AzTehsil.com


Xəbərlər / Müəllim
05 avqust 2020
1 265


BMT qlobal təhsilin xilas edilməsi planını açıqladı



BMT qlobal təhsilin xilas edilməsi planını açıqladı

 

Məktəblər infeksiyanın yayılmasına nəzarət etmək mümkün olan kimi tezliklə  açıq olmalıdır. Bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş pandemiya dövründə təhsil məsələlərinə həsr olunmuş videomüraciətində bildirib.  BMT başçısı əsas məqsədi pandemiyanın təhsil sahəsində fəlakətli nəticələrinin qarşısının alınması olan dörd bənddən ibarət plan açıqlayıb.

Baş katib dünyanın hələ pandemiyadan əvvəl təhsil böhranı ilə üzləşdiyini xatırladıb: müxtəlif ölkələrdə 250 milyondan çox məktəb yaşlı uşaq məktəbə getmək imkanına malik deyildir; inkişaf etməkdə olan ölkələrdə orta məktəb şagirdlərinin yalnız dörddə biri təhsilini lazımi baza bacarıqları ilə başa vururdu.

"İndi biz dünyada gedən bərabərsizliyi daha da ağırlaşdıra və tərəqqini on illərlə heçə endirə bilən daha böyük miqyaslı fəlakətlə üzləşirik”, – deyə Antoniu Quterreş bildirib.

Baş katibin sözlərinə görə, COVİD -19 pandemiyası müasir tarixdə bütün dünyada təhsil sistemində ən böyük uğursuzluğa gətirib çıxardı. İyul ayının ortalarına olan məlumata əsasən, dünyanın 160 ölkəsində, təxminən bir milyard şagird üçün təhsil müəssisələri  bağlanıb. Dünyada ən azı 40 milyon uşağın məktəbəqədər təhsil almaq imkanı olmayıb.  Valideynlər, xüsusilə qadınlar, uşaqlara evdə qayğı göstərmək və təlim keçmək yükünü öz üzərlərinə götürmək məcburiyyətində qalıblar.

"Radio, televiziya və internetdə dərslərin keçirilməsinə, eləcə də müəllimlərin, valideynlərin bütün səylərinə baxmayaraq, bir çox şagird üçün tədris hələ də əlçatmaz qalır.  Əlilliyi olan şagirdlər, azlıqların və aztəminatlı icmaların nümayəndələri, qaçqınlar, həmçinin ucqar rayonların sakinləri təlimdən geri qalmaq riski ilə üzləşir”.

Bu acınacaqlı vəziyyəti aradan qaldırmağa çalışmaq üçün BMT beynəlxalq tərəfdaşlarla birlikdə dörd mərhələdən ibarət "Gələcəyimizi xilas et!” adlı kampaniyaya başlayır.



Загрузка...
Həmçinin oxuyun:
BMT 9 sentyabrı Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edir

BMT 9 sentyabrı Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edir

BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb  Böyüt

BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb Böyüt

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

YUNESKO təhsil məqsədlərinə yenidən baxmalı olacaq

YUNESKO təhsil məqsədlərinə yenidən baxmalı olacaq

Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşü

Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşü

Pandemiya uşaq əməyindən istifadə hallarının artmasına səbəb ola bilər

Pandemiya uşaq əməyindən istifadə hallarının artmasına səbəb ola bilər

Dünyada müəllimin rolu dəyişməlidir

Dünyada müəllimin rolu dəyişməlidir

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

Ümumi gələcək naminə təhsili qorumaq

Ümumi gələcək naminə təhsili qorumaq

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Pandemiyanın təhsilə təsiri

Pandemiyanın təhsilə təsiri

Bütün dünyada qeyd olunan bayram.

Bütün dünyada qeyd olunan bayram.

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

“Təhsil və inklüzivlik”

“Təhsil və inklüzivlik”

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Nəyə görə təhsil sahəsində çalışanların əksəriyyəti qadınlardır?

Pandemiya dövründə məktəb kitabxanaları - Amerika təcrübəsi.

Pandemiya dövründə məktəb kitabxanaları - Amerika təcrübəsi.

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Pandemiya dövründə uşaqların uğurlu olması

Pandemiya dövründə uşaqların uğurlu olması

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur