AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
10 yanvar 2021
4 135


Nadir İsrafilov:"Nəticədə məktəb mühitinin dağılmasına şərait yaratdıq"



Nadir İsrafilov:"Nəticədə məktəb mühitinin dağılmasına şərait yaratdıq"

 

 II yazı

"Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmışı bir gündə vurub dağıdasan, ondan heç bilmədiyin yeni bir qanun yaradasan..."
Heydər Əliyev

Hələ 21 il bundan qabaq Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış və mərhum Prezitentimizin 15 iyun 1999-cu il tarixli, 168 №-li sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”na təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, idarəetmənin dövlət-ictimai xarakteri ilə yanaşı, ictimai-dövlət idarətmə formasını da tətbiq etmək, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi maddələr salınmışdı. Proqramın 6.3 maddəsinə əsasən "Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi”, 6.4 maddəsinə əsasən isə "Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” nəzərdə tutulurdu.
 
Təəsüf ki, "Proqram”ın qəbulundan keçən ilk 10 il ərzində obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsinə zəmin yarada biləcək  bu mühüm maddələrə lazımı əhəmiyyət vermədik. "Xarici təcrübə” axtarışına çıxaraq, harda nə gördük, nə eşitdik, nə oxuduq, yerli şəraitin tələbləri nəzərə alınmadan, ümumi ictimai rəy öyrənilmədən təhsilimizə tətbiq etdik.
Bir vacib məqamı da nəzərə almadıq ki,  beynəlxalq təcrübəni öyrənmək və ona istinad etmək nəinki lazımdır, hətta vacibdir. Ancaq bir şərtlə ki, bu pərəstiş və aludəçilik xarakteri almasın və onu milli maraqlarımıza uyğunlaşdırmaq mümkün ola bilsin.

-Məna və mahiyyət etibarı ilə "təhsil proqramı” anlamına gələn əcnəbi mənşəli, cəlbedici "kurikulum” ifadəsini  "milli təhsil konsepsiyası” səviyyəsinə qaldırıb, bu sahədə "köklü islahat” aparılması barədə görüntü yaradaraq, ölkənin "Baş İslahat prqramından” diqqəti yayındırdıq, müəllimləri və şagirdləri dilemma qarşısında qoyaraq, onlar üçün əlavə problemlər yaratmış olduq. Sonradan yüksək çinli təhsil rəsmiləri sıviyyəsində etiraf etməli olduq ki, "Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq”;"20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil.”
-Adi "5” ballıq klassık qiymətləndirmədə belə, problemlər yaşayan müəllimlərimizi 9 ballıq qiymətləndirməni sınaqdan çıxarmağa macal tapmamış, diaqnostik, formativ, summativ adı ilə "milli qiymətləndirmə” tətbiq etməyə vadar etdik, kurrikulum standartları əsasında hazırlanmış  "Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası” gözlədiyimiz kimi, təhsil ideyamıza çevrilə bilmədi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla, vəziyyəti bir az da ağırlaşdırdı. İndi, yeni mexanizmlər barədə düşünmək zərurəti qarşısında qalmışıq.

-Uşaq bağçaları və körpələr evlərini kütləvi surətdə özəlləşdirməyə çıxararaq, onların təyinatı üzrə profilinin dəyişməsinə göz yumub, erkən yaşlı uşaqların məktəbəqədər hazırlq imkanlarını məhdudlaşdırdıq, valideynləri yeni bağçaların nə vaxtsa tikiləcəyini gözləmək ümidinə qoyduq. Məktəb, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərini hərraca qoyaraq, yerlərində şadlıq sarayları, gözəllik salonları, digər iaşə obyektləri və göydələnlər tikilməsinə şərait yaratmaqla, bu təlim tərbiyə ocaqlarını idman meydançalarından, həyətyanı sahələrindən məhrum etdik. Nəticəsi də o oldu ki, bağçalar Təhsil nazirliyindən alınaraq İcra Hakimiyyəti strukturlarının tabeliyinə verildi.

-2006-cı ildən Bolonya prosesinə qoşulmaqla, Avropa təhsilinə inteqrasiya etmək, təhsilimizi beynəlxalq standatlara uyğunlaşdirmaq əvəzinə, onun tövsiyə və şərtlərini özününkiləşdirərək, tələbələr üçün əlavə problemlər yaratmaqla, narazılıq və etirazları   qaçılmaz etdik. Əhalinin sosial durumu və universitetlərin verdiyi təhsilin keyfiyyəti nəzərə alınmadan, təhsil haqlarının ödənişini dəfələrlə qaldıraraq, təhsil kreditlərinin sayını ilbəil artırdıq. Hələ indi, "Təhsil krediti haqqinda” Qanun qəbul etmək üçün beynəlxalq təcrübəni öyrənməyə başlamışıq.

-Məktəb təhsilimizdə repetitorluğun çiçəklənməsinə rəvac verərək, şagirdlərin məktəbdən yayınmasının kütləvi hal almasına, nəticə olaraq məktəb mühitinin dağılmasına şərait yaratdıq, pedaqoji terminologiyamıza bunker repetitoru kimi yeni anlayış gətirdik.Təhsilin keyfiyyətini prioritet elan edib, milləti keyfiyyətli təhsilin yeganə "məbədgah”ına cevrilən, ildən-ilə yağışdan sonra göbələk kimi artmaqda olan, qanuni və ya qanunsuz fəaliyyət göstərən hazirlıq kurslarına pənah aparmaq zərurəti qarşısında qoyduq.

-Təhsilin keyfiyyətinin ildən ilə aşağı düşməsi fonunda, Təhsil Qanununun "keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” maddəsini heç bir halda tətbiq etməməklə, istər təhsil alanların istərsə də, təhsil verənlərin hüquq və vəzifələrinə etinasızlq göstərməklə onları məsuliyyət hissindən azad etdik.

-Orta ümumtəhsil məktəblərində şagirdlərimizə imla, inşa, ifadə yazmağı yadırğatmaqla, onların yazı savadına sarsıdıcı zərbə vurduq, hər testə beş-on sual qoyaraq, onlara nəzəri bilikləri mexaniki əzbərləmək vərdişləri aşıladıq, qramatika, orfoqrafiya, terminologiya kimi anlayışlardan məhrum etdik. Gec də olsa qənaətə gəldik ki, qapalı testlərlə yanaşı açıq testlər də lazım imiş.

-Şagird gündəliyini "məktəbli kitabçası”, şagird dəftərini "iş dəftəri” halına salıb, onu dəyərindən qat-qat baha qiymətə satılmasına şərait yaratdıq, onlardan eyni zamanda reklam vasitəsi kimi istifadə edilməsinə yol verərək, tədris vəsaitlərimizi kommersiya maraqlarının girovuna cevirdik. Bir xeyli keçəndən sonra zərurət qarşısında qalıb, dəftərlərdən reklamları yığışdırdıq, bir qədər sonra isə nəhayət iş dəftərlərini dərslik komplektindən çıxardıq.

-Peşələrin ən şərəflisi hesab etdiyimiz peşə sahibləri olan müəllimləri işə götürərkən, çox pilləli və məntiqsiz müsabiqə və imtahana çəkməklə, onlara universitetlərdə illərlə hədər vaxt keçirdiklərini və aldiqları diplomların lazımsız kağız parçasindan başqa bir şey olmadığını anlatdıq, cavablandırılan sualları faizə çevirərək, imtahandan "üzüağ” çıxanları paytaxtın mərkəzində, "ortababları” ətraf və ucqarlarda cəmləşdirib, "üzüqaraları” isə çıxdaş edib, ildən ilə minlərlə süni vakant yerlər yaratmaqla regionların inkişafına öz "layiqli töhfəmizi” vermiş olduq. Nəticəsi isə o oldu ki, qaydaları dəfələrlə dəyişdirmək və təkmilləşdirmək zorunda qaldıq.

-Pərakəndəliyi aradan qaldırmaq əvəzinə, zəruri madi-texniki bazası, elmi, pedaqoji, kadr potensiali və digər infrastrukturları nəzərə almadan, bütün institutları ucdantutma universitetlərə və akademiyalara çevirməklə, tam fərqli statuslara malik olan bu elm və təhsil müəssisələrıni eyniləşdirdik. İnstitutlara da, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və digər çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə, onları birbaşa funksiyalarından - konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazilamaq vəzifəsindən yayındırdıq.

-Özəl təhsil muəssisələrinin sayinı və dövlət ali təhsil müəssisələrində ödənişli təhsilin xüsusi çəkisini artiraraq, ölkə üzrə təhsil alan hər üç tələbədən ikisini ödənişə cəlb etməklə, Təhsil Qanununun "Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrı bilavasitə mənfəət əldə etmək məqsədi güdmür” maddəsini şübhə altında qoyduq. İndi tələbələri ayaqda saxlamaq üçün fondlar yaradır, əlavə imkanlar arayırıq.

-Abituriyentlərə bir neçə ixtisas və bir neçə ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyənı bioloqa, hüguqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirib, çarəsiz ”zorən” diplomçular ordusu yaratdıq.  Bioloqu tibb fakultəsinə, kitabxanaçını hüquqa köçürməklə, təhsilimizin qara ləkəsi olan qanunsuz tələbə köçürmələrinin kütləvi hal almasna rəvac verdik, ali məktəblərə daxil olanlarla bitirənlər arasında kəskin fərq yaranmasna syrçi münasibət bəslədik.

-Rəqabət yaratmaq adı ilə hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom, ilahiyatçı və s. bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənın gəlirli, hansınınsa gəlirsiz olması hisslərini aşılamaqla, bəzi peşələri və peşə sahiblərini yüksəltdik, digərlərini aşağıladıq. Bir sıra ixtisaslara keçid balını 150-yə, hətta 100-ə endirməklə, klassik qiymtləndirmədə "2” - yə bərabər tutulanları ali məktəb tələbəsi etdik, səviyyəsiz universitetlərin qəbul planını doldurmaqla yanaşı, həmin ixtisaslara və bu ixtisası seçənlərə bəri başdan "perspektivsiz” damğasını vurduq. Sonralar nə isə fikirləşib, 250 ballıq aralıq keçid minimumu müəyyənləşdirdik.

-Stımullaşdırma anlayışını çoxdan unudub, bu vacib prinsipə etinasızlıq və biganəlik nümayiş etdirərək peşə və ixtisasları prestijli və prestijsiz kateqoriyalarina bölərək, bir sira peşə və ixtisasların yaxın gələcəkdə tarixə qovuşacağına bu başdan etibarlı zəmanət verdik. Mövcud texnikumları ləğv edib, aludəçiliyə qapılaraq, tələb-təklif pinsipini belə nəzərə almadan, kolleclərin sayını o həddə çatdırdıq ki, nəticədə onların fəaliyyətinə nəzarəti itirib vəziyyətdən çıxış yolunu rasionallaşdırmada gördük.

-Qeyri - şəffaf tender-müsabiqələr keçirərək, TN - nin yedək qurumuna çevirdiyimiz Dərslikləri Qiymətləndirmə Şurasının "xeyir-duasını” almaqla, məktəbdən ümumiyyətlə pedaqogikadan xəbərsiz olan bir para adamları dərslik müəllifi edib, bu vacib prioritet sahəni intriqa meydanına çevirdik, dərsliklərimizi istifadəyə yararsız hala salmaqla geniş ictimaiyyət arasında əlavə söz-söhbətlər yaratdıq. Vəziyyətdən çıxış yolu kimi DQŞ-yə yeni seçkilər keçirib, heyyəti yeniləməkdə, dərslikləri nəşr olunmazdan əvvəl ümumi müzakirəyə verməkdə əlavə  ehtiyat dərsliklər yaratmaqda gördük.

Və nəhayət, buna görə də əbəs yerə deyil ki, Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mövcud vəziyyətin təhlili şərh edilərkən, bir sıra mühüm məqamlarla yanaşı, "təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması, müəllim nüfuzuna təsir edən amillər sırasındada olduğu xüsusi olaraq vurğulanaraq strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilmişdir”.

Kimlərəsə baş ağrısı yaradacağını nəzərə alıb, bütövlükdə əhatə etmədiyim bəzi subyektiv mülahizələrimi bölüşməkdə məqsədim heç də müstəqilliyimizin ilk illərində ölkənin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi, on ildən artıq bir dövrdə təhsil sferasında da yaranan boşluqlara tənqidi prizmadan yanaşmaq deyl, əksinə təhsilimizi daha təkmil və tərəqqidə görmək arzusunun ifadəsidir. Gəldiyim qənaət və çıxardığım nəticə ilə kimlərinsə razılaşmayacağını istisna etmirəm. Ancaq bir əminliyim var ki, "Zamanı qabaqlamaq olmaz, o bizdən sürətlidir” fikri ilə razılaşanlar da yəqin az olmayacaq.

Fərəhləndirici və qürurverici olan isə odur ki,  son illər artıq İnkişaf Strategiyası əsasında hazırlanan fəaliyyət planı əsasında xeyli dayanıqlı və davamlı işlər görülüb, qabaqcadan müəyyənləşdirilmiş hədəflərə doğru uğurlu addımlar atılıb və bu proses  bu gün də davam etməkdədir...

Nadir İsrafilov, təhsil eksperti



Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: “İxtisas seçimini abituriyentin topladığı “balın kəramətinə” tabe etdirmişik”

Nadir İsrafilov: “İxtisas seçimini abituriyentin topladığı “balın kəramətinə” tabe etdirmişik”

"Prestijli və prestijsiz kateqoriyalarına bölərək stimullaşdırma anlayışını çoxdan unutmuşuq”

"Prestijli və prestijsiz kateqoriyalarına bölərək stimullaşdırma anlayışını çoxdan unutmuşuq”

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Nadir İsrafilov : Təhsilimizin təməlini aylıq kursları bitirib “yenidən hazırlananlara” etibar etmək nə dərəcədə ibtidai təhsilin Əsasnamə tələblərini ödəyə bilərdi ?

Nadir İsrafilov : Təhsilimizin təməlini aylıq kursları bitirib “yenidən hazırlananlara” etibar etmək nə dərəcədə ibtidai təhsilin Əsasnamə tələblərini ödəyə bilərdi ?

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

“Tez-bazar” kurrikulum islahatlarına başlanılması və “qeydsiz-şərtsiz” Boloniya prosesinə qoşulmağımız da ən ciddi yanlışlıq oldu..."MÜSAHİBƏ

“Tez-bazar” kurrikulum islahatlarına başlanılması və “qeydsiz-şərtsiz” Boloniya prosesinə qoşulmağımız da ən ciddi yanlışlıq oldu..."MÜSAHİBƏ

“ Bu təyinat təhsilimizin milli məqsədlər, mənafelər əsasında qurulmasında yeni mərhələ olacaq” – Nadir İsrafilov

“ Bu təyinat təhsilimizin milli məqsədlər, mənafelər əsasında qurulmasında yeni mərhələ olacaq” – Nadir İsrafilov

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

"Təhsilimizdə eniş prosesi nə etsək də hələ bir neçə illər davam edəcək"

"Təhsilimizdə eniş prosesi nə etsək də hələ bir neçə illər davam edəcək"

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

Azərbaycanda peşə təhsili 3 pilləli olacaq?- EKSPERT RƏYİ

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsildə inqilab edən strategiya 6 yaşında

Təhsildə inqilab edən strategiya 6 yaşında

Məleykə Abbaszadə: “Müəllimlər kurikulum sistemindən istifadə etməyi bacarmırlar"

Məleykə Abbaszadə: “Müəllimlər kurikulum sistemindən istifadə etməyi bacarmırlar"

“Bu qədər universitet və  diplomlu işsiz bizə lazımdırmı?”EKSPERTLƏRİN FİKRİ

“Bu qədər universitet və diplomlu işsiz bizə lazımdırmı?”EKSPERTLƏRİN FİKRİ

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Müəllim olmaq istəyənlər niyə artıb… - SƏBƏBLƏR

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi