AzTehsil.com


Xəbərlər / Müəllim
06 yanvar 2021
1 098


Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb



Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

 

Yanvarın 6-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün "Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, sözügedən Memorandumu Azərbaycan tərəfdən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, qarşı tərəfdən isə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Viktor Szederkenyi imzalayıb.

Yeni Memorandum çərçivəsində Azərbaycan vətəndaşları Macarıstanda kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi, təbiət elmləri və davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları və texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri ixtisas istiqamətləri ilə yanaşı tibb elmləri və beynəlxalq münasibətlər sahələri üzrə də təqaüdlü təhsil ala biləcəklər. Eyni zamanda azərbaycanlı gənclər "one-tier” magistr proqramı (bakalavriat və magistratura birgə) təhsil səviyyəsi üzrə də bu ölkənin ali təhsil müəssisələrində təhsil imkanı əldə edə biləcəklər.

Həmçinin ilk dəfə olaraq, Azərbaycan tərəfi Macarıstan vətəndaşları üçün 10 təqaüd yeri təqdim edəcək. Onlar bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edə biləcəklər.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində sıx əməkdaşlıq həyata keçirilir. Bu günədək 2015-2017-ci və 2018-2020-ci illər üzrə Azərbaycan vətəndaşlarının Macarıstanda təqaüdlü təhsili ilə bağlı iki iş proqramı həyata keçirilib. Hər iki proqram üzrə ümumilikdə 1000-ə yaxın Azərbacan vətəndaşı Macarıstanın "Budapest University of Technology and Economics”, "Corvinus University of Budapest”, "University of Szeged”, "Eötvös Loránd University”, "University of Debrecen” və "University of Pécs” kimi aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün ehtiyac duyulan ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.



Загрузка...
Həmçinin oxuyun:
Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib

Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib

Çində təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

Çində təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

Təhsil Nazirliyi Çinə 23 tələbə göndərir

Təhsil Nazirliyi Çinə 23 tələbə göndərir

Azərbaycanlı gənclər bu ölkədə ali təhsil ala bilərlər - ELAN

Azərbaycanlı gənclər bu ölkədə ali təhsil ala bilərlər - ELAN

4 nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb

4 nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb

Macarıstanda ali təhsil üçün sənəd qəbulu başlayıb

Macarıstanda ali təhsil üçün sənəd qəbulu başlayıb

5 azərbaycanlı gənc Rumıniyada təhsil almaq imkanı qazanıb

5 azərbaycanlı gənc Rumıniyada təhsil almaq imkanı qazanıb

Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı

Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı

2020-2021-ci tədris ili üzrə Macarıstanda təqaüd proqramı

2020-2021-ci tədris ili üzrə Macarıstanda təqaüd proqramı

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Rumıniyada təhsil alacaq şəxslərin adları təsdiqlənib

Rumıniyada təhsil alacaq şəxslərin adları təsdiqlənib

2020-2021-ci tədris ili üzrə Çində təqaüd proqramı

2020-2021-ci tədris ili üzrə Çində təqaüd proqramı

Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Milli Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

UNEC-də növbəti yenilik

UNEC-də növbəti yenilik

Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

Amerikanın ən yaxşı universitetləri

Amerikanın ən yaxşı universitetləri

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu aparılır

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu aparılır