AzTehsil.com


Xəbərlər
13 aprel 2017
3 140


Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib



Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

 

Aprelin 12-də Bakı şəhər məktəbliləri arasında II "Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.
 
Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
 
Dünyada "Kosmos Günü” kimi tanınan bu tədbirin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. 
 

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

 

Müsabiqədə Bakı şəhəri üzrə fəaliyyət göstərən "Ekoklub”ların üzvləri və ümumtəhsil məktəbləri şagirdlərinin hazırladıqları kosmik robot və peyklərin quraşdırma modelləri, "yad planetlilər”in maskaları, kosmosa aid fantastik bədii və ya cizgi filmlərinin qəhrəmanlarına həsr olunmuş rəsmlər, plastilindən hazırlanmış kosmik "bədheybətlər”in fiqurları nümayiş etdirilib.
 

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

 

4 nominasiya üzrə yaradıcılıq işlərinə baxış keçirilib və qaliblər müəyyənləşdirilib. Uğurlu çıxışların sonunda gənc tədqiqatçılar diplom və sertifikatlara layiq görülüblər. Bütün iştirakçılara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.
 

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

 

Müsabiqədə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Cücələrim" ansamblı çıxış edib.
 

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib




Загрузка...