AzTehsil.com


Xəbərlər
16 aprel 2020
951


Koronavirus “tətili”ni mütaliə etmək üçün fürsətə çevirin!



Koronavirus “tətili”ni mütaliə etmək üçün fürsətə çevirin!

 

Tanınmış ziyalı Məti Osmanoğlu tələbələrinə çağırış etdi

İrqindən, kökündən-soyundan, sosial vəziyyətindən, maddi imkanlarından asılı olmayaraq indi bütün bəşəriyyət imtahan verir. Yer kürəsində koronavirus pandemiyasının yayılmasının yaratdığı təşviş bütün ölkələrin, eləcə də hər bir insanın gündəlik həyatından keçir. İndi həm hər bir dövlətin, həm də yer üzündə yaşayan hər bir fərdin, hər bir vətəndaşın qarşısında duran ən mühüm vəzifə bu imtahandan sağ-salamat çıxmaqdır. Bütün imtahanlar kimi bu da həyəcanvericidir. Ancaq son deyil, həyat özünün təbii axarı ilə davam edir.

Əslində, koronavirusun yayılmasının bu qədər ciddiyə alınmasının kökündə tarixin insanlığa keçdiyi sərt ibrət dərsləri durur. Bəla ötənə qədər təcrid olunmaq, özünün və başqalarının həyatına təhlükə yaratmamaq tələb olunur. Bunun üçün dövlət zəruri hesab olunan tədbirləri görür.  Bu tədbirlərdən biri də təhsil prosesini əhatə edir. 

İndi dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da təhsil ocaqlarının işinə fasilə verilib. Burada əsas məqsəd insanları təcrid etməklə xəstəliyin yayılması risklərini azaltmaqdır. Ona görə də bütün inzibati tələblər müzakirə olunmadan sözsüz yerinə yetirilməlidir...

İndi bizi, ilk növbədə itkilərimizi necə azaltmaq sualı düşündürməlidir. Yaranmış şəraitdən ən az itki ilə çıxmağın düzgün yolu isə hər bir vətəndaşın öz məsuliyyətini dərk etməsindən keçir. Biz həm öz həyat tərzimizi təcridolunma şəraitinə uyğunlaşdırmalı, həm də gələcəyimizin üfüqlərinə baxmağı bacarmalıyıq.

Gənclərimiz, xüsusən də tələbələr bu yeni və gözlənilməz şəraitə növbədənkənar "tətil” kimi yanaşmamalıdırlar. Yaranmış şəraiti, evdə qalmağı fürsətə çevirmək üçün yollar axtara bilərik və bu yolları tapmaq, onlardan faydalanmaq mümkündür.

İndi yeni bir təhsil forması - onlayn dərslərlə də tanışlığımız yaranır, bu sahədə ilk təcrübələrimizi aparırıq. İlk addımlarda həm texniki, həm də psixoloji baxımdan müəyyən mürəkkəbliklər müşahidə olunsa da, bu fürsət layiqincə qiymətləndirilməlidir. Onlayn dərslər, hər şeydən öncə, müəllim-tələbə və tələbə-tələbə təmaslarının arasıkəsilməzliyinə şərait yaradır. Arzu edərdim ki, onlayn dərslərdə tələbələrimizin təşəbbüskarlığı daha da güclənsin. Onlar özlərini maraqlandıran sualları verməkdən çəkinməsinlər. Oxuduqları mətnləri müzakirə etməyə çalışsınlar. Onlayn dərslərdə interaktivlik artdıqca, müəllim-tələbə təmaslarının məhsuldarlığı da artacaq.

Ədəbiyyat tarixi fənnini tədris edərkən, tələbələrimə əsas tövsiyəm bu olur ki, bədii əsərləri oxusunlar, özlərində mətn üzərində təhlil aparmaq qabiliyyəti formalaşdırmağa çalışsınlar. Yəni, istənilən yazıçını onun haqqında yazılanlara və danışılanlara görə deyil, həmin yazıçının özünün yazdıqlarına görə tanımaq lazımdır. Ədəbiyyat tarixinə, ədəbiyyatın ayrı-ayrı hadisələrinə, ayrı-ayrı əsərlərə münasibət zaman keçdikcə, elm inkişaf etdikcə dəyişir. Dəyişməyən isə yazıçıdan qalan mətnlər, bədii əsərlərdir.   

Bu baxımdan, koronavirus "tətili”ni mütaliə etmək üçün fürsətə çevirən tələbələrimizin bu sınaqdan daha uğurla çıxacaqlarına əminəm...

Məti Osmanoğlu
Bakı Dövlət Universitetinin  Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti
 muallim.edu.az 
 



Загрузка...
Həmçinin oxuyun:
6000 tələbə və 500 müəllim onlayn dərslərdə

6000 tələbə və 500 müəllim onlayn dərslərdə

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

AzMİU-da 1500-ə yaxın onlayn dərs keçirilib

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

Koronavirus ciddi səbəblərlə bağlı bir reallıqdır.

Koronavirus ciddi səbəblərlə bağlı bir reallıqdır.

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

24 saat onlayn fəaliyyət göstərən kitabxana

24 saat onlayn fəaliyyət göstərən kitabxana

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

“Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq” - CƏSARƏT VALEHOVLA #evdəqal SÖHBƏTİ

“Çətin günlər keçəcək, bu söhbətimizi təbəssümlə xatırlayacağıq” - CƏSARƏT VALEHOVLA #evdəqal SÖHBƏTİ

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslər keçirilir

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Fəal dərsin mərhələləri və nəticələri

Fəal dərsin mərhələləri və nəticələri

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

ADU-da onlayn təhsil necə qurulub?

ADU-da onlayn təhsil necə qurulub?

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Onlayn kitabxanada audiokitabların sayı artırılıb

Onlayn kitabxanada audiokitabların sayı artırılıb

Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Koronavirus pandemiyası nə qədər davam edəcək?

Koronavirus pandemiyası nə qədər davam edəcək?