AzTehsil.com

Xəbərlər
04 oktyabr 2019
1 700

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Oktyabrın 4-də Bakı Konqres Mərkəzində sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsinə dair ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən Gənclər Fondu tərəfindən təşkil edilən müsabiqənin qalibləri ilə görüş keçirilib.

Görüşdə Təhsil naziri Ceyhun Bayramov, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müsabiqənin qalibi olan gənclər və onların valideynləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək bildirib ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, gənclərə dövlət qayğısı ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əsas sütununu təşkil edir.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov da  dövlət başçısının gənclərə xüsusi diqqət və qayğısından danışıb. Ceyhun Bayramov insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq gənclər üçün təkcə son bir ildə yaradılan çoxsaylı imkanlar haqqında ətraflı məlumat verib. Nazir qeyd edib ki, səriştəli mütəxəssislərin yetişdirilməsində ali təhsil sisteminin xüsusi rolu mövcuddur.

Təhsil naziri ali təhsilin daha əlçatan olması üçün davamlı tədbirlərin həyata keçirildiyini bir daha xatırladıb. Dövlət vəsaiti hesabına təhsil alan tələbələrin sayının artdığını deyən Ceyhun Bayramov qeyd edib ki, cari ildə bu göstərici 66 faiz artırılaraq 12300-dən 20500-ə çatdırılıb. Cari tədris ilində tələbələrə verilən təqaüdlərin məbləği orta hesabla 20 faiz artırılıb,  bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib. 

Həssas sosial qruplardan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan 100-dən çox tələbəyə Prezident təqaüdünün verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi "hər bir gəncin təhsil ala bilməsi” konseptinin reallaşdırılmasına şərait yaradıb.

Gənclər Fondu tərəfindən keçirilən müsabiqənin də məhz təhsilin hər kəs üçün əlçatanlılığının təmin olunmasına xidmət etdiyini deyən Nazir fondun təhsil məsələlərinə xüsusi diqqət yetirdiyini sözlərinə əlavə edib. Müsabiqədə qalib olan tələbələri təbrik edən Təhsil naziri onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.

Çıxışının sonunda nazir 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara şərəfli, müqəddəs işlərində uğurlar diləyib.

Görüşdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev də gəncləri təbrik edib, onlara yaradılan bu şəraitdən maksimum istifadə edərək, dövlətə yararlı vətəndaş, həmçinin səriştəli mütəxəssis olmalarını arzulayıb.

Müsabiqənin qalibləri çıxışlarında təhsilin inkişafına, onlara göstərilən hərtərəfli dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə qalib olan gənclərin uğur hekayələrindən bəhs edən videoçarxlar nümayiş olunub. Daha sonra müsabiqənin qalibləri ilə təhsil xərclərinin ödənilməsinə dair müqavilələr imzalanıb.

Xatırladaq ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə 2018-ci ildə keçirilmiş müsabiqə nəticəsində 237, builki müsabiqə nəticəsində isə 425 gəncin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alınıb.

Загрузка...
Həmçinin oxuyun:
Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Ceyhun Bayramov gənc müəllimlərdən danışdı

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

Məktəblər arasında respublika çempionatının qalibləri mükafatlandırılıb

Məktəblər arasında respublika çempionatının qalibləri mükafatlandırılıb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Təhsil naziri İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılışında

Təhsil naziri İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılışında

"Mən SABAHın məzunuyam”

"Mən SABAHın məzunuyam”

“MBA Club”un üzvləri ilə görüş

“MBA Club”un üzvləri ilə görüş

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək

Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Bu tələbələrin təhsil haqqını Gənclər Fondu qarşılayacaq – 30 gün ərzində nəticələr elan olunacaq

Bu tələbələrin təhsil haqqını Gənclər Fondu qarşılayacaq – 30 gün ərzində nəticələr elan olunacaq

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri müəllimləri təbrik edib

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

Xaricdə təhsil almaq üçün seçilmiş tələbələrlə görüş

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

KİVDF müsabiqə elan etdi

KİVDF müsabiqə elan etdi

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib