AzTehsil.com


Xəbərlər
03 fevral 2020
1 761


Magistraturaya qəbul imtahanlarının müsabiqə şərtləri açıqlanıb



 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb.

DİM-dən   bildirilib ki, ali təhsil müəssisələrində və ya elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 13-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği müvafiq hesaba əlavə edir. Bunun üçün təqdim olunan ödəniş üsullarından istifadə etməklə 16 rəqəmli ödəniş kodu əldə edilməlidir.

İki və ya daha çox ixtisas üzrə bakalavr təhsilinə malik şəxslər öz istəklərinə uyğun olaraq onlardan birini seçməli və həmin ixtisas üzrə təhsil almaları ilə bağlı məlumatları "Bakalavrın elektron ərizəsi”nə daxil etməlidirlər. Bakalavrlar yalnız ərizə qəbulu zamanı təqdim etdikləri ali təhsil haqqında məlumatlarda (sənəddə) göstərilən ixtisasa uyğun olan qəbul proqramını və ixtisasları seçə bilərlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. Tədrisi ingilis (alman) dilində olan ixtisasların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanda ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

Xatırladaq ki, qəbul imtahanındakı nəticələri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Onlar iyunun 8-dən 18-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun olan proqramı və ixtisasları seçib təsdiq etməlidirlər.



Загрузка...
Həmçinin oxuyun:
Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya sənəd qəbulu davam edir

Magistraturaya sənəd qəbulu davam edir

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Rezidenturaya sənəd qəbulu başladı

Rezidenturaya sənəd qəbulu başladı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlayıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlayıb

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

Rezidenturaya sənəd qəbulu başlayıb

Rezidenturaya sənəd qəbulu başlayıb

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Magistraturaya qəbulun şərtləri dərc olundu

Magistraturaya qəbulun şərtləri dərc olundu

Magistrantlara şad xəbər

Magistrantlara şad xəbər

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Magistraturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib