AzTehsil.com


Xəbərlər
03 dekabr 2019
3 099


Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi



  

Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.


AzTehsil.com  xəbər verir ki, bu barədə Təhsil Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətindən verilən birgə məlumatda bildirilib


Rəsmi məlumata görə, bu tədbirlərlə Oğuz rayonu, Bayan kəndində yerləşən Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin "Kapitalbank” ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib:


"Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.


Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə A.Nəcməddinovun, baş usta İmdad İsmayılovun, baş mühasib və digər işçilərin xidməti otaqlarında, yardımçı sahələrdə, o cümlədən A.Nəcməddinovun yaşadığı rayonun Kərimli kəndində yerləşən evində məhkəmə qərarı ilə axtarış aparılmış, peşə məktəbinin şagirdlərinə məxsus 39 ədəd plastik kart, şagirdlər tərəfindən təhsil haqqı kimi ödənildiyi bildirilmiş 600 manat pul və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb”.


Bildirilib ki, istintaq zamanı toplanmış ilkin sübutlarla Azər Nəcməddinovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutulub:


"Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş şagirdlərin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir”.




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda şagirdlərin təqaüdlərini mənimsəyən peşə məktəbinin direktoru tutulub

Azərbaycanda şagirdlərin təqaüdlərini mənimsəyən peşə məktəbinin direktoru tutulub

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Bu universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycanda saxta diplom hazırlayan  şəxslər SAXLANILDI-Bu universitetdə

Azərbaycanda saxta diplom hazırlayan şəxslər SAXLANILDI-Bu universitetdə

Narkotik satan musiqi müəllimi həbs edildi

Narkotik satan musiqi müəllimi həbs edildi

İmtahana girmək istəyənlərə cinayət işi açılıb

İmtahana girmək istəyənlərə cinayət işi açılıb

İmtahan vermək istəyənlər ifşa olundu

İmtahan vermək istəyənlər ifşa olundu

Baş Prokurorluq: "İqtisad Universiteti ilə bağlı cinayət işinin istintaqı davam edir"

Baş Prokurorluq: "İqtisad Universiteti ilə bağlı cinayət işinin istintaqı davam edir"

Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi

Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Nazirin “Böyük Ermənistan” aşiqi olan dostuna cinayət işi açıla bilər- Təfsilat

Tələbələrin öldüyü qəzanı sərxoş sürücü törədib - RƏSMİ

Tələbələrin öldüyü qəzanı sərxoş sürücü törədib - RƏSMİ

Məktəbdən oğurluq edildi - 5 notbuk, 156 stul

Məktəbdən oğurluq edildi - 5 notbuk, 156 stul

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

Məktəb direktoru işdən kənarlaşdırıldı

Məktəb direktoru işdən kənarlaşdırıldı

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Zorakılıq edən 11-ci sinif şagirdi təcridxanaya köçürüldü

Zorakılıq edən 11-ci sinif şagirdi təcridxanaya köçürüldü

Təhsil Nazirliyi məktəbdəki xoşagəlməz olayla bağlı diqqətli olmağa ÇAĞIRDI

Təhsil Nazirliyi məktəbdəki xoşagəlməz olayla bağlı diqqətli olmağa ÇAĞIRDI

92 müəllim həbs edildi - Əməliyyat

92 müəllim həbs edildi - Əməliyyat

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi

15 ilədək həbs gözləyir - 7-ci sinif şagirdinə qarşı seksual hərəkət edib

15 ilədək həbs gözləyir - 7-ci sinif şagirdinə qarşı seksual hərəkət edib

Elina Hacıyevanın qəbri təhqir edilib

Elina Hacıyevanın qəbri təhqir edilib

Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...

Cəlilabadda müəllim qız şagirdə sataşdığı üçün döyülüb? — Nazirlikdən AÇIQLAMA

Cəlilabadda müəllim qız şagirdə sataşdığı üçün döyülüb? — Nazirlikdən AÇIQLAMA