AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
04 dekabr 2020
1 940


Müharibənin yaralı tibb bacısı: Qəlpə onurğa sütunumu sıradan çıxarıb...



 

İndi onun şəfa verən əllərə ehtiyacı var. Bir də nə vaxt ayağa duracağına heç kim zəmanət verə bilmir. Özü isə o anı belə xatırlayır:

"Hər şey bir göz qırpımıda baş verdi. Hamı özünü çölə atanda bir də gördüm belimə nəsə dəydi. Tərpənə bilmədim. Sonra orada əməliyyat olundum. Vəziyyətim ağır olduğu üçün Bakıya ATU-nin Tibbi Cərahiyyə Kilinikasına göndərildim. Hazırda ATU-nin Cərrahiyyə şöbəsində müalicə alıram. Üç dəfə əməliyyat olunmuşam. Hələ ayağa qalxacağım haqda heç kim bir söz demir”.

II Qarabağ Savaşı zamanı güllə yarası alan iki tibb bacısından biridir Rəmziyyə Quliyeva. Qadın olmasına baxmayaraq heç zaman döyüşdən, mübarizədən qorxmayıb. Aprel döyüşləri zamanı da ön cəbhədə əsgərlərimizə yardım edib, hospitallarda ən çətin cərrahi əməliyyatlarda həkimlərə köməklik göstərib. Elə bəşəriyyətin görünməz düşməni olan COVİD-19-la da mübarizədə aylarla xəstəxanalarda qalıb, iki sevər balasının üzünü həftələrlə görməyib.

"Düşmənin atdığı raket atəşləri zamanı Bərdə xəstəxanasında növbədəydim. Qəlpələr bədənimin müxtəlif yerlərinə doluşdu. Bir qəlpə onurğa sütunumu sıradan çıxarıb”

Xəstənin ümumi cərrahı professor Nuru Bayramov deyir ki, qəlpə parçaları xəstənin onikibağırsağını çox təhülkəli zədələmişdi:

"Belə xəstələrdə həyatların itirmək riski daha çox olur.  Xəstə Rəmziyyə Quliyevanın isə indi həyatı təhlükəsi  yoxdur. Bu da müsbət haldır”.

Nuru Bayramov əlavə edir ki, terror hadisəsi zamanı Rəmziyyə Quliyeva onurğa beyni və onurğa stünündan aldığı zədədən konservativ müalicə olunur:

"Hazırda 2 aylıq müalicə kursu almalıdır. Xəstənin aşağı ətrafı işləmir, onun ayağa durması üçün nə qədər vaxt tələb olunur, demək çətindir. Yerli mütəxəssislər  xəstənin sağalmasını daimi olaraq izləyirlər”.

Qəhrəman tibb bacısı Rəmziyyə Quliyeva ağrılı ağır anlarında da əsgərlərimizi düşünür. Deyir ki, heç özümü bağışlaya bilmirəm ki, belə tez yaralandım. Orda köməyə ehtiyacı olan neçə balamız vardı:

"Yaralı əsgərlərimiz çox idi. II Qarabağ savaşında ən ağır döyüşlər 27-29  sentyabrda oldu.  Əlimizdən nə kömək gəlirsə əsirgəmirdik. Vətənimiz sağ olsun. O oğulların sayəsində biz Qarabağımıza qovuşduq”.

Deyir, mənim də iki oğlum var, gözləri yollarda qalıb. Sağalmağa qeyrət edirəm, həkimlərimiz də sağ olsunlar, əllərindən gələni edirlər.

Qəhər onu boğduğu üçün söhbəti yarımçıq saxlamalı oluram.

Burdan o tərəfini biz danışaq:

Rəmziyyə Quliyeva Bərdə Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin tibb bacısıdır. 1971-ci ildə Bərdə rayonun Kətəlparaq kəndində anadan olub. Mingəçevr Tibb Texnikomunu bitirib. 10 ilə yaxındır ki, tibb bacısı olaraq fəaliyyət göstərir.  Ailəlidir, iki oğul övladı var. İndi o uşaqların anasının nə vaxt bir də ayağa qalxıb onların qulluğunda duracağı haqda heç kim dəqiq söz deyə bilmir...

Xatırladaq ki, II Qarabağ savaşında  ilk xanım şəhid, hərbi tibb qulluqçusu Arəstə Baxışova olub. Rəmziyə Quliyeva isə hazırda sağlığına qovuşmaq üçün mübarizə aparır. (Bizim.Media)




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Tibb Universitetinin 57 işçisi koronavirusa yoluxub

Azərbaycan Tibb Universitetinin 57 işçisi koronavirusa yoluxub

Bakıda dəhşətli qəzada ölən tələbələrin adları açıqlandı

Bakıda dəhşətli qəzada ölən tələbələrin adları açıqlandı

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

Bu universitetdə yeni ixtisas açılır

Bu universitetdə yeni ixtisas açılır

“Qəzada ağır yaralanan şagird evə buraxılıb, müəllimə isə reanimasiyadadır” - Həkimlərdən açıqlama

“Qəzada ağır yaralanan şagird evə buraxılıb, müəllimə isə reanimasiyadadır” - Həkimlərdən açıqlama

Düşmən təxribatının qarşısını alan əsgərin dəhşətli vəziyyəti- Barmaqsız qalıb, bədəni cırıq-cırıqdır... VİDEO

Düşmən təxribatının qarşısını alan əsgərin dəhşətli vəziyyəti- Barmaqsız qalıb, bədəni cırıq-cırıqdır... VİDEO

Səkkiz yaşlı uşaq sizin yardımınızla həyatda qala bilər

Səkkiz yaşlı uşaq sizin yardımınızla həyatda qala bilər

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Azərbaycana Ağır itki

Azərbaycana Ağır itki

Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatı onlayn izlənilib

Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatı onlayn izlənilib

Mayor Zaur Rəhimovun böyük şücaəti - VİDEO

Mayor Zaur Rəhimovun böyük şücaəti - VİDEO

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Ürəyindən qəlpə yarası alan qazimiz VİDEOREPORTAJ

Ürəyindən qəlpə yarası alan qazimiz VİDEOREPORTAJ

Şəkli dünyanı dolaşan Kəlbəcərli qız: Elə bilirdim bacımı oğurlayacaqlar...

Şəkli dünyanı dolaşan Kəlbəcərli qız: Elə bilirdim bacımı oğurlayacaqlar...

“Əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, əlimdən gələni etməyə hazıram”

“Əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, əlimdən gələni etməyə hazıram”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı