycan  Dövlət  Mədəniyyət  İncəsənət  Universitetinin  dosenti, sənətşünaslıq  üzrə fəlsəfə doktoru Fəzail Orucov, Əməkdar artist, Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, Şuşa Humanitar Kollecinin müəllimi Şərifli Məharət təmsil olunub.

Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib, müsabiqənin nəticələrinə əsasən, Babaşov Murad (Bakı) "Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş xüsusi mükafat” nominasiyası üzrə mükafata, 9-11 yaş qrupu üzrə Nəhmətli Bahadur (Qobustan) I yerə, Cəfərli Kənan (Qubadlı) II yerə, Abbasova Sona (Bakı) və Məmmədov Fuad (Ağstafa)  III yerə, 12-14 yaş qrupu üzrə Məmmədli Pərvin (Bakı) I yerə, Aşurov Həsən (Bakı) və Qaraşlı Şahin (Ağdam) II yerə, Bəkirov Abbas (Mingəçevir), Şixəliyev Elmir (Qaradağ), Məmmədli Tunar (Laçın) III yerə, 15-17 yaş qrupu üzrə Qurbanlı Vahid (Ağstafa) I yerə, Gülməmmədov Kənan (Bakı), Alxasov Tacir (Bakı) II yerə, Əhmədov Anar (Şuşa), Məmmədov İlkin (Kəlbəcər), Hüseynov İbrahim (Ağstafa) III yerə, 18-20 yaş qrupu üzrə Məmmədova Ayşə (Bakı) I yerə, Alışov Aynəttin (Bakı) II yerə layiq görülüb. 

Müsabiqənin qalibləri Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.



Загрузка...
Həmçinin oxuyun:
“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

Onlayn müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib-FOTO

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Qarsdakı azərbaycanlı müəllimlər daha bir uğura imza atıb

Qarsdakı azərbaycanlı müəllimlər daha bir uğura imza atıb

"Mənim milli adət-ənənələrim" beynəlxalq rəsm müsabiqəsi yekunlaşıb

"Mənim milli adət-ənənələrim" beynəlxalq rəsm müsabiqəsi yekunlaşıb

Boks üzrə respublika birinciliyi

Boks üzrə respublika birinciliyi

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

Beynəlxalq uşaq rəsm müsabiqəsi: Qarabağ Azərbaycandır!

Beynəlxalq uşaq rəsm müsabiqəsi: Qarabağ Azərbaycandır!

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib

"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib

Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

Güllə atıcılığı üzrə birincilik

Güllə atıcılığı üzrə birincilik