AzTehsil.com


Xəbərlər
30 dekabr 2019
3 290


4 yaşında şagird, 14 yaşında tələbə, 18 yaşında magistr olan azərbaycanlı qız deputatlığa namizəd oldu



 

Bakı Dövlət Universitetinin (BDU)18 yaşlı magistrantı Milli Məclisə keçiriləcək seçkilərə namizədliyi irəli sürüb.

Hazırda magistr təhsilini dövlət sifarişi əsasında 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirən Turanə Tağıyeva Milli Məclisin 6-cı çağırışına keçiriləcək növbədənkənar seçkilərə namizədliyini irəli sürüb.
Qeyd edək ki, T.Tağıyeva 2000-ci ilin avqustunda anadan olub. O, 4 yaşında 193 nömrəli məktəbə gedib, 10-11-ci sinfi isə 212 nömrəli məktəbdə davam etdirib və 14 yaşında BDU-ya qəbul olub.
T.Tağıyeva BDU-da bakalavr təhsilini bu il fərqlənmə diplomu ilə bitirib. 18 yaşlı tələbə magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb.



Загрузка...