AzTehsil.com


Xəbərlər
29 iyun 2021
768


BSU-da Təhsil İnstitutunun rəhbərliyi ilə görüş keçirilib



BSU-da Təhsil İnstitutunun rəhbərliyi ilə görüş keçirilib

 

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası Təhsil İnstitutunun rəhbərliyi ilə görüş keçirilib.

BSU-nun təşəbbüsü ilə baş tutan görüşdə xarici dillərin tədrisi üzrə kadr hazırlığı prosesi, bu istiqamətdə ali təhsil müəssisəsinin qarşısında duran mühüm məsələlər, təhsil prosesinin bütün maraqlı tərəflərinin cəlb edilməsi vasitəsi ilə yüksək keyfiyyətli təhsil proqramlarının tətbiqi məsələləri müzakirə olunub.

BSU-da təklif edilən təhsil proqramlarının əmək bazarının, o cümlədən müvafiq təhsil və kvalifikasiya standartlarının tələblərinə uyğunluğu, təhsil proqramlarının yenidən hazırlanması və təkmilləşdirilməsində, eləcə də məzunların peşəkar karyera inkişafının izlənilməsi və kadrların yenidən hazırlanması prosesində bu tələblərin nəzərə alınmasının vacibliyi vurğulanıb, bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib. Görüş zamanı sosial elmlərin sahələri üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrində innovasiyaların dəstəklənməsi və transferi mərkəzlərinin yaradılmasının əhəmiyyəti qeyd olunub.  

BSU-nun beynəlxalq əməkdaşlığının əhatəliliyinin genişləndirilməsi, professor-müəllim heyətinin akademik və elmi fəaliyyətinin beynəlmiləlləşdirilməsi və elmi nəticələrinin çəkisinin beynəlxalq elmmetrik bazalarda artırılması mühüm hədəflərdən biri kimi qeyd edilib. BSU-nun prioritet inkişaf istiqamətləri üzrə fəaliyyətinin təşkilinə dəstək verəcək layihə qrupunun yaradılması, təhsil proqramının hazırlanması üzrə təlimlər, brendləşmə məsələləri, eləcə də Təhsil İnstitutunun dəstəyi ilə xarici dil müəllimlərinin peşəkar bacarıqlarının artırılmasına yönəlik proqramlar müzakirə olunub.

Görüş zamanı BSU-dakı böyük elmi və pedaqoji potensialın imkanları, eləcə də ali təhsil müəssisəsinin özünəməxsus təcrübəsinin əhəmiyyəti qeyd edilib, mövcud potensialın slavyandilli ölkələrdə akademik diasporanın və diaspora məktəblərinin inkişafındakı mühüm perspektivləri vurğulanıb.

BSU-nun rektoru səlahiyyətlərini müvəqqəti icra edən Anar Nağıyevin, Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun, BSU və Təhsil İnstitutunun  müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə əməkdaşlığın əsas fəaliyyət istiqamətləri üzrə tədbirlər planının əlaqləndirmə qrupu yaradılıb.  

 



Загрузка...
Həmçinin oxuyun:
SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

Yüksək Texnologiyalar Parkı ilə İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlıq perspektivləri müzakirə olunub

Yüksək Texnologiyalar Parkı ilə İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlıq perspektivləri müzakirə olunub

“Təhsil reseptləri”nin və Təhsilin İnkişafı üzrə Yol Xəritəsinin hazırlanması məqsədilə görüş-müzakirə keçirilib

“Təhsil reseptləri”nin və Təhsilin İnkişafı üzrə Yol Xəritəsinin hazırlanması məqsədilə görüş-müzakirə keçirilib

Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir

Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir

Təhsil nazirinin müavini Azərbaycan Respublikasının Təhsil İnstitutunun iş şəraiti və kollektivi ilə tanış olub.

Təhsil nazirinin müavini Azərbaycan Respublikasının Təhsil İnstitutunun iş şəraiti və kollektivi ilə tanış olub.

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

SABAH IV Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH IV Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Rusiyalı alimlər Nüvə Təbabəti Mərkəzində olub

Rusiyalı alimlər Nüvə Təbabəti Mərkəzində olub

Təhsil Nazirliyi: Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib

Təhsil Nazirliyi: Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib

AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib

Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər

Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Məleykə Abbaszadə: “ETS Global” təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi vacibdir

Məleykə Abbaszadə: “ETS Global” təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi vacibdir

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır