AzTehsil.com


Xəbərlər / Psixoloq
01 sentyabr 2020
3 019


İntellektin neçə növü var ?



 

İntellektin 9 növü var:

1. Təbiət intellekti

- insanlarda heyvanları və bitkiləri hiss etmək qabiliyyətini müəyyənləşdirir. Bu qabiliyyət bizim keçmiş təkamülümüzdə qeyri-adi bir qabiliyyət, istedad hesab edilirdi. İbtidai ovçular və bitki toplayanlar bu qabiliyyətlərindən istifadə edirdilər. İndinin özündə də bu tip intellektlər bəzi sahələrdə, daha dəqiq desək, botanikada və aqronomiyada mühüm rol oynayır. Müasir cəmiyyət təbiətdən daha çox uzaqlaşdığından bu tip intellekt maraq kəsb etmir.

2. Musiqi intellekti

–insanlarda addımı, ritmi, tembr və tonu ayırd etmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellekt bizə musiqini duymaq, yaratmaq və ifa etmək qabiliyətini verir. Bu tip intellekt olmadan nə dirijorlarda, nə bəstəkarlarda, nə vokalistlərdə, nə də ki, dinləyicilərdə incə musiqi duyumu olardı.

3. Məntiqi-riyaziyyat intellekti

–insanlarda məntiqi, riyazi hesablamaları daha tez tapmaq və hesablamaq qabiliyyətini müəyyənləşdirir. Məntiqi intellekt, adətən, riyaziyyatçılarda, alimlərdə və detektivlərdə daha çox inkişaf edir.
Bu tip intellektə malik olan gənclər ünsiyyətdən uzaq olurlar və qapalı olurlar. Onlar üçün rəqəmlər və məntiqi məsələlər daha maraqlıdır.

4. Ekzistensial intellekt

–insanlarda onların mövcudluğunun məna və məzmununun nədən ibarət olması haqqında dərin sualları ortaya qoya bilməsi qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə malik olan adamlar həyatın mənası və insanların Yer üzünə nə üçün gəlməsi ilə bağlı yeni fikir və ideyalar ortaya qoymaq qabiliyyətinə malik olurlar.

5. Fərdlərarası intellekt

–insanlarda bir-birini dərindən anlamaq və başqaları ilə effekli sürətdə qarşılıqlı hərəkət etmək qabiliyyətini müəyyənləşdirir. Qarşılıqlı hərəkət dedikdə, effektli şifahi və qeyri- şifahi kommunikasiya, insanlar arasındakı müxtəlifliyi tez anlamaq, həmçinin, insanların əhval-ruhiyəsini və temperamentini yaxşı hiss etmək qabiliyyəti nəzərdə tutulur.
Müəllimlər, sosial sfera işçiləri, aktyorlar və siyasətçilər bu tip intellektə malik olmalıdırlar. Bu tip intellektə malik olan gənclər adətən, öz həmyaşıdları arasında lider olurlar, ona görə yox ki, onlar güclüdürlər, ona görə ki, onlarla çox maraqlıdır və onlar hər bir kəsin keçirdiyi hissləri anlaya bilirlər.

6. Cismani-kinestetik intellekt

– insanlarda fiziki obyektlərlə manipulyasiya etmək və müxtəlif fizioloji bilgilərindən istifadə etmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə malik olanlar məkan və zamanda yaxşı orientasiya edə bilirlər. Əsasən, idmançılar, rəqqaslar, cərrahlar bu tip intellektə malik olmalıdırlar.

7. Linqvistik intellekt

–insanlarda fikirləşmək və öz fikirlərini çox dəqiq interpretasiya etmək (hətta hamının çətin başa düşə biləcəyi sözləri belə) qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə daha çox şair və yazıçılar, jurnalistlər, ictimai xadimlər malik olmalıdırlar.

8. Şəxsiyyət intellekti

-insanlarda özünü, öz fikirlərini, hisslərini dərk etmək və bundan həyatın planlaşdırılması prosesində istifadə etmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellekt insanlara öz qabiliyyətini düzgün qiymətləndirmək və bu qabiliyyətdən qədərincə yararlanmaq imkanı yaradır.
Bu tip intellektə əsasən, psixoloqlar malik olurlar və bununla belə bu adamlar əksər hallarda çox utancaq olurlar.

9. Məkan intellekti

–insanlarda üçölçülü fikirləşmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə malik olanlar olduqları məkanı, qarşıda onları nələrin gözlədiyini yaxşı dərk edir və onlar olduqları məkanı və ondan soruşulan yerləri çox asanlıqla təsəvvüründə canlandıra və təsvir edə bilirlər.
Əsasən, dənizçilər, təyyarəçilər, heykəltaraşlar, rəssamlar və memarlar bu tip intellektə malik olurlar. Onlar labirint, puzzle ilə daha çox maraqlanır və saatlarla bir şəkilə baxa bilirlər.

HOVARD QARDNERİN "ÇOXŞAXƏLİ İNTELLEKT NƏZƏRİYYƏSİ"

Bir çoxlarımız bilirik ki, insanlar öyrənmə yollarına görə 3 ümumi kateqoriyaya bölünür: vizuallar, audiallar və kinestetiklər.

Qeyd etmək lazımdır ki, adı çəkilən bu üç ümumi kateqoriyadan başqa insan potensialına dair bir çox nəzəriyyə və yanaşmalar yaradılmışdır. Bunlardan biri Harvard Universitetinin təhsil üzrə professoru Doktor Hovard Qardner tərəfindən irəli sürülmüş çoxşaxəli intellekt nəzəriyyəsidir. Qardnerin ilkin olaraq psixologiya, daha sonralar isə insan idrakı sahəsində apardığı tədqiqat işləri 6 ilkin intellekt növünün müəyyən olunmasına gətirib çıxarmışdır. Bu gün artıq 9 intellekt növü barədə danışırıq, lakin bu siyahının yeni intellekt növləri ilə genişlənəcəyi də istisna deyil. Bu intellekt növləri fərdin unikal qabiliyyətlərini və onun intellektual bacarıqlarını hansı formada nümayiş etdirməyi üstün tutmasını müəyyən edir.

Qardnerin çoxşaxəli intellektləri

1. Verbal-linqvistik intellekt (yaxşı inkişaf etmiş verbal qabiliyyət və sözlərdə səslərə, mənaya və ritmə həssaslıq).

2. Məntiqi-riyazi intellekt (konseptual və abstrakt düşünmə qabiliyyəti; məntiqi və ədədi patternləri (nümunələri) tanımaq və seçmək bacarığı).

3. Məkan-vizual intellekti (şəkil və rəsmlər ilə düşünmək, dəqiq və abstrakt şəkildə vizuallaşdırmaq bacarığı).

4. Bədən-kinestetik intellekti (şəxsin öz bədən hərəkətlərini və əşyaları məharətlə idarə etmək qabiliyyəti).

5. Musiqi-ritmli intellekt (ritm, keyfiyyətli səs və keyfiyyətli ton yarada bilmək və musiqini dəyərləndirə bilmək qabiliyyəti).

6.Şəxslərarası intellekt (digərlərinin əhval-ruhiyyəsi, motivasiyası və istəklərini müəyyənləşdirə bilmək və ona uyğun şəkildə cavab vermək qabiliyyəti).

7. Fərddaxili intellekt (fərdin öz daxili hissləri, dəyərləri, inancları və düşünmə proseslərini anlaması və onları aydın şəkildə hiss etmək qabiliyyəti).

8. Naturalist intellekt (bitkilər, heyvanlar və təbiətdəki digər obyektləri müəyyənləşdirmək və kateqoriyalara bölə bilmək qabiliyyəti).

9. Ekzistensial intellekt (insan varlığı barədə dərin suallar vermək qabiliyyəti: Həyatın mənası nədir? Biz niyə ölürük? Biz bu planetə necə gəlmişik? və s.
 
Psixoloq Famil Səfərov 



Загрузка...
Həmçinin oxuyun:
“Gənc riyaziyyatçıların intellekt müsaqibəsi” keçirilib

“Gənc riyaziyyatçıların intellekt müsaqibəsi” keçirilib

Ağıllı olduğunuzu göstərən 11 əlamət

Ağıllı olduğunuzu göstərən 11 əlamət

“TRİZ METODİKA – İNNOVATİV UŞAQ KLUBU” – Fotolar

“TRİZ METODİKA – İNNOVATİV UŞAQ KLUBU” – Fotolar

Ümumdünya İqtisadi Forumu: Təhsilin əlçatanlığı, bərabərlik və keyfiyyəti yaxşılaşdırılmalıdır

Ümumdünya İqtisadi Forumu: Təhsilin əlçatanlığı, bərabərlik və keyfiyyəti yaxşılaşdırılmalıdır

Yetənəklərindən xəbərsiz uşaqlar

Yetənəklərindən xəbərsiz uşaqlar

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

İntellektual bacarıqların 80 faizi irsi yolla keçir

İntellektual bacarıqların 80 faizi irsi yolla keçir

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

Sonu bitməyən DİM-TN  mübarizəsi

Sonu bitməyən DİM-TN mübarizəsi

"Yüksək intellekt, qərar qəbul etmə bacarığı..."- "Yüksəliş" müsabiqəsində ŞANS

"Yüksək intellekt, qərar qəbul etmə bacarığı..."- "Yüksəliş" müsabiqəsində ŞANS

Antisosial şəxsiyyət, yoxsa asosial -ŞƏXSİYYƏT POZUNTULARI

Antisosial şəxsiyyət, yoxsa asosial -ŞƏXSİYYƏT POZUNTULARI

Əllərimiz nələrdən xəbər verir?

Əllərimiz nələrdən xəbər verir?

Övladınız dahidirmi? -Necə müəyyən edək?

Övladınız dahidirmi? -Necə müəyyən edək?

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Magistraturaya qəbul imtahanlarının müsabiqə şərtləri açıqlanıb

Magistraturaya qəbul imtahanlarının müsabiqə şərtləri açıqlanıb

Xüsusi qabiliyyəti  olan uşaqlarla işin reallaşdırılması mexanizmi

Xüsusi qabiliyyəti olan uşaqlarla işin reallaşdırılması mexanizmi

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı - MƏNTİQ

Uşaqlarda intellektin inkişafı

Uşaqlarda intellektin inkişafı

“Yeni tip rabitələr” mühazirəsini 100-ə yaxın iştirakçı dinləyib

“Yeni tip rabitələr” mühazirəsini 100-ə yaxın iştirakçı dinləyib

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti