AzTehsil.com


Xəbərlər
02 aprel 2020
1 828


27 il Kəlbəcərsiz



27 il Kəlbəcərsiz

 

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür. 

 Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. 

Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. 

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. 

Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. 

Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. 



Загрузка...
Həmçinin oxuyun:
Laçının işğalından 25 il keçir

Laçının işğalından 25 il keçir

Xocavənd rayonunun işğalından 26 il ötür

Xocavənd rayonunun işğalından 26 il ötür

Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüş

Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüş

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Keçmiş şöbə müdiri od püskürdü

Keçmiş şöbə müdiri od püskürdü

Laçınsız 27 il

Laçınsız 27 il

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Ceyhun Bayramov Təhsil Şöbəsinə yeni müdir təyin etdi

Ceyhun Bayramov Təhsil Şöbəsinə yeni müdir təyin etdi

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq

Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Avropadakı tələbə həmyerlilərimiz Alxanlı hadisəsinə görə ayağa qalxdılar

Avropadakı tələbə həmyerlilərimiz Alxanlı hadisəsinə görə ayağa qalxdılar

Xocalı soyqırımı

Xocalı soyqırımı

Ən çox və ən az şagirdi olan rayonlar məlum oldu - SİYAHI

Ən çox və ən az şagirdi olan rayonlar məlum oldu - SİYAHI

Şuşa 2 saylı internat məktəbinin son görüntüləri - Bu məktəblərdə kimlər oxuyub? + VİDEO

Şuşa 2 saylı internat məktəbinin son görüntüləri - Bu məktəblərdə kimlər oxuyub? + VİDEO

Bugün 4500 müəllim imtahan verir

Bugün 4500 müəllim imtahan verir

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Gənc müəllimlərlə görüş

Gənc müəllimlərlə görüş

Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb - FOTO

Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb - FOTO