"Fikrimcə, Rusiya ali məktəblərində oxuyan tələbələrin sayının 11 mini ötməsi bizi təəccübəlndirməməlidir"
"Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan aşağı nəticə göstərən abituriyentlər Rusiyanın, Türkiyənin, Ukraynanın ali məktəblərinə üz tuturlar. Vladimir Putinin səsləndirdiyi rəqəm böyük bir ölkə üçün normal rəqəmdir. Hər tədris ilində abituriyentlərin təxminən 30 faizi ali məkəblərə daxil olurlar. Burada ali məktəblərə daxil olmaq imkanından məhrum olanlar başqa ölkələrdə təhsil almaq imkanları axtarırlar. Ukrayna ali məktəblərinə meyl daha güclüdür. Ona görə ki, qəbul şərtləri və oxumaq asandır. Yola verirlər sadəcə. Məsələn, 2015/2016 –cı tədris ilində Ukraynda təhsil alan azərbaycanlı tələbələrin sayı 10. 529 nəfər olub. 2017-ci ilin məlumatına görə, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 15. 036 nəfər olub. Fikrimcə, Rusiya ali məktəblərində oxuyan tələbələrin sayının 11 mini ötməsi bizi təəccübəlndirməməlidir. Bu ölkədə yaşayan Azərbaycanlıların sayı da müqayisədə az deyil. Bununla yanaşı "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində də Rusiya ali məktəblərinə təhsil almaq üçün xeyli sayda tələbə göndərilib".