AzTehsil.com


Xəbərlər
24 iyul 2020
1 267


Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib



 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə iyulun 23-də "Qarabağ – azərbaycanlı gənclərin həmrəylik amili” mövzusunda forum keçirilib.

Gənclər Fondunun mətbuat xidmətindən bildirilib ki, Forumda icraçı direktor Fərid Cəfərov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev, gənclər təşkilatlarının rəhbərləri, Avstraliya, İtaliya, Rusiya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Macarıstan, Ukrayna, Avstriya və Polşada gənc diaspor nümayəndələri çıxış ediblər. Tədbirdə 400-dən çox gənc iştirak edib. Forum Facebook”da canlı yayımlanıb.

Azərbaycanın dövlət sərhədində Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq Ermənistanın törətdiyi hərbi təxribatlara etirazlarını bildirmək məqsədilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız nümayiş və yürüşlər keçiriblər. Aksiyalar zamanı həmvətənlərimiz dünyaya Qarabağla bağlı həqiqətləri çatdırmağa çalışaraq, Ermənistan dövlətinin işğalçılıq siyasətini qəti şəkildə pisləyib, dövlət başçımıza, ordumuza və əsgərlərimizə dəstək nümayiş etdiriblər.

Vətəndə və xarici ölkələrdə yaşayan və təhsil alan gənclər, həmçinin dövlət rəsmiləri, aparıcı gənclər və diaspor təşkilatlarının təmsilçiləri Forumda çıxış edərək, Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları və işğalçılıq siyasəti fonunda gənclərin birliyinin, həmrəyliyinin vacibliyini vurğulayıblar. Bu xüsusda, müxtəlif ölkələrdə keçirilən tədbirlərdə, həmçinin sosial şəbəkələrdə erməni yalanlarına və təhrif olunmuş məlumatlara qarşı mübarizə barədə də danışılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun qəhrəmanlığı sayəsində erməni təxribatının dəf edilməsi və düşmənə layiqli cavab verilməsi bütün dünyada yaşayan soydaşlarımızın vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olub. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar dövlət tərəfindən bu istiqamətdə atılan addımlara dəstək və həmrəylik ifadə etdirirlər. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağın tarixi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Ermənistan dövlətinin işğalçı mahiyyətinin beynəlxalq səviyyədə ifşa edilməsi baxımından gənclərin üzərinə böyük vəzifələrin düşdüyü xüsusi vurğulanıb. Tədbir iştirakçıları bu istiqamətdə fəaliyyətin daha səmərəli şəkildə əlaqələndirilməsinin vacibliyini bildirərək, Azərbaycan naminə səylərini və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini ifadə ediblər.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı gənclər Soçidə

Azərbaycanlı gənclər Soçidə

Avropadakı tələbə həmyerlilərimiz Alxanlı hadisəsinə görə ayağa qalxdılar

Avropadakı tələbə həmyerlilərimiz Alxanlı hadisəsinə görə ayağa qalxdılar

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

Azərbaycan gənclərinə müraciət qəbul olundu

Azərbaycan gənclərinə müraciət qəbul olundu

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilir

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu

Azərbaycan tələbə-könüllülərinin Forumu

Azərbaycan tələbə-könüllülərinin Forumu

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Fransada Azərbaycanlı elmi diasporu yaradıldı

Fransada Azərbaycanlı elmi diasporu yaradıldı

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

Nazirlik məktəbdənkənar təhsil müəssisələrinə nəzarəti gücləndirmək İSTƏYİR

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

Bakıda III Robot Olimpiadasına start verilib

Bakıda III Robot Olimpiadasına start verilib

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...

Balkanlarda yaşayan və təhsil alan 241 azərbaycanlıdan Prezident İlham Əliyevə MÜRACİƏT...