AzTehsil.com


Xəbərlər / Müəllim
08 sentyabr 2021
965


Könül Abaslı: Ənənəvi təhsilə keçid elmi-statistik təhlillərə əsaslanır



 

Təhsil Nazirliyinin sentyabrın 7-də keçirilən brifinqində cari vəziyyət, yerli xüsusiyyətlər və beynəlxalq təcrübədəki tətbiqlər nəzərə alınaraq ənənəvi təhsil prosesinin bərpa olunması ilə bağlı alınmış qərar haqqında ictimaiyyətə məlumat verilib. Belə ki, verilmiş qərara əsasən sentyabrın 22-dən ümumtəhsil müəssisələrinin I-IV siniflərində, sentyabrın 29-dan isə V-XI siniflərində, həmçinin orta ixtisas və ali təhsil müəssisələrində tədris prosesi ənənəvi qaydada həyata keçiriləcək.

Hər zaman olduğu kimi, nazirliyin qərarları elmi-statistik təhlillərə əsaslanıb. Sürətlə dəyişən vəziyyətlərdə çevik təhlillərin aparılması çətin olsa da, gündəlik yoluxma sayı, vaksinasiya dinamikası və cəmiyyətin pandemiya şəraitində yaşama təcrübələrinin artmasını nəzərə alaraq ənənəvi təhsilə keçid qərarı verilib.

Bunu  Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinin rəhbəri Könül Abaslı deyib.

O bildirib ki, səhiyyə sisteminin təcrübəsinin artması, yoluxma hallarının azalması, vaksinasiya prosesinin xüsusilə son bir ayda sürətlənməsi, sentyabr ayının sonuna qədər 4 milyondan çox vətəndaşın hər iki doza vaksin edilmiş olacağının proqnozlaşdırılması qərara təsir edən amillərdəndir. Müqayisə üçün qeyd edək ki, avqust ayının ortalarında təxminən hər iki dozanı qəbul etmiş vətəndaşlarımızın sayı cəmi 2,5 milyon olub.

Pandemiyanın başladığı dövrdən bu günə qədər müxtəlif ölkələrin pandemiya dövrünə dair həyata keçirdiyi təhsil siyasəti və tətbiqləri əsas götürülərək təhsil müəssisələrinin bağlı qalmasının ortaya çıxaracağı mənfi nəticələr və bu nəticələrin aradan qaldırılması istiqamətində atılması zəruri olan addımlar ilə əlaqəli müxtəlif genişmiqyaslı tədqiqatlar həyata keçirilib. Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, UNESCO, UNICEF, Fövqəladə Hallarda Təhsil üzrə Müəssisələrarası Şəbəkə (INEE) kimi beynəlxalq təşkilatlar mövzu ilə əlaqəli müxtəlif tədqiqatlar aparıb. Aparılmış tədqiqatlar təhsil müəssisələrinin bağlı qalmasının yaradacağı riskləri 3 əsas istiqamət üzrə dəyərləndirib. Bu risklər əsasən təhsildə fürsət və imkan bərabərsizliyinin ortaya çıxması və ya miqyasının daha da artması, təhsil prosesindən uzun müddət ayrı qalan təhsilalanların öyrənmə itkilərinin artması və son olaraq isə təhsil müəssisəsi ilə əlaqələri zəifləyən təhsilalanlarda davamiyyətin azalması və bununla da təhsil müəssisələrindən uzaqlaşma hallarının artması kimi qeyd olunub.

Pandemiya dövründə təhsildə fürsət və imkanların bərabərsizliyi təhsil prosesinin iştirakçılarının rəqəmsal texnologiyalara əlçatanlığı, internetə çıxışı və rəqəmsal savadlılığı kimi meyarlarla ölçülür. Sadalanan meyarlar baxımından müxtəlif qruplar arasında yaranan kəskin fərq "rəqəmsal uçurum” olaraq ifadə edilir. Pandemiyanın davam etdiyi müddətdə təhsil prosesinin məsafədən təşkili rəqəmsal uçurum mövzusunu aktuallaşdırıb.

İkinci risk olaraq qeyd olunan öyrənmə itkisinin təhsilalanların fiziki və zehni sağlamlıqlarına, onların gələcək həyatına mənfi təsir edəcəyi proqnozlaşdırılır.

Üçüncü risk olaraq qiymətləndirilən tədris prosesindən və təhsil müəssisəsindən uzaqlaşma hallarının artması həm fərdlərin şəxsi inkişafının, həm də sosial rifahın pisləşməsinə səbəb olacaq.

"Məsafədən təhsilin pandemiya dövründə məcburi bir seçim olduğu hər zaman qeyd olunur. Təhsil Nazirliyinin mümkün olan ən qısa zamanda ənənəvi təhsili bərpa etməsi çox mühüm və düzgün qərardır”, – deyə K.Abaslı fikrini yekunlaşdırıb.



Загрузка...
Həmçinin oxuyun:
Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq - Ekspertdən AÇIQLAMA

Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq - Ekspertdən AÇIQLAMA

Millət vəkili: “Sentyabrda ənənəvi tədrisə başlanılarsa, yoluxma sayı artacaqmı?”- VİDEO

Millət vəkili: “Sentyabrda ənənəvi tədrisə başlanılarsa, yoluxma sayı artacaqmı?”- VİDEO

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI

Sentyabrdan ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ AÇIQLANDI

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq? - AÇIQLAMA

Sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq? - AÇIQLAMA

Nadir İsrafilov :  Məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

Nadir İsrafilov : Məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Dərslər sentyabrın 1-dən BAŞLANACAQ? – RƏSMİ CAVAB

Məktəblilər niyə intihar edir?

Məktəblilər niyə intihar edir?

Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib

Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Yeni dərs ilində tədris prosesinin təşkili haqda rəsmi AÇIQLAMA

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov: Ənənəvi təhsil hazırki təhsildən daha vacibdir

Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir

Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? – AÇIQLAMA

Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? – AÇIQLAMA

Dünyada və Azərbaycanda böhran təhsili

Dünyada və Azərbaycanda böhran təhsili

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq? - Təhsil Nazirliyi AÇIQLADI

Pandemiya uşaq əməyindən istifadə hallarının artmasına səbəb ola bilər

Pandemiya uşaq əməyindən istifadə hallarının artmasına səbəb ola bilər

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”

Nadir İsrafilov : "Çoxları bunu qəti qərar kimi qəbul edir və öz həyəcan və narahatçılıqlarını gizlətmirlər.”