Xəbərlər, Valideyn, MÜƏLLİM
29 noyabr 2017
1360

Uşaqlarda kitaba maraq necə yaradaq?

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Uşaqlarda kitaba maraq necə yaradaq?

Valideynlər, adətən başları məişət qayğılarına qarışdığı üçün uşaqların intellektual inkişafını unudurlar. Çox vaxt rəngarəng dükanlardan hansısa bir hədiyəni uşağa alarkən valideynlər gözlərini parıldadaraq onlara necə gözəl bir şey hədiyyə etdiklərini çatdırmaq istəyirlər.

 

Xüsusilə əgər bu hədiyyələr uşağın inkişafında rol oynamayan hədiyyələrdirsə, uşaq özü də böyüyəndə belə konsumerizm (istehlakçılıq) xəstəliyinə tutulur. Yaxşısı bu olardı ki, valideynlər uşaqlarını kitaba daha çox həvəsləndirsinlər, onu uşağa qeyri-adi gözəl bir hədiyyə kimi təqdim etsinlər, belə ki, uşaqlar valideynin çatdırdığı hissiyata daha çox fikir verirlər. Bəzi uşaqlar doğuşdan gələn zəka ilə özləri biliyə meyilli olsalar da, onları istiqamətləndirmədən bu bilik mənbələrinə yönələ bilmirlər.

 

Digər növ uşaqlar isə təbiətən biliyə meyilli deyillər, amma yenə də onlara qayğı ilə vaxt sərf olunsa, bu həvəs sonradan ortaya çıxa bilər. Valideynlər öz övladlarını diqqətlə müşahidə etməli və onları həvəsləndirməkdə, istiqamətləndirməkdə daim ayıq olmalıdırlar. Lakin bəzi uşaqlar da var ki, onlar başqa həmyaşıdlarından görüb götürərək, ya özlərinin araşdırıcı xüsusiyyətlərinə görə öyrənməyə meyl salırlar. Bu zaman isə valideynlər övladlarının nə oxumasında diqqətli olmalıdırlar. 


Nadir hallarda valideynlər uşaqların əlinə keçən çap məhsullarının keyfiyyətinə diqqət yetirirlər. Uşaqlara kitab və jurnal seçimində, adətən, tam azadlıq verilir. Çünki uşaq üçün mütaliənin əhəmiyyəti çox vaxt valideynlər tərəfindən qəbul edilmir və onları uşaqların nə oxuduğu, necə seçim etmələri narahat etmir. Beləliklə, bir tərəfdən valideynlərin biganəliyi səbəbindən, digər tərəfdən dostların təsiri, həmçinin uşaqların hər şeyi bilmək və infantil meylliyindən irəli gələrək, onlar əllərinə düşən hər bir şeyi, yaxşı və ya pisə fərq qoymadan oxuyurlar.


Bu cür azadlığın mənfi nəticələri hər ata və anaya yaxşı bəllidir. Uşağın iştahasızlığı istənilən ata və anada böyük narahatçılıq yaradır. Bu səbəbdən valideynlər uşağın qida rejimini gözləməyə çalışır, onlarda keyfiyyətsiz qidadan mədə pozğunluğunun yaranmaması qayğısına qalırlar. Onlar eynilə, bəlkə də bir qədər çox, öz uşaqlarının maraqlarının inkişafı qayğısına qalmalıdırlar. Valideynlər diqqətlə nəzarət etməlidirlər ki, uşaqlara həyat yolunda ziyanlı kitablar rast gəlməsin. Əgər zəhər uşağın əqlinə çatarsa, onun ruha zərərli təsiri pis qidanın bədənə təsirindən daha güclü olar.


Qəzet və jurnallar evə müntəzəm şəkildə gətirilir və ailənin böyük üzvləri onları oxuyur. Böyüklər evin bir guşəsinə çəkilib mütaliə ilə məşğul olduğu zaman, uşaqlar da onları götürür, oxuyur və nəzərdən keçirirlər. Təəssüflər olsun ki, mətbuatda tez-tez çap olunan müxtəlif növ seksual tarixçələr və şou-biznes qalmaqalları hissiyat, zövq və davranış mədəniyyətinin formalaşmasına kömək etmir. Əgər uşaqlara maneəsiz olaraq bu cür mənəvi tələblərə zidd olan ədəbiyyatı oxumağa icazə verilərsə, onlar tədricən, əsəb və psixi xəstəliklərin qənimətinə çevriləcəklər.


Uşaqların ziyanlı ədəbiyyatı oxumasının bəzi zərərli nəticələrinin qısa təsvirini vermək, sonra isə uşaqları bu cür ədəbiyyatdan uzaqlaşdırmağın mütəxəsislər tərəfindən təklif olunan metodlarından danışmaq istəyirəm.


1. Məhəbbət mövzusunda ədəbiyyata maraq ona gətirib çıxarır ki, yeniyetmələr həqiqi dəyəri olan kitabları nəzərdən qaçırırlar. Məhəbbət mövzusunda yazılmış ədəbiyyat cəlbedici və xəyali bir stildə yazıldığından yeniyetmələr, təbii ki, böyük həvəslə onları oxuyurlar. Nəticədə biliklərin əldə edilməsindən və şəxsiyyətin zənginləşdirilməsindən ötrü gərəkli olan vaxt hədər yerə itirilir. Bu cür uşaqları yol çantası qızıl pulların ağırlığından cırılmış ehtiyatsız səyyaha bənzətmək olar: pullar yerə tökülür, səyyah isə bunu yalnız çantada qızıl pul tamamilə qurtarandan sonra aşkar edir.


2. Məhəbbət və romantik əhvalatlar bir müddət yeniyetmələri gerçək dünyadan, onun problem və tələblərindən uşaqlaşdırır, onların daxili aləmini uzun müddət fantaziya və xəyal fəzasında uçmasına imkan verir. Lakin dərin şirin yuxu gerçəklikdən son dərəcə fərqlənir. Bu cür ədəbiyyat, çətənə və ya tiryək şirəsi tək düşüncəni zəhərləyir, ətraf gerçəkliyi adekvat qavrama qabiliyyətinə dağıdıcı təsir göstərir və bu qeyri-reallığa enerji sərf edərək real həyatı hadisələrdən bu qədər uzaq təxəyyül dünyasına səyahətə qeyri-normal meyl törədir.


Yeniyetmə məktəbə dərsliklərlə birgə "Novellalar” adlı kitab da götürür. Müəllimi dinləmək əvəzinə, partanın altında gizlətdiyi kitabı gizlincə oxumağa başlayır. O, təxəyyülünün tam gücü ilə təsvir edilən hadisənin cəlbedici dünyasına qərq olur ki, bununla da dərrakəsini bu romantik özünəməxsus narkotik substansiyanın köməkliyi ilə kütləşdirir. Evə qayıtdıqdan sonra, ev tapşırıqlarını etmək əvəzinə çarpayıya uzanıb, mütaliəsini davam etdirir. Aldadıcı hadisələr uşağın təxəyyülünə o dərəcədə güclü təsir göstərir ki, onun ətraf həyatın real hadisələri haqqında təsəvvürü tamam dəyişir və o, dünyaya çəhrayı eynəklə baxan və onu təhrif olunmuş şəkildə görən insana çevrilir. Anası ev işlərində ona kömək etməyi xahiş edəndə, onu "şirin yuxudan” oyatdığına görə narahat olur. Uşaq bu xahişi ya qulaq ardına vurur, ya da buludlar üzərindən yerə enərək, onları əsəbi halda yerinə yetirməyə başlayır.


Şərhin müxtəsərliyi naminə burada dayanaq və bu cür ədəbiyyatın oxunmasının zərərli təsirinin qarşısını almaqdan ötrü bəzi metodları araşdıraq.


1. Analar və atalar daim uşaqların oxuduğu kitablara nəzarət etməli, onlara kitab seçimində yardımçı olmalıdırlar. Bununla belə, əgər uşağın əlinə ədəbsiz kitab keçərsə, valideynlər bu cür kitabları oxumağın nə səbəbdən pis olmasını uşağa izah etməlidirlər. Valideynlər uşaqlarını elə tərbiyə etməlidirlər ki, həmişə onlarla, xüsusən də anaları ilə, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq bütün məsələlərdə, o cümlədən kitab seçimi məsələsində məsləhətləşsinlər, onların öyüd-nəsihətlərinə qulaq assınlar.


2. Son dərəcə nəzakətlə, ehtiyat və xeyirxahlıqla valideynlər uşağa kitabxanada kitab seçəndə, qəzet və jurnal alanda valideynlə məsləhətləşmənin zəruri olduğunu anlatmalıdırlar. Uşaq valideynləri ilə məsləhətləşdikdən və onların fikirini öyrəndikdən sonra, əgər onlar razılıq verərsə, bu kitabı oxumalıdır. Əgər valideynlər razılıq vermirsə, uşaq o kitabı oxumaqdan vaz keçməlidir.

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...