Xəbərlər / H/N sənədlər
28 avqust 2018

Məleykə Abbaszadə: “ETS Global” təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi vacibdir

Avqustun 27-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ölkəmizdə səfərdə olan "ETS Global” təşkilatının nümayəndələri ilə görüşüb.
 
DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi Azərbaycanda TOEFL imtahanların təbliğini daha da genişləndirmək, eyni zamanda, həmin imtahana hazırlığı inkişaf etdirməkdir.

Görüşdə "ETS Global”ın Türkiyə bürosunun nümayəndəsi, akademik və dövlət münasibətləri əlaqələndiricisi Zeynep Kaptan və biznes məsələləri əlaqələndiricisi Simla Yuceakın təmsil etdikləri təşkilatın fəaliyyət istiqamətləri, xüsusilə TOEFL imtahanı barəsində geniş məlumat veriblər.

Söhbət zamanı DİM ilə "ETS Global” təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Vurğulanıb ki, son dövrlər ingilis dili biliyinin qiymətləndirilməsində nəzərə alınan xüsusi dünya standartlarının olması baxımından vətəndaşların TOEFL kimi beynəlxalq imtahanlara maraqları artıb.

Görüşdə, həmçinin qonaqlara DİM tərəfindən təşkil olunan ETS-ə məxsus TOEFL IBT və SAT imtahanları, eləcə də gələcəkdə keçirilməsi planlaşdırılan "Cambridge Assesssment English” və ACCA kimi beynəlxalq imtahanlar barədə də məlumat verilib.

M.Abbaszadə "ETS Global” təşkilatının nümayəndələrinin DİM-də və "ADA” Universitetində yerli müəllimlər üçün həyata keçirəcəkləri TOEFL təliminə görə minnətdarlığını bildirib. O, DİM-in "ETS Global” təşkilatı ilə əməkdaşlıqda maraqlı olduğunu, hər iki tərəf üçün böyük əhəmiyyət daşıyan sahələrdə mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
 
Məleykə Abbaszadə: “ETS Global” təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi vacibdir

Загрузка...
loading...

Həmçinin oxuyun:
DİM: TOEFL imtahanında 9 nəfər iştirak edib

DİM TOEFL IBT imtahanı keçirəcək

DİM TOEFL IBT imtahanı keçirəcək

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

Məleykə Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

Məleykə Abbaszadə Litvalı qonaqla görüşüb

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

DİM imtahan keçirdi - 7 nəfər iştirak etdi

Məleykə Abbaszadə Zaqatalada vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

Məleykə Abbaszadə qəbul imtahanında edilən dəyişikliklərdən DANIŞDI

"Buraxılış imtahanı ötən il olduğu kimi..." -Məleykə Abbaszadə

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Məleykə Abbaszadə iyunun 8-də Daşkəsən rayonunda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə: “9-cu sinfi bitirənlərin 30 faizi 10-cu sinfə keçmir”

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

“Ali məktəblərə qəbul planı artırılıb“ - Məleykə Abbaszadə

Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə: “Biz xeyli müraciətin olacağını gözləyirdik” lakin…

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Məleykə Abbaszadə vətəndaşlarla görüşdü, müraciətlər yerindəcə həll edildi

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Müəllimlər üçün beynəlxalq seminar keçirilib