AzTehsil.com


Xəbərlər
21 may 2020
1 076


Gürcüstandakı azərbaycanlı müəllimlər üçün test bankı hazırlanacaq



Gürcüstandakı azərbaycanlı müəllimlər üçün test bankı hazırlanacaq

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze, həmçinin hər iki tərəfin rəhbər şəxsləri arasında onlayn konfrans formatında görüş keçirilib.

Mərkəzdən  verilən məlumata görə, görüşdə Anlaşma Memorandumunun imzalanmasına dair məmnunluq qeyd olunmaqla sənəddə qeyd edilən aşağıdakı əməkdaşlıq istiqamətləri üzrə əldə olunan nəticələr müzakirə edilib və növbəti fəaliyyət planı nəzərdən keçirilib:

1. DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə İxtisas imtahanı üzrə qiymətləndirmə alətinə dair test bankının hazırlanması.

2. MQİM tərəfindən DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci siniflər) istifadə etdiyi test tapşırıqlarının ekspertizası;

Qeyd edək ki, DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə İxtisas imtahanı üzrə qiymətləndirmə alətinin tədbiqi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiyası zamanı diferensial əmək haqlarının müəyyən edilməsində istifadə olunacaqdır (hal-hazırda bu diferensial əmək haqqı sistemi qiymətləndirmə aləti olmadığından Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün şamil olunmur).

Əməkdaşlığa dair növbəti fəaliyyət planına əsasən aşağıdakı istiqamətlər müəyyən edilib. 

– MQİM tərəfindən Azərbaycan məktəblərində Gürcü dili üzrə qiymətləndirmə alətlərinin hazırlanması üçün onlayn təlimin təşkili;

– DİM tərəfindən Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycanlı müəllimlər üçün video dərs vəsaitləri, həmçinin təlim nəticələrinin yoxlanması üçün qiymətləndirmə imkanları ilə təminat;

– DİM və MQİM tərəfindən müxtəlif sahələrdə ingilis və ya rus dilində olan yoxlama-ölçmə materiallarının mübadiləsi;

– DİM və MQİM arasında mütəmaddi olaraq brifinq xarakterli videokonransların təşkili və təcrübə mübadiləsinin davam etdirilməsi.

Görüş zamanı həmçinin pandemiya dövründə keçirilən imtahanların xüsusiyyətləri ölkə təcrübəsi və mövcud həll yolları istiqamətində təcrübə mübadiləsi aparılmışdır və DİM tərəfindən həyata keçirilən profilaktik tədbirlər yüksək qiymətləndirilib.



Загрузка...
Həmçinin oxuyun:
DİM ittihamlara cavab verdi

DİM ittihamlara cavab verdi

DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib

DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib

Dövlət İmtahan Mərkəzi test tapşırıqlarının hazırlanması işinə mütəxəssis qəbulu elan edir

Dövlət İmtahan Mərkəzi test tapşırıqlarının hazırlanması işinə mütəxəssis qəbulu elan edir

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

Azərbaycan Təhsil Nazirliyi Gürcüstana 11 500 ədəd dərslik və metodiki vəsait göndərib

Azərbaycan Təhsil Nazirliyi Gürcüstana 11 500 ədəd dərslik və metodiki vəsait göndərib

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Şagirdlər üçün qiymətləndirmə tapşırıqları  vəsaitləri nəşr olunub

Şagirdlər üçün qiymətləndirmə tapşırıqları vəsaitləri nəşr olunub

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında növbəti videokonfrans keçirilib

Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında növbəti videokonfrans keçirilib

Məleykə Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib

Məleykə Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib

23124 abituriyent üçün sınaq imtahanı başa çatdı

23124 abituriyent üçün sınaq imtahanı başa çatdı

DİM Bərdədə hazırlıq kursları təşkil edəcək

DİM Bərdədə hazırlıq kursları təşkil edəcək

Abituriyentlərin nəzərinə: izahları əldə edə bilərsiz!

Abituriyentlərin nəzərinə: izahları əldə edə bilərsiz!

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Buraxılış imtahanları və yekun qiymətləndirmə ilə əlaqədar yeni təqvim planı təsdiqlənib

Buraxılış imtahanları və yekun qiymətləndirmə ilə əlaqədar yeni təqvim planı təsdiqlənib

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

Müəllim olmaq istəyənlərin nəzərinə

Müəllim olmaq istəyənlərin nəzərinə

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Dövlət İmtahan Mərkəzi Gəncədə hazırlıq kursları təşkil edib

Dövlət İmtahan Mərkəzi Gəncədə hazırlıq kursları təşkil edib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq