Təhsil İnstitutunun əməkdaşları beynəlxalq konfransda tədqiqatlarının nəticələrini təqdim ediblər
Təhsil İnstitutunun əməkdaşları Türkiyədə Qazi Universitetinin təşkilatçılığı ilə keçirilən “Türk dünyası beynəlxalq təhsil elmləri” konfransında iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın “Müəllim hazırlığı” panelində Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı “Azərbaycanda müəllim hazırlığının inkişaf tarixi” mövzusunda çıxış edib.
Sessiyalarda isə Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov “Azərbaycanda pedaqoji tədqiqatların əsas istiqamətləri”, Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Piralı Əliyev “Orta məktəblərdə və liseylərdə türk dövlətlərinin ədəbiyyatlarının təhsili”, Könül Abaslı “Universitet tələbələrinin e-öyrənməyə hazırlıq vəziyyətləri” mövzusunda tədqiqatlarının nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıblar.