Xəbərlər
26 fevral 2021
868


Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb

 

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin rəhbərliyi "Ana fəryadı” abidəsini ziyarət edib. Daha sonra Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn anım tədbiri keçirilib.

Bakı Ali Neft Məktəbindən verilən məlumata görə, tədbirdə çıxış edən təhsil ocağının rektoru Elmar Qasımov, AMEA Qafqazşünaslıq İnstitutunun direktor müavini Ramilə Dadaşova, BANM-nın İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev Xocalı soyqırımının tarixi təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər.

Rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu "Dəmir yumruq” əks-hücum əməliyyatı keçirərək 44 gün ərzində təxminən 30 il davam edən düşmən işğalından ərazilərimizi azad etdi. Rektor qeyd edib ki, bununla da, Xocalı soyqırımı qurbanlarının həmçinin də digər şəhidlərimizin qisası alınıb.
 
Tədbirdə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş, Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımının antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə seçildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. "Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti daim məlumatlandırılır və müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq hüquqi qiymət verilir. 

Tədbir iştirakçıları Ermənistan Respublikasının Xocalı soyqırımında olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə də insanlıq əleyhinə cinayətlərini davam etdirdiyini vurğulayıb. Ermənistanın məqsədyönlü şəkildə hərbi əməliyyatlar keçirilən ərazidən uzaqda yerləşən şəhərləri, mülki şəxsləri, infrastrukturu ballistik raketlər və kaset bombaları ilə hədəfə alması nəticəsində 100 mülki şəxsin qətlə yetirildiyi qeyd edilib.

Daha sonra Xocalı soyqırımını və Vətən müharibəsində düşmənin məğlubiyyətini əks etdirən videoçarx nümayiş olunub.

Xatırladaq ki, bütövlükdə Xocalı faciəsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib. 1 275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qərb Universitetində Xocalı faciəsi anılıb

Qərb Universitetində Xocalı faciəsi anılıb

Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərgisinin açılışı olub

Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərgisinin açılışı olub

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Xocalı soyqırımı

Xocalı soyqırımı

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı dərsi

Xocalı dərsi

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək

Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb

Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb

Mehriban Vəliyeva: Bundan sonrakı tariximiz ancaq qələbələrə şahidlik edəcək

Mehriban Vəliyeva: Bundan sonrakı tariximiz ancaq qələbələrə şahidlik edəcək

Ağstafada 2 saylı tam orta məktəbdə  “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

Ağstafada 2 saylı tam orta məktəbdə “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - FOTO

Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - FOTO

Balakəndə xocalı soyqırmının 27-ci ildönümü qeyd olunub

Balakəndə xocalı soyqırmının 27-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Şabran şəhər 1 saylı məktəbdə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Şabran şəhər 1 saylı məktəbdə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Ağstafanın orta məktəblərində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilir

Ağstafanın orta məktəblərində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilir

Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

ADU-da Xocalı soyqırımı anıldı

ADU-da Xocalı soyqırımı anıldı

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib