AzTehsil.com


Xəbərlər
27 noyabr 2020
1 890


Şəkli dünyanı dolaşan Kəlbəcərli qız: Elə bilirdim bacımı oğurlayacaqlar...



 

Hər anın öz hökmü var deyib atalarımız. İllər əvvəl Kəlbəcəri tərk edərkən qucağında tutduğu bacısı ilə çəkilən fotosu dünyanı dolaşan qızla işğal günlərindən danışanda, bir gün ona gözaydınlığı üçün zəng edəcəyimiz ağlımıza belə gəlməzdi.

Bəlkə də şablon olaraq, "İnşallah, Kəlbəcər işğaldan azad edilər” ifadəsinin fərqinə varmadan sağollaşmışdıq Həyat xanımla...
 
Düz 27 il əvvəl, Kəlbəcər işğal olunarkən ata-anasınından ayrı düşən iki qızcığazın fotosu Kəlbəcərin simvoluna çevrildi.

Fotodakı nisbətən böyük olan bacı 1 yaşı tamam olmayan bacısını iki gün qucağından yerə qoymur. Sanki əlindən yerə
qoysa, bacısını oğurlayacaqlar kimi düşünür.

Bir neçə il əvvəl Modern.az olaraq bu şəkildəki qızları tapdıq, onlardan müsahibə aldıq. İndi isə ötən illəri xatırlayaraq, Kəlbəcərin azadlığından danışdıq. Bacısı ilə şəklinin dünyanı gəzdiyini, artıq bu fotonun tarixə çevrildiyini bildirdik.

Həyat Bayramova Kəlbəcərin işğaldan azad edilməsilə bağlı danışarkən sevinc gözyaşlarına boğuldu:

"Heç bilməzdim ki, o şəkil bu qədər məşhur olacaq. O zaman elə müsibət anlar idi ki, şəkil yada düşmürdü. Biz Kəlbəcərə qayıdanda bacımla yeni şəkil çəkdirib sizə yollayacağıq. Həmin şəkli də dünyaya yayarsınız”.

"Hər gün yaralı əsgərin toxunduğu bayrağa baxıb ağlayıram...”

"Siz inanırsınızmı ki, noyabrın 10-dan - bu xəbər çıxandan mən gecə-gündüz yatmıram, sevincimin həddi-hüdudu yoxdur. İllərdir bu günün həsrətilə yaşayıram. Evimdə yaralı əsgərimizin tutduğu bayraq var. Hansı ki, Murovdağ silsiləsində olanda həmin bayrağı sancan əsgərimiz yaralanıb. O bayrağı məktəb direktorumuz mənə verdi. İnanın, hər səhər evi təmizləyə-təmizləyə yaralı əsgərimizin toxunduğu o bayrağa baxıb ağlayıram”.

"Şükür, Şəhidlərimizin qanı yerdə qalmadı...”

Danışdıqca sevincdən gözyaşlarına hakim ola bilməyən Həyat xanımın arzusu o bayrağı aparıb ana yurduna öz əlilə sancmaqdır:

"İnanın, sevincdən dilim söz tutmur danışmağa. Axşam hərbçi olan yaxın qohumum zəng edib ki, "İstisu”dadır. Deyirəm nə olardı, məni də aparardın özünlə. Deyir inaşallah, sən gələn günlər də olacaq.

Mənim birinci arzumdur Kəlbəcərə qayıtmaq. Bütün əsgərlərimizi Allah qorusun. Allah bu günləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevi qorusun. Hər birimiz ona minnətdarıq. Bütün Şəhid analarının qarşısında baş əyirəm, Allahdan onlara səbr arzu edirəm. Şükür ki, Şəhidlərimizin qanı yerdə qalmadı”.
 

Şəkli dünyanı dolaşan Kəlbəcərli qız: Elə bilirdim bacımı oğurlayacaqlar...

 

"Arzum hərbi formada Kəlbəcərə qayıtmaqdır...”

Hazırda Goranboyun Buzluq kəndində yaşayan kəlbəcərli xanımın bir arzusu var, hərbi formada vətənə qayıtmaq:

"Bircə istədiyim budur ki, hərbi formanı geyinib öz doğma vətənimə gedim. Heç olmasa evimizin yerini tapım, orda oturub əlimi Allaha açıb şükür edim.

Sevincimin həddi-hüdudu yoxdur. Mən bu uçuq evdə min bir zülmlə, əzabla 3 bala böyütmüşəm. Uçuq daxmanın altında bu günü gözləmişəm. Gözləmişəm ki, Ana Vətənimə, doğma torpağıma qayıdacam”.

"Əsgərlər evcik qurduğum yerə gedirlər...”

Hazırda 20, 16, 8 yaşında iki qız, bir oğul sahibi olan ana uşaqlıq xatirəsində qalan Kəlbəcərə onlarla birgə qayıdacağı günü gözlədiyini deyir:

"Axşam xəbərlərdə əsgərlərimizin Toğana-Kəlbəcər yolunda irəlilədiyini göstərən kadrlara baxanda, oğlum Nihada deyirəm ki, indi əsgərlərimiz mənim balaca vaxtı evcik qurub oynadığım, anadan olduğum yerə gedirlər. Uşaq ağlı ilə deyir, ana, eviniz orda durur? Deyirəm yox, deyir indi gedəndə məni aparmayacaqsan özünlə, həmişə "İstisu”, "İstisu” deyirsən, bəs aparmayacaqsan məni orda çimməyə?

Deyirəm aparacam, inşallah, mən üç balamla birlikdə qayıdacam Kəlbəcərə”.

"Təki ömür vəfa etsin...”

Həyat Bayramova deyir ki, şəkildə qucağında tutduğu bacısı Fatimə hazırda Gəncədə yaşlı ata-anası ilə birlikdə yaşayır:

"Hamımızın arzusu Kəlbəcəri yenidən görməkdir. Atam-anam 70 yaşındadırlar. Atam şəkər xəstəsidir, anamın təzyiqi var. Allah ömür verər, qismət edər, inşallah, onlar da qayıdarlar. Kim vətəninə, elinə qayıtmaq istəməz ki? Təki ömür vəfa etsin, gedib o yerləri yenidən görsünlər”.



Загрузка...
Həmçinin oxuyun:
Bu gün Kəlbəcər işğaldan azad olur

Bu gün Kəlbəcər işğaldan azad olur

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

Şəhid mayorumuzun həyat yoldaşı: “Telefonunda mənə yazdığı son məktubunu gördüm” - FOTO

“Qarabağın məşhur müəllimləri” – Məmməd Aslan

“Qarabağın məşhur müəllimləri” – Məmməd Aslan

Şuşada ilk azan oxuyan əsgər: “28 illik əhdimi yerinə yetirdim” - MÜSAHİBƏ + FOTO/VİDEO

Şuşada ilk azan oxuyan əsgər: “28 illik əhdimi yerinə yetirdim” - MÜSAHİBƏ + FOTO/VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

Evdən qaçan məktəblilər: "Bulvara getdik ki..."

Evdən qaçan məktəblilər: "Bulvara getdik ki..."

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Küçəyə atılan, diləndirilən uşaqlar – Sığınacaqdan REPORTAJ (VİDEO)

Küçəyə atılan, diləndirilən uşaqlar – Sığınacaqdan REPORTAJ (VİDEO)

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

Müəllim işləmək məcburiyyətindəyəm?

Müəllim işləmək məcburiyyətindəyəm?

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

“Əgər şəhid olsam, məni də belə yola salarsınız”

27 il Kəlbəcərsiz

27 il Kəlbəcərsiz

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

QARABAĞLIYAM

QARABAĞLIYAM

Ona zəng edəndə “sən mənim 2 ci anamsan”, deyirəm

Ona zəng edəndə “sən mənim 2 ci anamsan”, deyirəm

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

“Məktəblərimizdə şagirdlərə bayrağı sevdirirlərsə...” -Təhsil eskperti...

“Məktəblərimizdə şagirdlərə bayrağı sevdirirlərsə...” -Təhsil eskperti...

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

Düşmən təxribatının qarşısını alan əsgərin dəhşətli vəziyyəti- Barmaqsız qalıb, bədəni cırıq-cırıqdır... VİDEO

Düşmən təxribatının qarşısını alan əsgərin dəhşətli vəziyyəti- Barmaqsız qalıb, bədəni cırıq-cırıqdır... VİDEO