AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
02 yanvar 2021
1 732


Ailəsinə şəhadət xəbəri verilən qazimiz: Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub



 

Azərbaycanın tarixi qələbəsi. 2020-ci ilin ən yadda qalan hadisələrindən biri ölkəmizin ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi oldu.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2823 nəfər hərbi qulluqçusu şəhid olub.

Qələbəyə aparan 44 günlük müharibədə əzmlə mübarizə aparan qazilərimiz tarix yazdı. Onlardan biri də Əkbərov Xəyal Hüseyn oğludur.

X.Əkbərov Saatlı rayonunda anadan olub. Ailədə dörd nəfər olduqlarını deyən 24 yaşlı qazimiz müharibənin ilk günlərindən ön cəbhədə olub.

Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı Xəyal Əkbərov deyib ki, Füzuli istiqamətində döyüşə girən ilk qrupların arasında olub:

"Sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərlə mübarizəyə başladıq. Döyüşlər başlayanda ailəmizlə əlaqə saxlamaq imkanımız olmadı. Onlar nigaran qalsalar da, cəbhədə vəziyyət çox yaxşı idi. Bizim qələbə qazanacağımız müharibənin elə ilk günlərindən bəlli idi. Düşmən döyüşdən ordumuzun qabağından qaçırdı. Biz isə saatbasaat irəli gedirdik”.

"Mən döyüşlərdə olanda ailəmə şəhid xəbərim gəlib”...

Xəyal deyir ki, silah yoldaşları ilə döyüşdə olan zaman yanlışlıqla ailəsinə onun şəhid olduğunu deyiblər:

"Xəbərim olmayıb, sonradan bunu mənə dostlarım dedi. Biz döyüşdə olan zaman ailəmə şəhid olduğumu deyiblər. Bütün rayon sakinləri də baş sağlığı vermək üçün bizim evə yığışıb. Artıq təsəvvür edə bilmirəm necə vəziyyət yaranıb.

Oktyabrın 1 atamın doğum günüdür. Ağlımda idi ki, fürsət tapan kimi ona zəng edim. Həm təbrik edim, həm də salamat olduğumu deyim. Zəng edəndə atam mənə inanmadı. Onda bildim ki, nəsə olub. Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub. (gülür).

O, mənə inanmadı ki, danışan özüməm. Telefonu qardaşıma verdi. Qardaşımdan sonra telefonu anam götürdü, onunla da danışdım. Nəhayət inandılar ki, danışan özüməm. Sağ-salamatam”.

Oktyabrın doqquzunda düşmən Azərbaycan ordusunun mövqelərini atəşə tutur:

"Füzuli rayonu Qaraxanbəyli kəndi istiqamətində olanda günorta radələrində düşmən bizim mövqelərimizi atəşə tutdu. Cavab atəşi ilə erməni hərbçilərini yerində oturtduq. Bir qədər irəlilədikdən sonra yenidən minaatanlardan atəş açdılar. Mərmi bizim yaxınlığımıza düşdü. Silah yoldaşlarımdan yaralananlar, şəhid olanlar oldu. Mən də ilk yaramı elə orda aldım”.

"Kliniki ölüm keçirdim, elə bildilər ölmüşəm”

Xəyal deyir ki, bir anlıq özü də öldüyünə inanıb:

"Özümə gələndə bir anlıq inanmadım. Qolum şəhid qardaşlarımın altında qalmışdı. Sol qolumun da çiyin sümüyü yox idi. Sağ əlimlə güc tapıb sol qolumu şəhid olan yoldaşlarımın altından çıxardım. Ayağa qalxmaq istəyəndə yenidən atılan minaatan mərmisi yaxınlığıma düşdü. Onun dalğası məni iki metr uzağa atdı. Artıq onda daha ağır yaralandım. Zərbədən belim sındı və bundan sonra qamətimi doğruldub tərpənə bilmədim”.

"Çiynimdən qan su yerinə axırdı”

Bir müddət döyüş meydanında qalan Xəyal 10 dəqiqə tez gələn silah yoldaşları sayəsində sağ qaldığını deyir:

"Mən Aprel döyüşlərində də iştirak etmişəm. Müharibəni ilk dəfə yaşamırdım. Amma çox qan itimişdim deyə artıq ağrılardan şoka düşürdüm. Güclə üzümü göyə çevirdim, kəlmeyi-şəhadət gətirib, "Allahu Əkbər” dedim. Yoldaşlarım məni görürdü, ancaq yaxınlaşmaq mümkün deyildi. Dayanmadan atəş açırdılar. Başımın üzərindən gedən güllələri gördükcə, sağ qalacağıma ümidim daha da azalırdı.

6-7 metr sürünə-sürünə yoldaşlarıma tərəf getməyə çalışdım. Şükür ki, ordan məni götürə bildilər. Daha sonra məni xəstəxanaya göndərdilər. Qələbə xəbərini də xəstəxanada aldım. Vətənə borcumuzu layiqincə yerinə yetirdiyim üçün çox şadam.”

Ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xəyal Əkbərov "Qubadlının azad olunmasına görə” və "Cəsur döyüşçü” medalı ilə təltif olunub.



Загрузка...
Həmçinin oxuyun:
Hamının şəhid bildiyi qazi: “Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini özümə saxlamışdım”

Hamının şəhid bildiyi qazi: “Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini özümə saxlamışdım”

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Şəhid olmadan əvvəl ailəsinə bu məktubu yazıb... - FOTO

Şəhid olmadan əvvəl ailəsinə bu məktubu yazıb... - FOTO

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

Emin İsmayılovun anası: "Mənim oğlum heç vaxt itkin ola bilməz, o ancaq şəhid ola bilər"

Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO

Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı - VİDEO

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Anam tabutu açdıranda görüb ki, mən deyiləm... - Qazi Rəmzi

Anam tabutu açdıranda görüb ki, mən deyiləm... - Qazi Rəmzi

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Füzuli istiqamətində  gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sevindik İsmayılzadə

Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sevindik İsmayılzadə

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

“Oğlum vurulan anda evdə ürəyim getmişdi” - VİDEO

“Oğlum vurulan anda evdə ürəyim getmişdi” - VİDEO

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

İtkin hesab edilən əsgərimizin şəhid xəbəri gəldi

İtkin hesab edilən əsgərimizin şəhid xəbəri gəldi

Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Əmirov

Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Əmirov

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO