Xəbərlər
07 may 2021
894


Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub

 

Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub. Bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Prof.Dr. Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru təyin olunub.

AzTU-dan  bildirilib ki, Prof.Dr. Çetin Elmas 1982–1986-cı illərdə Türkiyənin Qazi Universitetində elektrik elektronika mühəndisliyi ixtisası üzrə bakalavr, 1986-1988-ci illərdə magistr, 1990-1991-ci illərdə İngiltərənin Birminhem Universitetində fəlsəfə ixtisası üzrə magistr təhsili alıb. 1991-1993-cü illərdə İngiltərənin Birminhem Universitetində elektrik elektronika mühəndisliyi doktoru elmi dərəcəsi alıb.

Çetin Elmas 1993–1995-ci illərdə Türkiyənin Qazi Universitetində dosent köməkçisi, 1995-2001-ci illərdə dosent vəzifələrini icra edib. 2001-ci ildən indiyə kimi Qazi Universitetinin Texnologiya fakültəsinin Elektrik elektronika mühəndisliyi kafedrasının professorudur.

Layihələrin idarə olunması və süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas Türkiyə Layihə İdarəetmə Assosiasiyası prezidentidir. O, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının layihələrin idarə edilməsində süni intellekt üzrə xüsusi qrupunun qlobal rəhbəridir.

Çetin Elmas, həmçinin İstanbulda Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının 24-cü Dünya Konqresinə sədrlik edib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri Emin Əmrullayevin yeni kadr təyinatları

Təhsil naziri Emin Əmrullayevin yeni kadr təyinatları

Texniki Universitetə yeni prorektor təyin olundu

Texniki Universitetə yeni prorektor təyin olundu

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Novruz Məmmədov prorektor TƏYİN OLUNDU

Novruz Məmmədov prorektor TƏYİN OLUNDU

Təhsil İnstitutuna yeni direktor təyinatı

Təhsil İnstitutuna yeni direktor təyinatı

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu

Təhsil nazirinə yeni müşavir təyin olunub - FOTO

Təhsil nazirinə yeni müşavir təyin olunub - FOTO

I ixtisas qrupunda təhsil almaq istəyənlərə UNEC-dən fürsət: Yeni kampusda 9 yeni ixtisas üzrə bakalavr təhsili

I ixtisas qrupunda təhsil almaq istəyənlərə UNEC-dən fürsət: Yeni kampusda 9 yeni ixtisas üzrə bakalavr təhsili

AzTU və OSTİM Texniki Universiteti arasında texniki təhsilin inkişafına dair müzakirələr

AzTU və OSTİM Texniki Universiteti arasında texniki təhsilin inkişafına dair müzakirələr

Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

Təhsil İnstitutunun kollektivində yeni təyinatlar olub

Təhsil İnstitutunun kollektivində yeni təyinatlar olub

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Universitetin professoru vəfat etdi

Universitetin professoru vəfat etdi

İngiltərənin Derbi Universiteti ilə əməkdaşlıq imkanlarının müzakirəsi

İngiltərənin Derbi Universiteti ilə əməkdaşlıq imkanlarının müzakirəsi

UNEC-də yeni ixtisaslar yaradılıb

UNEC-də yeni ixtisaslar yaradılıb

Harvardın 30 yaşlı azərbaycanlı professoru...

Harvardın 30 yaşlı azərbaycanlı professoru...

Nazir İqtisad Universitetinə yeni prorektor təyin etdi

Nazir İqtisad Universitetinə yeni prorektor təyin etdi

Ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Təhsil Naziri yeni yaradılmış Agentliyə yeni sədr təyin etdi - FOTO

Təhsil Naziri yeni yaradılmış Agentliyə yeni sədr təyin etdi - FOTO