Xəbərlər / Qəhramanlarımız
14 yanvar 2021
762


Tələbə-həkim: “Sanki saatın əqrəblərini tutub saxlamaq istəyirsən”

Tələbə-həkim: “Sanki saatın əqrəblərini tutub saxlamaq istəyirsən”

 

 Vətən müharibəsindəki qələbənin müəllifləri, sözsüz ki, ilk növbədə əsgərlər, hərbçilərdir. Çünki qələbə məhz onların canı-qanı hesabına qazanılıb.


Amma döyüşdə daha bir peşə adamının da rolu, yeri var-həkimlərin! Onlar yüzlərlə yaralı əsgərin yarasını sarır, onları çətin durumdan çıxarır, ailələrinə sağ-salamat dönmələrinə səbəbkar olurlar. Hərb gedən zaman odun-alovun altına da girirlər, yuxusuz da qalırlar…


Peşəkar həkimlərlə yanaşı, təcrübədə olan tələbə-həkimlər də.


Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin IV kurs tələbəsi Qiyas Heydərov Vətən müharibəsi yaralılarına tibbi yardım göstərənlərdəndir.


O, 2019-cu ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında işləyir. 2020-ci  ilin aprelindən avqustun ortalarınadək burada koronaviruslu xəstələrlə məşğul olub. Vətən müharibəsi başlayandan bu yana isə yaralı əsgərlərin şəfa tapmasına çalışıb.


"İnanın, çox çətin idi – zamanla mübarizə aparırdıq. Əsgərlərimizin taleyini saniyələr həll edirdi. Ona görə də çox zaman saatın əqrəblərini tutub saxlamaq istəyirsən… Həm də döyüşdən gəldiklərinə görə, bəziləri çox aqressiv idi. Hətta tibbi müdaxiləyə qarşı çıxır, yenidən hərb meydanına, dostlarının yanına qayıtmaq istədiklərini deyirdilər. Mən indiyədək belə bir vəfa, sadiqlik nümunəsi görməmişdim. Üzü-gözü qan içində, bədənində onlarca qəlpə yarası olan əsgər özünü unudub, yoldaşını düşünürdü”-deyir tələbə- həkim.


Normal iş günü 8 saat olmasına rəğmən, iki dəfə çox işləyiblər həmin vaxt. Şükür edir ki, Allahın köməkliyi ilə xeyli əsgərimiz sağaldı, həyati təhlükəni dəf edə bildi. Amma yaralılar hələ var və o da kömək üçün iş başındadır!


Qiyas  bu ağır müddətdə gözəl dəstək üçün BDU-nun və biologiya fakültəsinin rəhbərliyinə, müəllimlərinə sonsuz minnətdarlığını bildirir…

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Yaralı əsgərlərə kömək edən cərrah: “Dedi, övladım dünyaya gəlib, onu qucağıma almamışam, qolumu kəsmə” - FOTO

Yaralı əsgərlərə kömək edən cərrah: “Dedi, övladım dünyaya gəlib, onu qucağıma almamışam, qolumu kəsmə” - FOTO

Müharibənin yaralı tibb bacısı: Qəlpə onurğa sütunumu sıradan çıxarıb...

Müharibənin yaralı tibb bacısı: Qəlpə onurğa sütunumu sıradan çıxarıb...

BDU -nun Biologiya fakültəsinin dosenti vəfat edib

BDU -nun Biologiya fakültəsinin dosenti vəfat edib

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

BMU tələbələri Vətən müharibəsi qazisi Kənan Kərimli ilə görüşüb

BMU tələbələri Vətən müharibəsi qazisi Kənan Kərimli ilə görüşüb

BDU-da tədqiqat

BDU-da tədqiqat

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Qərargah rəisini xilas edərkən şəhid olan hərbi həkim - FOTO

Ailəsinə şəhadət xəbəri verilən qazimiz: Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub

Ailəsinə şəhadət xəbəri verilən qazimiz: Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub

Bakıda dəhşətli qəzada ölən tələbələrin adları açıqlandı

Bakıda dəhşətli qəzada ölən tələbələrin adları açıqlandı

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verdi

Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verdi

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

Şərəfli və məsuliyyətli peşə sahibi- ELŞAD ŞİVƏXANOV

Şərəfli və məsuliyyətli peşə sahibi- ELŞAD ŞİVƏXANOV

Vətənə sipər oğullar...

Vətənə sipər oğullar...

Xaricdən həkim gətirilməyə nə lüzum var? - ETİRAZ

Xaricdən həkim gətirilməyə nə lüzum var? - ETİRAZ

Bakıda daha 6 tələbə qız zəhərləndi

Bakıda daha 6 tələbə qız zəhərləndi

BDU-nun tələbəsi “koronovirus”dan yazdı – Keçər dövran, belə qalmaz

BDU-nun tələbəsi “koronovirus”dan yazdı – Keçər dövran, belə qalmaz