AzTehsil.com


Xəbərlər / Yazarlar
23 aprel 2020
1 388


Həyatı insana sevdirən Əlahəzrət KİTAB, qarşında baş əyirik!-Oktay Səmədov



 

 
Məlumdur ki, hələ ən qədim zamanlarda mütaliə bacarığına cəmiyyətin yalnız ən yüksək təbəqəsinə aid insanlar malik idilər.

Şumerlərin gil lövhəciklərinin, ümumiyyətlə şumer sivilizasiyanın tədqiqi nəticəsində oxu, yazı və hesablama qabiliyyətinə yalnız imkanlı şəxslərin sahib olduqları bəllidir. Amma eyni zamanda o da məlumdur ki, Qədim Romada əhalinin əksər hissəsi savadlı olub; bu faktı yalnız arxiv materialları deyil, həm də adi insanların, əsgərlərin və hətta qulların ev divarlarında həkk olunmuş qraffitilər təsdiqləyir. Orta əsrlər Avropasında isə əhali savadlı deyildi: kəndlilər, sənətkarlar və hətta zadəganların əksəriyyəti qətiyyən nə oxuya, nə də yaza bilirdi. Zaman keçdikcə vəziyyət dəyişir, çünki istehasal münasibətləri insanları savadlı olmağa vadar edir. XV əsrin ortalarında İohann Qutenberq öz çap dəzgahını ixtira etdikdən və kitablar minlərlə nüsxədə dünyaya yayılmağa başladıqdan sonra mütaliə bacarığı monastır və universitet divarlarından kənara çıxmış oldu. Buna baxmayaraq, kitab bilik mənbəyi kimi hələ uzun müddət kifayət qədər nadir və hətta sakral əşya olaraq qalırdı. Hər halda bədii ədəbiyyat, sonralar isə publisistika cəmiyyətin həyatına qədəm qoyana və geniş yayılmağa başlayana kimi...

Bədii ədəbiyyat insanın mənəvi aləmini zənginləşdirir, dünyagörüşünü genişləndirir, estetik zövqünü formalaşdırır, onu əyləndirir. Sözsüz ki, elmi ədəbiyyatın və ya publisistik əsərlərin mütaliəsi tamamilə fərqli məqsədlərlə səciyyələnir. İstənilən halda artıq XIX, xüsulə də XX əsrdə kitabın, ümumiyyətlə mütaliənin elitarlığı tədricən itirilmiş oldu. Mütaliə əlçatan məşğuliyyətə çevrildi, əyləncəvi xüsusiyyəti maarifləndirmə və məlumatlandırma funksiyasını üstələyən kütləvi ədəbiyyat meydana çıxdı. Amma ədəbi yaradıcılıq, hətta jurnalistika olduqca məhdud sayda fərdin məşğulluq sahəsi olmuş, əvvəllər həm oxucuya, həm də yazara xas olan elitarlığı qoruyub saxlaya bilmişdi. Bir vaxtlar xüsusi nüfuz sahibi olan qələm əhlini sovetlər məkanında "insan qəlbinin mühəndisləri” adlandırırdılar. Oxucuların sayı çox, yazıçıların sayı az idi. Məhz bu səbəbdən kitab öz üzərində müəyyən mənada sakrallıq möhürünü daşıyırdı. Dəyərli kitabı əldə etmək heç də asan deyildi.

XX əsrin sonu kompüterlər meydana gəldi, İnternet, sosial şəbəkələr, elektron kitablar, kitabxanalar, kütləvi informasiya vasitələri, şəbəkə kitab satışı məntəqələri reallığa çevrildi. Elmi və bədii ədəbiyyatı mütaliə edən ciddi oxucunun ilk növbədə hiss etdiyi ona təqdim edilən mətnlərin bütün göstəricilər - orijinallıq, üslub, obrazlıq, qrammatik normativlik və s. üzrə keyfiyyətindəki geriləmə oldu. Savadlı oxucuda təəssüf hissi doğuran bu fakt çox sadə izah olunur: əli qələm tutan və ya klaviatura düymələrinə toxunan hər bir kəs ağlına gələni yazıb oxucu mühakiməsinə təqdim etməyə başladı. Əvvəllər kitabı nəşr etdirmək üçün ciddi redaksiya, nəşriyyat, mətbəə baryerlərini adlamaq, senzuradan keçmək tələb olunurdusa, indi fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı olan istənilən kəs öz düşüncələrini, "ekspert” rəyini, şeir, hekayə, məqalə və ya iri həcmli yazılarını İnternetdə sərbəst yerləşdirə, hətta satışa da çıxara bilər. Bu halda yaradıcılıq qabiliyyətinə və ya adi dil normaları haqqında anlayışa malik olmaq elə də vacib deyil. Çünki müasir dövrümüzdə şəbəkə yazarları ilə yanaşı, "ədəbi” mətnləri üslub və qrammatik xətalarla qəbul etməyə hazır olan şəbəkə oxucuları da meydana gəlib. Bu gün internet-mütaliəni yaxın keçmişdə ucuz kağız üzərində çap olunmuş bulvar romanları və detektiv əsərlərin oxunuşu ilə müqayisə edə də bilərik.

Sözsüz ki, şəbəkə ədəbiyyatını mütaliə etmək heç də qəbahət deyil. Əksinə, istənilən mütaliə cəmiyyət üzvlərinin, ilk növbədə isə yeniyetmə və gənclərin asudə vaxtının dolğunluğunu təmin edir. Amma əsas məsələ bu vaxtın səmərəli təşkili, oxunan yazının mənalı və faydalı olması ilə bağlıdır. İstənilən halda cəmiyyət elə bir dövrə qədəm qoymuş olacaq ki, əvvəlllər olduğu kimi, çap məhsulu olan kitab elitarlıq göstəricisi kimi qəbul ediləcək. Çünki kağız üzərində hər bir yaradıcılıq məhsulu yox, yalnız seçmə və dəyərli mətnlər, savadlı qələm əhlinin ərsəyə gətirdiyi və savadlı redaktorların çoxpilləli seçimindən keçmiş elmi, bədii və kütləvi əsərlər öz əksini tapacaq. Bu kitablar maddi dəyəri yüksək olduğundan cəmiyyətin yalnız imkanlı təbəqəsi üçün əlçatan olacaq ki, bu təbəqəni də, məlumdur ki, yüksək keyfiyyətli mətnlərin oxucuları formalaşdırır. Biz artıq bu mərhələnin astanasındayıq: dəyərli çap məhsulunun qiyməti bahadır. Eyni zamanda, şəbəkəyə hopmuş bisavad "yazarlar” və oxucuların sayı da artacaq, mətnlərin keyfiyyəti ilə bağlı tələblər daha da azalacaqdır.

Proqnozlaşdırılan vəziyyət nə qədər ürəkaçan olmasa da, narahatlığa dəyməz. Çünki istənilən halda mütaliə etmək mütaliə etməməkdən daha yaxşıdır. Amma unutmayaq ki, mütaliə insan beynində neyronlar səviyyəsində elə yeni hüceyrələrarası əlaqələr, insan qəlbində elə duyğular yaradır ki, onların videomətnlərin izlənilməsi prosesində yaranışı qeyri-mümkündür. Məhz bu səbəbdən kitabla ünsiyyət qurmağa dəyər.

Kitab oxumaq insanı zənginləşdirir, mənən kamilləşdirir, xəyal gücünü genişləndirir. İnsan kitab oxumaqla dünyaya baxışını dəyişir, həyat təcrübəsi qazanır. Görkəmli fransız yazıçısı Andre Morua deib: "Mədəni insan olmağın yalnız bir yolu var – mütaliə”. Tanınmış yazar Aleksandr Tvardovski isə kitabla ünsiyyəti "insanın intellektual inkişafının ali və əvəzolunmaz fopması” adlandırıb.      

Həyatı insana sevdirən Əlahəzrət KİTAB, qarşında baş əyirik!

Oktay SƏMƏDOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
 525.az qəzet



Загрузка...
Həmçinin oxuyun:
Kitab oxumaq sizə nələr qazandırır?

Kitab oxumaq sizə nələr qazandırır?

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇

Uşaqlarin mütali̇əsi̇ni̇n təşki̇li̇ndə ki̇tab seçi̇mi̇ və onun i̇darə edi̇lməsi̇

Ən sürətli kitab oxuyan dövlət xadimləri

Ən sürətli kitab oxuyan dövlət xadimləri

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Koronavirus “tətili”ni mütaliə etmək üçün fürsətə çevirin!

Koronavirus “tətili”ni mütaliə etmək üçün fürsətə çevirin!

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanlı fenomendən fenomenal kitab

Azərbaycanlı fenomendən fenomenal kitab

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

Herman Hesse| Kitab xəstəsi

Herman Hesse| Kitab xəstəsi

İrəli sürülən təklif müsbətdir -EKSPERT

İrəli sürülən təklif müsbətdir -EKSPERT

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Virtual reallıq: Texniki tərəqqi, yoxsa yeni təhlükə mənbəyi?

Virtual reallıq: Texniki tərəqqi, yoxsa yeni təhlükə mənbəyi?

Müəllim mütaliə etmədiyi gün ölür

Müəllim mütaliə etmədiyi gün ölür

“Oxu günü” tədbiri keçiriləcək

“Oxu günü” tədbiri keçiriləcək

Uşaqları kitaba həvəsləndirmək, amma hansı?

Uşaqları kitaba həvəsləndirmək, amma hansı?

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?