AzTehsil.com


Xəbərlər / Müəllim
05 dekabr 2020
1 323


Təhsil Nazirliyi: Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib



Təhsil Nazirliyi: Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib

 

Dekabrın 5-də Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, "T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil olunub.

Təhsil Nazirliyindən  bildirilib ki, azərbaycanlı və sinqapurlu mütəxəssislərin iştirak etdiyi görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib.

Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrənilib, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulub. Həmçinin Təhsil Nazirliyinin Sinqapurla əməkdaşlıq çərçivəsində təkmilləşdirilməsi planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev bildirib ki, beynəlxalq qiymətləndirmə proqramlarında ilk sırada olan Sinqapur ilə əməkdaşlıqda özümüzəməxsus məzmun, təcrübə formalaşdırılacaq.

Nazirlər Kabinetinin Qərarı ilə "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın təsdiq olunduğunu diqqətə çatdıran Anar Nağıyev qeyd edib ki, bu sənədə əsasən V sinifdə "Təbiət” fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək.

"T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə davam edən müzakirələrdə Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, Sinqapurun "Alston” nəşriyyatının icraçı direktoru Vi Çi Sim, "Marshall Cavendish” nəşriyyat evinin Mərkəzi Asiya üzrə bölgə direktoru Xairi Salehuddin Bin Abdullah, fizika müəllimi Yalçın İslamzadə, kimya müəllimi Elmir Manafov, biologiya müəllimi Həsən Həsənov, riyaziyyat müəllimi Vüqar Musayev çıxışlar ediblər.

Müzakirə Təhsil Nazirliyinin rəsmi "Facebook” səhifəsi üzərindən yayımlanıb.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi: Dərsliklər sinqapurlu mütəxəssislərlə birgə müzakirə ediləcək

Təhsil Nazirliyi: Dərsliklər sinqapurlu mütəxəssislərlə birgə müzakirə ediləcək

Təhsil Nazirliyi: Dərsliklərimiz Sinqapur modelli olacaq

Təhsil Nazirliyi: Dərsliklərimiz Sinqapur modelli olacaq

Təhsil Nazirliyi dərsliklərin təkmilləşdirilməsi ilə bağlı elmi ictimaiyyətin rəylərini təqdim edib

Təhsil Nazirliyi dərsliklərin təkmilləşdirilməsi ilə bağlı elmi ictimaiyyətin rəylərini təqdim edib

Təhsil Nazirliyi: V sinif Təbiət fənni üzrə məzmun standartları yazılacaq

Təhsil Nazirliyi: V sinif Təbiət fənni üzrə məzmun standartları yazılacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları hansılardır?

Dərslik siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin funksiyaları hansılardır?

Yeni dərsliklərin təsdiqi və nəşri...

Yeni dərsliklərin təsdiqi və nəşri...

“Şuşa dərsi” keçirilib

“Şuşa dərsi” keçirilib

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Dünyanın ən yaxşı təhsil verən ölkələri- SİYAHI

Dünyanın ən yaxşı təhsil verən ölkələri- SİYAHI

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

“Dərsliklər nə vaxtadək günahkar qalacaq?”

“Dərsliklər nə vaxtadək günahkar qalacaq?”

Gürcüstandakı azərbaycanlı müəllimlər üçün test bankı hazırlanacaq

Gürcüstandakı azərbaycanlı müəllimlər üçün test bankı hazırlanacaq

DİM dərsliklərlə bağlı apardığı monitorinqlər zamanı maraqlı faktları  üzə çıxardı

DİM dərsliklərlə bağlı apardığı monitorinqlər zamanı maraqlı faktları üzə çıxardı

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

Dərsliklərin monitorinq mərkəzi  yaradılacaq

Dərsliklərin monitorinq mərkəzi yaradılacaq

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclasında yeni dərs ilinə hazırlıq və tətbiq olunacaq qaydalar müzakirə edilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclasında yeni dərs ilinə hazırlıq və tətbiq olunacaq qaydalar müzakirə edilib

Azərbaycanda ehtiyat dərsliklər 2 fənn üzrə hazırlanacaq

Azərbaycanda ehtiyat dərsliklər 2 fənn üzrə hazırlanacaq

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər

Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər

Bakının məktəb direktorları İsrailə səfər ediblər

Bakının məktəb direktorları İsrailə səfər ediblər