Xəbərlər
22 may 2019
3 532


Cəlilabadda müəllim qız şagirdə sataşdığı üçün döyülüb? — Nazirlikdən AÇIQLAMA

Cəlilabadda müəllim qız şagirdə sataşdığı üçün döyülüb? — Nazirlikdən AÇIQLAMA

 

 
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. Rayonun Uzuntəpə kənd 3 saylı orta məktəbin müəllimi Aqıl Əzizov kənd sakinləri tərəfindən döyülüb.

"Ölkə.Az" xəbər verir ki, onun döyülmə anı mobil telefonla lentə alınıb və kənd sakinləri arasında yayılıb.

Daxili İşlər Nazirliyi xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Ölkə.Az" a hadisə ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.
Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O. Mansurzadə qeyd edib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Lakin araşdırma zamanı həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq da əldə olunub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəbli  bıçaqlandı

Məktəbli bıçaqlandı

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Bakıda tələbəni döyüb öldürənlər tutuldular

Məktəbin qarşısında baş verən qanlı olayla bağlı  rəsmi açıqlama

Məktəbin qarşısında baş verən qanlı olayla bağlı rəsmi açıqlama

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb

Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb

Cəlilabadda məktəbli uşaqlar itkin düşüb

Cəlilabadda məktəbli uşaqlar itkin düşüb

DYP-nin saxladığı direktor müavini Polis Şöbəsində öldü

DYP-nin saxladığı direktor müavini Polis Şöbəsində öldü

Azərbaycanda məktəb direktorundan Şok əməl

Azərbaycanda məktəb direktorundan Şok əməl

Məktəbdə psixotrop dərman satan şagird aşkarlandı

Məktəbdə psixotrop dərman satan şagird aşkarlandı

Narkotik satan musiqi müəllimi həbs edildi

Narkotik satan musiqi müəllimi həbs edildi

Abşeronda məktəb direktorunun müavini intihar etdi - TƏFƏRRÜATLAR

Abşeronda məktəb direktorunun müavini intihar etdi - TƏFƏRRÜATLAR

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Tərtərdə məktəb direktorları yol qəzasına düşüb

Tərtərdə məktəb direktorları yol qəzasına düşüb

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Bakıda DƏHŞƏT- Müəllim 12 yaşlı şagirdin başına elə oyun gətirdi ki...

Yevlaxda qəzaya düşən şagirdlərlə bağlı xəbər var - RƏSMİ

Yevlaxda qəzaya düşən şagirdlərlə bağlı xəbər var - RƏSMİ

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

Biləsuvarda şagird məktəbdə ölüb

Biləsuvarda şagird məktəbdə ölüb

İstintaq nəticəsi hələ də açıqlanmayıb.

İstintaq nəticəsi hələ də açıqlanmayıb.

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Məktəbli qızın intihar cəhdi ilə bağlı - Rəsmi açıqlama

Məktəbli qızın intihar cəhdi ilə bağlı - Rəsmi açıqlama

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

15 ilədək həbs gözləyir - 7-ci sinif şagirdinə qarşı seksual hərəkət edib

15 ilədək həbs gözləyir - 7-ci sinif şagirdinə qarşı seksual hərəkət edib

Cəlilabadda şagirdin döyülməsi ilə bağlı direktor əvəzi işdən çıxarıldı

Cəlilabadda şagirdin döyülməsi ilə bağlı direktor əvəzi işdən çıxarıldı