AzTehsil.com


Xəbərlər / Ekspert
17 mart 2022
985


Təhsili siyasi maraqlara tabe etdirmək, bu işdə maraqlı tərəflərin qurbanına çevirmək heç bir halda yolverilməzdir- Ekspertdən ŞƏRH




Dünyada tanınmış bir neçə beynəlxalq universitet assosiasiyaları Rusiyanın universitetlərinin bu təşkilatlarda akreditasiyasını və üzvlüyünü dayandırmaq haqqında rəsmi açıqlama veriblər.

Səbəb olaraq Rusiyanın Ukraynaya təcavüz etməsi qeyd edilib. Bu açıqlamalardan sonra Rusiya diplomlarının xaricdə tanınmayacağı haqqında məlumatlar verilib. lkəmizdən xeyli sayda gənclər Rusiya universitetlərində təhsil alırlar. Həmçinin bizim ölkəmizdə də Rusiyanın bir neçə ali məktəbinin filialları fəaliyyət göstərir..

Belə olan halda bizim bu universitetlərdə təhsil alanlarımızın vəziyyəti necə olacaq? Bu universitetlərdə təhsil alanlarımız üçün risklər varmı?

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov Bakupost.az -a açıqlamasında deyib ki, hər hansı bir ölkənin ərazi bütövlüyünü tanımaq, onun suverenliyinə hörmətlə yanaşmaq, haqq savaşına dəstək olmaq ayrı şeydir, təcavüzkar hesab etdiyin ölkənin universitetlərinin hansısa ölkələrdə akreditasiyasını və üzvlüyünü dayandırmaq, bu ölkənin diplomlarının tanınmayacağı barədə qərar qəbul etmək tamam başqa şey. Bu baxımdan dünyada tanınmış bir neçə beynəlxalq universitet assosiasiyalarının Rusiyanın universitetlərinin bu təşkilatlarda akreditasiyasını və üzvlüyünü dayandırmaq haqqında rəsmi açıqlama verməsini, Rusiya diplomlarının xaricdə tanınmayacağı haqqında məlumatlar yaymasını provakasion bir addım kimi də qiymətləndirmək olar. Eyni zamanda bunun gələcəkdə hansı fəsadlara yol aça biləcəyini bəri başdan təxmin etmək də o qədər çətin deyil.

Ekspertin sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yürüdür. Təhsil dövlət siyasətinin tərkib hissələrindən biri olub, dövlətimizin prioritet sahəsidir. Rusiya universitetlərinə qarşı bu məntiqsiz addımların atılması hansısa beynəlxalq güclərin, digər suveren dövlətləri də öz əllərində alətə çevirmək cəhdindən başqa bir şey deyildir. Başqa sözlə bu, dünyadakı ikili standartların növbəti nümunələrindən biridir. Təhsili hansısa siyasi maraqlara tabe etdirmək, bu işdə maraqlı tərəflərin qurbanına çevirmək heç bir halda yol verilə biləcək mövqe ola bilməz:

“Ədalətin yanında olmaq, onun bərpası üçün sanksiyalar tətbiq etməyin xeyli sayda başqa vasitələri, üsulları var. Bizim Rusiya ilə humanitar əməkdaşlıq sahəsində birgə fəaliyyətimizin dərin kökləri və ənənələri var. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu məktəblərin sayı barədə çox deyilib çox yazılıb. Respublikamızda Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir. Universitetlər səviyyəsində ayrı-ayrı əlaqələr humanitar sahədə inkişafa təkan verir və bu işdə 2015-ci ildə yaradılan Azərbaycan və Rusiya Universitetləri Assosiasiyası xüsusi rol oynayır. Təkcə 2018 –ci ilin statistikasına əsasən Rusiyanın ali təhsil müəssisələrində 15 minə yaxın azərbaycanlı tələbə təhsil alırdı. Bununla yanaşı "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində də Rusiya ali məktəblərinə təhsil almaq üçün xeyli sayda tələbə göndərilib. Rusiyada dövlət hesabına təhsil almaq imkanı qazanan, mübadilə proqramı çərçivəsində təhsil alan tələbələrimiz var. Rusiya Təhsil Nazirliyi ilə təhsil və elm sahələrində birgə layihələrin həyata keçirilməsi barədə müqavilələrimiz də öz yerində. Rusiya vətəndaşı olan azərbaycanlıların da ölkəmizdə təhsil alması üçün heç bir maneə yoxdur”.



Nadir İsrafilov vurğulayıb ki, elə bir qərarın dəstəklənməsi bizim Rusiyada təhsil alan gənclərimiz üçün hansı problemlər yaradacağını düşünmək və bunun hansı fəsadlara yol açacağını təsəvvür etmək yəni, bu qədərmi çətindir? Məsələnin son dərəcə ciddiliyinə açıq gözlə baxılmaması, Ukraynadan təxliyyə olunan tələbələrimiz azmış kimi, hələ Rusiyadan da gələnləri əlavə edəcək olsaq bu universtitetlərimiz, bütövlükdə təhsilimiz üçün astronomik bir rəqəm təşkil edəcəyinin fərqində olmalıyıq:

“Heç də əbəs yerə deyil ki, Avropa Universitetləri Birliyinin Ukrayna ilə bağlı son bəyanatında da göstərilir ki, Rusiyanın bu ölkəyə müdaxiləsi ən sərt şəkildə pislənir. Həmçinin rusiyalı alimlər ilə təhsil və tədqiqat əməkdaşlığının davam etdirilməsinin hazırda məqsədəuyğun olduğu bildirilib”.




Загрузка...
Həmçinin oxuyun:
Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Təhsil naziri Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Təhsil naziri Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Azərbaycan və rus tarixçilər arasında MÜBAHİSƏ: "Erməniləri buraya siz köçürmüsüz?" - VİDEO

Azərbaycan və rus tarixçilər arasında MÜBAHİSƏ: "Erməniləri buraya siz köçürmüsüz?" - VİDEO

MDB ölkələri kiril əlifbasına qayıdacaq?-Rusiyanın Təhsil Nazirindən sensasion təklif

MDB ölkələri kiril əlifbasına qayıdacaq?-Rusiyanın Təhsil Nazirindən sensasion təklif

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

Rəqəmsal iqtisadiyyatın inkişafı və universitet təhsili-Dosent  İlham Əhmədov

Rəqəmsal iqtisadiyyatın inkişafı və universitet təhsili-Dosent İlham Əhmədov

“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov

“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

11 yaşlı azərbaycanlı idmançı Rusiyanın naziri tərəfindən təltif edildi

11 yaşlı azərbaycanlı idmançı Rusiyanın naziri tərəfindən təltif edildi

"Fikrimcə, Rusiya ali məktəblərində oxuyan tələbələrin sayının 11 mini ötməsi bizi təəccübəlndirməməlidir"

"Fikrimcə, Rusiya ali məktəblərində oxuyan tələbələrin sayının 11 mini ötməsi bizi təəccübəlndirməməlidir"

"Ali məktəbə internetlə daxil ol"

"Ali məktəbə internetlə daxil ol"

Ukraynada əsir götürülən Əzizin qardaşı: “O, tələbədir, necə Rusiya tərəfdən döyüşə bilər?” – VİDEO

Ukraynada əsir götürülən Əzizin qardaşı: “O, tələbədir, necə Rusiya tərəfdən döyüşə bilər?” – VİDEO

“Təhsildə müasir texnologiyalar”

“Təhsildə müasir texnologiyalar”

"Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”

"Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Rusiya vətəndaşı ilə bağlı BSU-da araşdırma başladı – Açıqlama

Rusiya vətəndaşı ilə bağlı BSU-da araşdırma başladı – Açıqlama

İlham Əhmədov – Rəqəmsallaşmaya gecikən  universitetlərimiz

İlham Əhmədov – Rəqəmsallaşmaya gecikən universitetlərimiz

Azərbaycanlı gənclər Soçidə

Azərbaycanlı gənclər Soçidə

"İnandırıcı görünmür ki, Rusiya kəşfiyyatı belə bir savadsıza maya qoysun"

"İnandırıcı görünmür ki, Rusiya kəşfiyyatı belə bir savadsıza maya qoysun"

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

Azərbaycan Universiteti ilə Rusiyanın elmi istinad bazası arasında müqavilə imzalanıb

Azərbaycan Universiteti ilə Rusiyanın elmi istinad bazası arasında müqavilə imzalanıb

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

Nadir İsrafilov - Bu vədlər bəzən öz təsdiqini tapsa da, bəzi hallarda alınan diplom Azərbaycanda tanınmır.

Nadir İsrafilov - Bu vədlər bəzən öz təsdiqini tapsa da, bəzi hallarda alınan diplom Azərbaycanda tanınmır.