AzTehsil.com


Xəbərlər / Müəllim / Şagird
02 dekabr 2020
6 572


Təhsil Nazirliyi: Dərsliklərimiz Sinqapur modelli olacaq



Təhsil Nazirliyi: Dərsliklərimiz Sinqapur modelli olacaq

 

Təhsil Nazirliyi (TN) tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verilir.

Nazirlikdən  verilən məlumata görə, bununla bağlı dünyanın bir çox ölkələrinin riyaziyyat fənni üzrə standartlarını və dərsliklərini uğurla təkmilləşdirmiş Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanıb.

Bildirilib ki, Marşal Kavendiş İnstitutu və Təhsil İnstitutu tərəfindən birgə icra olunacaq layihənin birinci mərhələsində azərbaycanlı fənn mütəxəssisləri sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramının nəzərdən keçirilməsi və təhlili üçün distant təlimlərdə iştirak edəcəklər: "Əlavə olaraq, yerli mütəxəssislər riyaziyyat fənni üzrə ölkədə tətbiq olunan təlim və tədris materiallarının təhlili istiqamətində də təlimləndiriləcəklər. Növbəti mərhələlərdə sinqapurlu mütəxəssislərin tövsiyəsi əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil etdikdən sonra müasir dövrün tələblərini və beynəlxalq təcrübələri nəzərə alaraq, riyaziyyat fənni üzrə təhsil proqramında və dərsliklərdə təkmilləşdirmə işləri aparacaqlar. Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I–IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq.

Məlumat üçün bildirək ki, 14 yaşlı sinqapurlu şagirdlər ortalama 621 bal toplayaraq Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il nəticələrinə əsasən riyaziyyat fənni üzrə 57 ölkədən olan 600 000 şagird arasında I yeri tutublar. Həmçinin Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən riyaziyyat fənni üzrə blokda Sinqapurun 15 yaşlı şagirdləri ortalama 569 ballıq uğurlu nəticə göstərərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında 2-ci yerə sahib olublar”.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

İstedadlı şagirdlərin seçimi aparılıb

İstedadlı şagirdlərin seçimi aparılıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı təlimlərə başlanılıb

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Məktəblimiz dünyanın ən nüfuzlu ali məktəbinə qəbul alıb

Məktəblimiz dünyanın ən nüfuzlu ali məktəbinə qəbul alıb

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Yeni dərsliklər istifadəyə verildi

Yeni dərsliklər istifadəyə verildi

Ağstafa rayonunun Yuxarı Göycəli  kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib

Ağstafa rayonunun Yuxarı Göycəli kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib

Məktəblərdə kurikulumun tətbiqi niyə zəifdir?

Məktəblərdə kurikulumun tətbiqi niyə zəifdir?

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

Təhsil Nazirliyi dərslərlə bağlı məlumat yaydı: Mayın 26-da...

Təhsil Nazirliyi dərslərlə bağlı məlumat yaydı: Mayın 26-da...

İmtahan qaydalarını kobud surətdə pozduğuna görə nəticəsi ləğv edilib.

İmtahan qaydalarını kobud surətdə pozduğuna görə nəticəsi ləğv edilib.

Bakıda şagirdlər arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib

Bakıda şagirdlər arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib

XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

XI sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Azərbaycan məktəblilərindən növbəti uğur

Azərbaycan məktəblilərindən növbəti uğur

Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?

Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ