AzTehsil.com


Xəbərlər
12 noyabr 2020
1 445


Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar – RƏSMİ + FOTO



 Ermənistan Respublikası təcavüzkar siyasətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz arxeoloji qazıntı işləri həyata keçirmişdir.


Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası beynəlxalq hüquqa, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq, 1992-ci ildən zəbt etdiyi Azərbaycan Respublikasının ərazilərində arxeoloji qazıntı işləri aparmışdır.


Azərbaycan Respublikasının Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntılar bu qəbildəndir. Qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Ermənistan Respublikasına daşınaraq mənimsənilmişdir.


1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”nın İkinci Protokolun 9-cu bəndi işğalçı tərəfin "işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi, elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsi, qarşısının alması kimi öhdəlikləri təsbit edir. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq vaxtilə işğal etdikləri ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır.


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bu məsələnin ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur.

 

 

 

 

 

 

 

 

 

 






Загрузка...
Həmçinin oxuyun:
Laçının işğalından 28 il ötür

Laçının işğalından 28 il ötür

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Naftalan və Goranboyda kurqanlar aşkar edildi

Naftalan və Goranboyda kurqanlar aşkar edildi

Laçının işğalından 25 il keçir

Laçının işğalından 25 il keçir

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

VI sinif coğrafiya dərsliyinə dair mətbuatda əks olunmuş fikirlərlə bağlı müəlliflərin rəyi

VI sinif coğrafiya dərsliyinə dair mətbuatda əks olunmuş fikirlərlə bağlı müəlliflərin rəyi

Cəbhədə son vəziyyət – Müdafiə Nazirliyindən AÇIQLAMA

Cəbhədə son vəziyyət – Müdafiə Nazirliyindən AÇIQLAMA

27 il Kəlbəcərsiz

27 il Kəlbəcərsiz

Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Xəzər TV-nin əməkdaşları ADPU-nun Heydər Əliyev Mərkəzində

Xəzər TV-nin əməkdaşları ADPU-nun Heydər Əliyev Mərkəzində

Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

Avropadakı tələbə həmyerlilərimiz Alxanlı hadisəsinə görə ayağa qalxdılar

Avropadakı tələbə həmyerlilərimiz Alxanlı hadisəsinə görə ayağa qalxdılar

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Hüquqi aktlar.

Hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır

Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar   hüquqşünas Cəmil  Şirvanovla

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar hüquqşünas Cəmil Şirvanovla