Xəbərlər / Müəllim
03 mart 2021
852


“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

 

Martın 2-də "Sabahın alimləri” X respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib. 

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev bütün qalibləri təbrik edib, hər birinə fəaliyyətlərində uğurlar arzulayıb. Nazir "Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətindən söz açaraq müsabiqənin şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsir göstərdiyini qeyd edib.

Bildirilib ki, cari ildə 14 şəhər və rayonun ümumtəhsil məktəbində təhsil alan 208 şagird 123 elmi  layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 37-i fərdi, 86-ı isə kollektiv işlənilmiş layihə olub.

Müsabiqəyə buraxılan layihələrlə Bakı şəhəri üzrə 55 faiz, Sumqayıt şəhəri üzrə 18 faiz,  Şirvan rayonu üzrə 10 faiz, həmçinin Naxçıvan Muxtar Respublikası və 10 rayon ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri iştirak edib.

Şagirdlər müsabiqəyə riyaziyyat – 14, fizika, astronomiya -16, kimya – 8, biologiya – 16, tibb və sağlamlıq – 12, ekologiya, ətraf mühitin idarəolunması – 20, kompüter elmləri – 10, mühəndislik – 17 layihə ilə qatılıb.

Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin qərarına görə, müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 48 layihə üzrə 81 şagird, o cümlədən I yerə 8 layihə üzrə 13 şagird, II yerə 16 layihə üzrə 27 şagird, III yerə 24 layihə üzrə 41 şagird layiq görülüb.
 
Qaliblər sırasından İSEF- Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək üçün  isə 7 layihə  seçilib.

"Sabahın alimləri” respublika müsabiqəsinin iştirakçılarına hər il olduğu kimi bu il də ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin Xüsusi Mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 11 layihəyə (17 şagirdə) təqdim olunub.

Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artır. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış mərasimi

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış mərasimi

“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib

“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib

Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində

Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat yekunlaşıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat yekunlaşıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

7 şagirdimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində

7 şagirdimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

“Elektron təhsil” respublika müsabiqəsinin nominantları müəyyənləşib

“Elektron təhsil” respublika müsabiqəsinin nominantları müəyyənləşib

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi

V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb

"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb

Məktəblilərin iki layihəsi uğur qazanıb

Məktəblilərin iki layihəsi uğur qazanıb

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb