Azərbaycanlı gənc nüfuzlu dünya şirkətində işə düzəlib
ARTİ-nin “Kibertəhlükəsizlik” təlim layihəsini uğurla bitirən Rəşad Əliyev hal-hazırda IBM şirkətində Security Specialist Trainee olaraq işə başlayıb.
R.Əliyev bakalavr təhsilini Fransız-Azərbaycan Universitetində Kompüter elmləri üzrə, magistr təhsilini isə Kibertəhlükəsizlik ixtisası üzrə Macarıstanın Eötvös Loránd Universitetində davam edib.
O, qeyd edir ki, bakalavr təhsili boyunca aldığı ümumi kompüter bilikləri fundamental kibertəhlükəsizlik mövzularını başa düşməyinə kömək olub və ARTİ-nin “Kibertəhlükəsizlik” təlim layihəsinin təcrübəli təlimçiləri sayəsində çətinlik çəkməyib.
Təlim boyunca xüsusi platforma və verilən texniki tapşırıqlar sayəsində öyrəndiyi nəzəri məlumatları praktikada həyata keçirə bilən R. Əliyev layihənin təlimçilərinin karyera barədə dəyərli məsləhətlərinə əsaslanaraq özünə müəyyən yol xəritəsi hazırlayıb.
Qeyd edək ki, O ilk işinə Azərbaycan Beynəlxalq Bankında Təhlükəsizliyə Nəzarət Mərkəzinin Analitiki olaraq başlayıb.