Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb
Cəlilabad rayonunda itkin düşən 7-ci sinif şagirdləri tapılıb.
Məlumata görə, Cəlilabad şəhər sakinləri- 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adıyla evdən çıxıb Bakıya gediblər. Uşaqları Bakı şəhərində metronun "Nizami" stansiyasının yaxınlığında şəkillərini sosial şəbəkədən görən vətəndaş saxlayıb, dərhal yaxınlarına xəbər verib. Hazırda uşaqlar Bakıdadırlar, yaxın saatlarda Cəlilabada göndəriləcəklər.
Doğmaları isə dərhal bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verib.
Qeyd edək ki, itkin düşən məktəblinin hər ikisi Cəlilabad şəhər 7 saylı tam orta məktəbinin 7-ci sinif şagirdləridir.