Xəbərlər
26 fevral 2020

Xocalı soyqırımı

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Xocalı soyqırımı

 

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
 
Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.  Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.  Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.  Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. 

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
 
Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir.  Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.  Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır.  İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.









Загрузка...
loading...

Həmçinin oxuyun:
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı dərsi

Xocalı dərsi

Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüş

Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüş

Balakəndə xocalı soyqırmının 27-ci ildönümü qeyd olunub

Balakəndə xocalı soyqırmının 27-ci ildönümü qeyd olunub

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - FOTO

Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - FOTO

Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərgisinin açılışı olub

Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərgisinin açılışı olub

Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək

Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək

“Xocalı faciəsi şagirdlərin gözü ilə”  rəsm müsabiqəsi yekunlaşıb

“Xocalı faciəsi şagirdlərin gözü ilə” rəsm müsabiqəsi yekunlaşıb

Ağstafanın orta məktəblərində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilir

Ağstafanın orta məktəblərində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilir

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Şabranda

Şabranda "Xocalı faciəsi gənclərin gözü ilə" inşa yazı müsabiqəsinin qalibləri açıqlanıb

Qərb Universitetində Xocalı faciəsi anılıb

Qərb Universitetində Xocalı faciəsi anılıb

Ağstafada 2 saylı tam orta məktəbdə  “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

Ağstafada 2 saylı tam orta məktəbdə “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

Şabran şəhər 1 saylı məktəbdə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Şabran şəhər 1 saylı məktəbdə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

ADU-da Xocalı soyqırımı anıldı

ADU-da Xocalı soyqırımı anıldı

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

Ağstafa təhsil şöbəsində

Ağstafa təhsil şöbəsində "Xocalı soyqırımı şagirdlərin gözü ilə" adlı müsabiqə keçirilir

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək