Ən sürətli kitab oxuyan dövlət xadimləri
Sürətli oxu modern dünyada ən çox yayılan tendensiyalardan biridir. Sürət əsri artıq ənənəvi mütaliəni qəbul etmir. Hər gün dəyişən elm, texnika insanlarda daha çox informasiya tələb edir. Bu informasiyaları isə ənənəvi yox, sürətli oxu mexanizmləri ilə əldə etmək olar.
Sürətli oxu zamanı insanın gözləri hərflərə baxarkən fərqli təsvirlər ötürsə də, beyin onlar vahid təsvirdə birləşdirməyi bacarır. Orta səviyyəli oxu səriştəsinə malik insanın gözləri bir kitab sətirində 12-16, sürətli oxucunun gözləri isə 2-4 fasilə (dayanma) edir. Mütaliə zamanı insanın gözləri hərflərə baxarkən fərqli təsvirlər ötürsə də, beyin onlar vahid təsvirdə birləşdirməyi bacarır. Bir saat ərzində mütaliə edən şəxsin nəzərləri 57 dəqiqə ərzində mətndə cəmlənmiş olur, yəni onu gözləri bu zaman nisbi sakitlik vəziyyətində olur.
Aztəhsil.com xəbər verir ki, hələ bu mexanizmlər yaranmazdan əvvəl dünyada hamını ozxu sürətinə görə qabaqlayan insanlar olub. Onların arasında siyasi xadimlərə də rast gəlinir.
Məsələn, Stalin gün ərzində 400 səhifə oxuyurdu, o, bunu özünün minimal göstəricisi hesab edirdi.
Napoleon bir dəqiqəyə 2 min söz sürəti ilə kitab oxuyurmuş.
Onu da qeyd edək ki, dünyanın ən sürətli kitab oxuyanları arasında Türkiyənin mərhum eks-prezidenti Süleyman Dəmirəl də var.