AzTehsil.com


Xəbərlər / Şagird
02 dekabr 2020
2 558


Beynəlxalq uşaq rəsm müsabiqəsi: Qarabağ Azərbaycandır!



 

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq uşaq rəsm müsabiqəsi keçirilir. Müsabiqə dekabrın 29-dək davam edəcək.

Nazirlikdən  bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə Vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Müsabiqəyə respublikamızda və xarici ölkələrdə yaşayan 6-17 yaşlı uşaq və gənclər dəvət olunur. Eyni zamanda, müəllimlər müsabiqəyə qatıla bilərlər. İştirakçılar qeyd olunan şərtləri nəzərə almalıdırlar:

– Müsabiqə 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) üzrə keçirilir;

– Ümumtəhsil və internat məktəbləri, uşaq-gənclər inkişaf mərkəzləri və digər təhsil müəssisələrindən hər yaş qrupu üzrə müsabiqəyə bir rəsm işi təqdim edə bilər;

– Rəsmlər maksimum A2 formatda olmalıdır;

– Rəsmlərin işlənmə texnikası sərbəstdir (yağlı boya, akril, akvarel, quaş, rəngli karandaş, flomaster, pastel təbaşir, tuş və s.);

– Şərtlərə cavab verməyən işlər müsabiqədən kənarlaşdırılır;

– Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, yaşadığı ölkənin və şəhərin adı Azərbaycan və ingilis əlifbası ilə qeyd olunmalıdır;

– Rəsmlər elektron şəkildə müsabiqənin Təşkilat Komitəsinin ([email protected]) elektron ünvanına göndərilməlidir.

Müsabiqə haqqında ətraflı məlumat Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook” və "Instagram” səhifəsində təqdim olunur.

Müsabiqə 3 mərhələdə keçiriləcək:

I mərhələ – 18 noyabr-15 dekabr 2020-ci il. Müsabiqəyə qatılmaq istəyən iştirakçıların rəsm işlərinin qəbulu;

II mərhələ – 15-23 dekabr, rəsmlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi və qaliblərin seçilməsi;

III mərhələ – 24-29 dekabr, müsabiqə qaliblərinin sosial şəbəkə vasitəsilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook” və "Instagram” səhifəsində elan edilməsi və diplomların qaliblərin elektron ünvanlarına göndərilməsi.

Müsabiqəyə təqdim olunan rəsmlər mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə bir iştirakçı "Qran-Pri” mükafatına layiq görüləcək.

Əlavə suallar olacağı təqdirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook” və "Instagram” səhifələrinə müraciət etmək və +994 50 432 43 02, + 994 55 549 58 52 "WhatsApp” telefon nömrələri ilə əlaqə yaratmaq lazımdır.



Загрузка...
Həmçinin oxuyun:
“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

“Zəfər tariximiz” onlayn respublika intellektual yarışmasına start verilib - FOTO

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

"Biz planetin uşaqlarıyıq" beynəlxalq rəsm müsabiqəsi yekunlaşdırılıb

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

“Biz birlikdə güclüyük” onlayn rəsm müsabiqəsi

"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib

"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

"Gələcək naminə birlikdə!” adlı onlayn videoçarx müsabiqəsi

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi

9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub

"Mənim milli adət-ənənələrim" beynəlxalq rəsm müsabiqəsi yekunlaşıb

"Mənim milli adət-ənənələrim" beynəlxalq rəsm müsabiqəsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Qavaldaş” onlayn beynəlxalq festival-müsabiqəsinin I mərhələsi yekunlaşıb

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir

Müsabiqəyə yekun vurulub

Müsabiqəyə yekun vurulub

Onlayn müsabiqəyə 1500-ə qədər iş təqdim olunub

Onlayn müsabiqəyə 1500-ə qədər iş təqdim olunub

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

“Gənc riyaziyyatçıların intellekt müsaqibəsi” keçirilib

“Gənc riyaziyyatçıların intellekt müsaqibəsi” keçirilib

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri beynəlxalq tədbirdə

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Azərbaycana sevgi ilə” adlı virtual rəsm sərgisi

“Azərbaycana sevgi ilə” adlı virtual rəsm sərgisi

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib