Xəbərlər, Yazarlar, Ziyalılar
24 aprel 2020

Necə tələbkar oxucu ola bilərik ?

 

Sizə ən çox kömək edən kitablar, 
sizi ən çox düşündürən kitablardır.
(Teodor Volker)

Yaxşı bir kitabı sakitləşmək məqsədilə oxumaq vaxt itkisidir. Yuxuya keçmək üçün və ya gəzinti zamanı oxumaq kitabı bilik almaq üçün oxuyanlara görə boşa zaman itkisidir. Təəssüf ki, bütün bunlara baxmayaraq asudə vaxt keçirmək üçün oxuyanla, yəni maariflənməklə əyləncə arasında fərq qoymayan bir çox insan mütaliə planlarını yerinə yetirməkdə uğursuz olur. 

Kitab oxuyaraq necə yuxuya keçmək olar qaydalarına əməl etmək, kitab oxuyarkən necə oyaq qalmaq qaydalarına əməl etməkdən daha asandır. Rahat bir yatağa uzanıb sıxıcı bir kitab seçdiyinizdə bir neçə dəqiqə içərisində yuxuya keçə bilərsiniz. Kitabla yatmağa alışmış səriştəli oxucuların bu¬nun üçün gecənin qaranlığını gözləməyə də ehtiyacı yoxdur. Onlar üçün tapdıqları rahat bir yer günün hər saatında yetərlidir. 

Əsl oxucular üçün isə rahat bir divan və hətta yataqda mütaliə edərkən oyanıq qalmaq da mümkündür, hətta gecədən sabaha qədər. Və bu insanlar olduqca zəif işıqda mütaliə etməklə gözlərini korlamaqları ilə tanınırlar. Bu məşhur "şam işığında” oxuyanları oyanıq tutan nədir bəs? Bu insanlar üçün əllərində tutaraq oxuduqları kitab həyatlarında bir fərq yaradacaq gücə malikdir, yoxsa onlar belə düşünürlər?!

Kitab oxuyarkən oyanıq qalıb qalmayacağımız böyük ehtimalla oxumaqla nə hədəflədiyimizə bağlıdır. Əgər mütaliə etməkdə məqsədimiz oxuduğumuz kitabdan faydalanmaqsa - bir növ zehni və ya ruhi olaraq inkişaf etməksə - o zaman oyanıq qala bilərik. Bu o deməkdir ki, əziyyət çəkməlisiniz  qarşılığını görməyi umduğunuz bir əziyyət.

İstər bədii olsun, istərsə də qeyri-bədii, yaxşı kitablar, bu cür mütaliəni tələb edir. Yaxşı bir kitabı sakitləşdirici kimi istifadə etmək o kitabı uduzmaqdır. Oxumağa ayırdığınız vaxtlarda yuxulamaq və ya xəyala dalmaq şəxsi məqsədinizdən imtina etmək deməkdir. Təəssüf ki, bir çox insan buna baxmayaraq mütaliə planlarını yanlış həyata keçirməkdə davam edirlər. Bu insanlar hansı kitabın nə verəcəyini bilsələr də uğursuz mütaliəyə davam edirlər. Bunun səbəbi, necə tələbkar bir oxucu olunacağını, faydalana bilmədikdə şüurun mütaliə üzərində necə tutulacağını bilməməkləridir. 

Hər hansı bir kitabı oxuyarkən cavab tapmalı olduğunuz dörd əsas sual vardır.

1.Kitab bütünlükdə nə haqqındadır? Kitabın əsas mövzusu və müəllifin bu mövzunu davamlı olaraq lazım olan digər mövzular və mövzu başlıqları halında necə alt bölümlərə ayırdığını müəyyən etməyə çalışmaq lazımdır.

2. Əsas ideyalar  necə səsləndirilir? Müəllifin çatdırmaq istədiyi düşüncə, iddia və  ismarıcları tapmağa çalışmalısınız.
 
3.Kitab tam olaraq və ya qismən də olsa reallığa uyğundurmu? İlk iki suala cavab tapmasanız bu suala da cavab tapa bilməzsiniz. 

4.Fərqi nə? Əgər kitab müəyyən biliklər verirsə bunun əhəmiyyətinin nə olduğunu soruşmalısınız. Müəllif nə üçün bütün bunları bilməyin əhəmiyyətli olduğunu düşünür? Onları bilmək sizin üçün də əhəmiyyətlidirmi? Əgər kitab sadəcə sizi məlumatlandırmır, həm də maarifləndirirsə o zaman bir çox suallardan faydalanmaq lazımdır.Bir kitabı oxuyan hər bir oxucunun oxuduğu müddətdə davamlı olaraq kitaba dair suallar verməsi vacibdir. Bunu qətiyyət unutmaq olmaz. Və bu tələbkar oxucu ilə tələbkar olmayan oxucu arasında əsas fərqi müəyyən edir. 
Yuxarıda verilən suallar bir oxucunun bütün məsuliyyətini açıq göstərir.

Bu sualları oxumağa dəyər bütün materiallar üçün – kitab, məqalə və hətta bir reklam kataloqu üçün belə tətbiq etmək mümkündür. Bu dörd sualın nə olduğunu bilməklə yanaşı mütaliə edərkən bu sualları zehninizdə tutmağınız da vacibdir. Bunu etmə¬yə alışmaq tələbkar bir oxucu olmağın göstəricisidir. Eyni zamanda bunları dəqiq və tam bir şəkildə cavablandırmağı bacarmaq lazımdır. Bu cür qabiliyyətə malik olmaq oxumaq sənətinə yiyələnmək deməkdir. İnsanların kitab oxuyarkən yuxulamaqları sadəcə istəksiz oxuduqlarından deyil, eyni zamanda necə mütaliə etməli olduqlarını bilməməklərindən qaynaqlanır. Yaxşı kitablar zehninizin bir parçasına çevrilənlərdir. Əgər belə olmursa sizin üçün yaxşı deyillər deməkdir. Və zehninizin bir parçasına çevrilən kitablar, siz onlara malik olmadıqca və özünüzü onların səviyyəsinə çatdırmadıqca sizi bezdirəcəkdir. Sizi yoran gərginlik deyil, gərginliyin verdiyi çöküntüdür. Aktiv bir şəkildə mütaliəni davam etdirmək üçün sadəcə istək yetməz, eyni zamanda bu bacarığa sahib olmaq da lazımdır. 

Mütaliə etdiyiniz kitab haqqında suallar vermək alışqanlığına sahib olduğunuzda daha yaxşı bir oxucusunuz deməkdir. Ancaq hər nə qədər zehninizlə həyata keçirsəniz də bu işi qələmlə yazmaq işinizi daha da asanlaşdıracaqdır. Mütaliə edərkən ən yüksək fayda qazanmaq üçün "yaxşı bir mütaliə üçün "sətiraralarını oxumaq lazımdır”. Mütaliənin qaydaları bu sözün daha da ölçülü formada yerinə yetirilməsidir. Əgər "sətiraralarını oxumağı” bacarmasanız, ən təsirli mütaliə formasını bacarmayacaqsınız. Bir kitab satın aldığınızda bir paltar üçün pul ödəyib satın almaq kimi bir mülkiyyət haqqı qazanarsınız. Lakin bir kitaba tam anlamı ilə sahib olmaq, onu oxuyaraq, özünüzün bir parçasına çevirdikdə mümkündür.  Kitab oxumaq müəlliflə sizin aranızda söhbət kimi olmalıdır. Təbii ki, müəllif mövzu haqqında sizdən daha çox biliyə sahibdir, əgər belə deyilsə onda onun kitabını oxumaq əziyyətinə qatlaşmamalısınız. Kitab oxuyarkən qeydlər aparmaq sözün əsl mənasında sizin müəllifdən fərqli düşündüyünüz  və ya ona qarşı  fikirlərinizin ifadəsidir. Bu sizin ona göstərdiyiniz ən böyük ehtiramın ifadəsidir.
 
Azərbaycan Respublikası Təhsil İnstitutu Baş mütəxəssis. Səyyarə Məmmədova.










Загрузка...
loading...

Həmçinin oxuyun:
Həyatı insana sevdirən Əlahəzrət KİTAB, qarşında baş əyirik!-Oktay Səmədov

Həyatı insana sevdirən Əlahəzrət KİTAB, qarşında baş əyirik!-Oktay Səmədov

Uşağınız kitab oxumağı sevmirsə, bu onun görmə qabiliyyətinin zəif olması ilə bağlı ola bilər.

Uşağınız kitab oxumağı sevmirsə, bu onun görmə qabiliyyətinin zəif olması ilə bağlı ola bilər.

Hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır?

Hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır?

Qiraəti necə sevdirməli

Qiraəti necə sevdirməli

Bu məsələdə bir xeyli həssas davranmaq lazım gəlir

Bu məsələdə bir xeyli həssas davranmaq lazım gəlir

Kitab Oxumağın Faydaları

Kitab Oxumağın Faydaları

Kitab Oxumayan Qalmasın!

Kitab Oxumayan Qalmasın!

Metroda kitab oxuyanlara hədiyyə qazanmaq şansı -Bunu etsəniz...

Metroda kitab oxuyanlara hədiyyə qazanmaq şansı -Bunu etsəniz...

Uşaqları kitaba həvəsləndirmək, amma hansı?

Uşaqları kitaba həvəsləndirmək, amma hansı?

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Kitab oxumağın bilinməyən faydası - alzheimerdən qoruyur

Kitab oxumağın bilinməyən faydası - alzheimerdən qoruyur

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Kitab oxumaq sizə nələr qazandırır?

Kitab oxumaq sizə nələr qazandırır?

Ən sürətli kitab oxuyan dövlət xadimləri

Ən sürətli kitab oxuyan dövlət xadimləri

Uşaqlarda kitaba maraq necə yaradaq?

Uşaqlarda kitaba maraq necə yaradaq?

Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇

Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇

Kitab üzərindən açılan dünya...

Kitab üzərindən açılan dünya...

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

Sevimli işinizi necə tapmalı?

Sevimli işinizi necə tapmalı?

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır: