Xəbərlər / Mədəniyyət
25 fevral 2021
1 129


Kiyevdə Xocalı soyqırımından bəhs edən sənədli film təqdim edilib - FOTO

 

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü və təşkilatçılığı ilə Xocalının 29-cu ildonümü ərəfəsində Kiyevin "Jovten” kinoteatrında Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz” sənədli filmi təqdim edilib.

Bu barədə Diasporla İş Üzrə dövlət Komitəsi məlumat yayıb.

Tədbirdə filmin rejissor və prodüseri Aleksandr Brokas, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Ukrayna Radasının deputatları Lyudmila Marçenko, Vladimir Kreydenko, Maryan Zablotski, Alyona Şkrum, Ukrayna Dövlət Kosmos Agentliyinin sədr əvəzi Mixail Lev, Ukrayna müsəlmanları dini idarəsinin sədri Şeyx Səid İsmayılov, Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Anton Korineviç, "Ukrpoçt” Aksioner Cəmiyyətinin Müşahidə Şurasının sədr müavini Fərid Səfərov, UAR-ın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov, UAR-ın baş katibi Cəlal Hüseynov və başqa şəxslər iştirak ediblər.
 
Ümumilikdə 100 nəfərə yaxın tamaşaçının iştirak etdiyi film təqdimatı Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb. Tədbirdə UAR-ın baş katibi Cəlal Hüseynov və filmin rejissoru Aleksandr Brokas çıxış ediblər. Natiqlər bildiriblər ki, 29 il öncə Azərbaycanın Qarabağ bölgəsində Xocalı şəhərini zəbt edən erməni silahlı birləşmələri etnik azərbaycanlılara qarşı insanlığa sığmayan dəhşətli soyqırımı törədiblər. "Sonsuz dəhliz” filmində də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum etməsindən və dinc sakinləri kütləvi şəkildə qətlə yetirməsindən bəhs olunur. Film süjetlərdən və litvalı jurnalist Riçard Lapaitisin Xocalı faciəsinin şahidlərindən aldığı müsahibələrdən ibarətdir. 

A.Brokas əlavə edib ki, sənədli ekran əsəri üzərində iş 2009-cu ildə başlayıb. Filmin ərsəyə gəlməsinə 5 il sərf olunub və həmin müddət ərzində təxminən 150 saatlıq hərbi xronika işlənib. "Filmi çəkərkən bizə elə gəlirdi ki, Xocalı faciəsi artıq üzərindən keçilməsi mümkün olmayan həddir. Lakin son 10 ilin tarixi göstərdi ki, təəssüf ki, bəşəriyyət bu xətti dəfələrlə keçib”, - deyə rejissor vurğulayıb.  
 

 

 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb

Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb

Qərb Universitetində Xocalı faciəsi anılıb

Qərb Universitetində Xocalı faciəsi anılıb

Xocalı soyqırımı

Xocalı soyqırımı

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Xocalı dərsi

Xocalı dərsi

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Şabran şəhər 1 saylı məktəbdə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Şabran şəhər 1 saylı məktəbdə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

Xocalı faciəsinə həsr olunan tədbir keçirilib

Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - FOTO

Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - FOTO

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Ağstafada 2 saylı tam orta məktəbdə  “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

Ağstafada 2 saylı tam orta məktəbdə “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

Ağstafanın orta məktəblərində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilir

Ağstafanın orta məktəblərində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilir

ADU-da Xocalı soyqırımı anıldı

ADU-da Xocalı soyqırımı anıldı

Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərgisinin açılışı olub

Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş fotosərgisinin açılışı olub

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

Balakəndə xocalı soyqırmının 27-ci ildönümü qeyd olunub

Balakəndə xocalı soyqırmının 27-ci ildönümü qeyd olunub

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək

Təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib