AzTehsil.com


Xəbərlər / Valideyn
19 dekabr 2017
3 465


Küçəyə atılan, diləndirilən uşaqlar – Sığınacaqdan REPORTAJ (VİDEO)



Küçəyə atılan, diləndirilən uşaqlar – Sığınacaqdan REPORTAJ (VİDEO)

Uşaqları qorumaq, onlara sevgi, qayğısız həyat və təhsil vermək hər bir valideynin borcudur. Uşaqlar bizim gələcəyimiz, cəmiyyətin aynasıdır. 


Təəssüf ki, həyat bəzən uşaqları qulağa xoş gələn bu sözlərlə deyil, valideyn məsuliyyətsizliyi ilə çətin sınağa çəkir.


Onlarla insan övlad sahibi olmaq arzusu ilə yaşadığı halda, onlarla valideyn doğma uşağında imtina edir. Nəticədə gələcəyin alimi, həkimi, mühəndisi olacaq uşaqlar ümid yerini sığınacaqlarda görürlər.

 

Reportaj hazırlamaq üçün baş çəkdiyimiz "Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Məsimli bildirib ki, 20 il ərzində onlara 5 minə yaxın uşaq pənah gətirib.


Onun sözlərinə görə, sığınacaqda uşaqların hər biri ilə fərdi məşqul olunur, onların təhsilə cəlb edilməsi üçün lazımı sənədlər toplanılır. 

 

"Biz küçələrdə reydlər keçirib, uşaqlarla tanış olduq. Onlarla söhbətdən məlum oldu ki, çoxu küçələrdə gecələyir. Buna görə biz "Ümid yeri” xeyriyyə cəmiyyəti olaraq Azərbaycanda ilk uşaq sığınacağını yaratdıq. Küçə həyatını yaşayanlar təhsildən yayınmış, sağlıq durumu qaydasında olmayan, doğum haqqında şəhadətnaməsi itirilən və ya olmayan uşaqlardır. Biz o uşaqları reydlər vasitəsi ilə sığınacağa toplayaraq hər birinə fərdi qaydada yanaşdıq. 20 il ərzində küçə həyatına məruz qalmış, ən acı taleyə sahib olan 5 min uşaq bu sığınacağın qonağı olub”.


Sosial işçi Əsbət Tağıyevanın sözlərinə görə, sığınacağın qapısını döyən qadınların əksəriyyəti həyat yoldaşları tərəfindən işgəncələrə məzur qalanlardır. Onlar əsasən qeyri-rəsəmi nikahdan uşaq dünyaya gətirərək tərk edilirlər.


Hazırda sığınacağın 46 sakini var. Onlardan biri azyaşlı Qurbanov Əkbərdir. O, sığınacağa qardaşı və bacısı ilə birlikdə anası tərfindən gətirilib. 

 

Əkbərin anası rəsmi nikahda olmadığı həyat yoldaşı tərəfindən tərk edilib. Onlar məcburiyyətdən qəbristanlıqla yaşamalı olublar. Ana daha sonra övladlarını sığınacağa verib.


Əsbət Tağıyeva: "Uşaqların atasını tapdıq. Amma bu işə yaramadı. Ata həmişə bura gələndə xoşagəlməz hadisələr baş verir. Uşaq astmadır. Hər həftə xəstələnir. Təcili yardım çağırırıq. Qardaşı Əlidə isə ürək çatışmazlığı var idi. 10 min manat pul yığıb, əməliyyat etdirdik. Ata və analarına desək də, onlar gəlmədilər. 


Uşaqlar anaları ilə danışmaq istəyirlər. Özlüyümdə deyirəm ki, siz belə ananı yada salırsız, amma o sizinlə maraqlanmır. Həmin uşaqlara sənəd alandan sonra onlar məktəbə gedəcəklər”.

 

Ə.Tağıyevanın sözlərinə görə, sığınacaqda qalan uşaqların bəziləri sonradan öz yaxınlarına qovuşublar. 


"Bir uşağın atasını Liviyada tapdıq. Həmin uşaq Bakıda rus qadından dünyaya gəlmişdi. Liviyalı oğlan tələbə vaxtı onunla qeyri-rəsmi ailə qurub. Sonra Liviyaya qayıdıb. Qadın isə həbsxanaya düşüb. Qadının bundan başqa iki uşağı var. Həmin uşaqları da bizə gətirdilər. Araşdırma apardıq, Liviyaya məktub yazdıq, orada atanı tapdıq. O, öz uşağını qəbul etdi. 


Mingəçevirdən Bakıya gələn başqa bir uşaq küçədə tapılıb. Nənəvi onu diləndirirmiş. Həmin uşağın ana azərbaycanlı, atası isə türkdür. Keçən il həmin uşağın Türkiyədə qohumlarını tapdıq, onlar uşağa sahib çıxdılar. Həmin uşaq indi xoşbəxt həyat yaşayır. 


Ukraynadan Tanya adında bir qız var idi. Onun atasını tapdıq. Sığınacaqda olan bir qızı bu yaxınlarda Moskvaya göndərdik. Onun anası azərbayacanlı ilə evlənmiş rus olub. Sonradan vəfat edəndən sonra uşaq kimsəsiz qalıb. Həmin qız indi Moskvada sığınacaqda qalır. Astarxandan onun xalalarını tapmışıq”.


"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə uşaqlara laqeydliyin kökünü ailə münasibətlərinin düzgün qurulmamasında görür.

 

Onun fikrincə, ailələrin dağılmasında əsas səbəblərdən biri məhz qadınların öz uşaqlarından vasitə kimi istifadə etməsidir. 




Загрузка...
Həmçinin oxuyun:
Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Balakəndə atalığından hamilə qalan 12 yaşlı məktəbli qız bu gün əməliyyat olunub

Balakəndə atalığından hamilə qalan 12 yaşlı məktəbli qız bu gün əməliyyat olunub

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Uşaqlarla böyüklər kim davranmayın - MƏSLƏHƏT

Uşaqlarla böyüklər kim davranmayın - MƏSLƏHƏT

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Azərbaycan İstiqlal Muzeyində uşaq hüquqları ilə bağlı möhtəşəm tədbir keçirilib

Azərbaycan İstiqlal Muzeyində uşaq hüquqları ilə bağlı möhtəşəm tədbir keçirilib

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...

Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr