AzTehsil.com


Xəbərlər
26 aprel 2017
3 106


Azərbaycanda məzunlar məktəb proqramının 46-71%-ni mənimsəmirlər



Azərbaycanda məzunlar məktəb proqramının 46-71%-ni mənimsəmirlər

 

Azərbaycanda orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 29-54%-ni mənimsəyir.
 
Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında qeyd olunub ki, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 44.83, ədəbiyyatdan 44.39, riyaziyyatdan I, II qruplarda 30.45, III, IV qruplarda 29.96, fizikadan 34.02, kimyadan 33.42, biologiyadan 47.60, tarixdən 37.29, Azərbaycan tarixindən 39.41, coğrafiyadan 43.05, ingilis dilindən I qrupda 29.49, II, III qruplarda 35.17%-nə, Rus bölməsində isə ortastatistik abituriyent rus dili fənnindən test tapşırıqlarının 49.49, ədəbiyyatdan 54.32, riyaziyyatdan I, II qruplarda 34.85, III, IV qruplarda 32.44, fizikadan 40.27, kimyadan 38.33, biologiyadan 52.07, tarixdən 31.63, Azərbaycan tarixindən 36.50, coğrafiyadan 44.18, ingilis dilindən I qrupda 45.22, II, III qruplarda 50.70%-nə düzgün cavab verib. 
 
Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız  29-54 faizini düzgün cavablandırıb. Test tapşırıqlarının məktəb proqramını əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 46-71%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrin pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqlarının aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.



Загрузка...