UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur
"Zorakılıq uşaqlar barəsində sərhəd tanımır".
Aztəhsil.com xəbər verir ki, bu sözləri UNİCEF-in uşaqların müdafiəsi üzrə direktoru Kornelius Uilyams bildirib.
O, əlavə edib ki, dünya ölkələrində hər il 15-19 yaş arası 15 milyon qız öz irədasi olmadan təcavüzün qurbanı olur.
Bu məlumatlar BMT-nin uşaq fondu olan UNİCEF-in "Tanış simalar:
Uşaq və yeniyetmələrin həyatında zorakılıq" adlı hesabatında qeyd olunub. Hesabat dünyanın 28 ölkəsində aparılan tədqiqatların nəticəsində hazırlanıb.