AzTehsil.com


Xəbərlər / Müəllim
12 may 2018
2 986


Müəllim mütaliə etmədiyi gün ölür



Müəllim mütaliə etmədiyi gün ölür

 

Bəs əsl müəllim kimdir? Pedaqoji ədəbiyyatda illərlə öz əksini tapmış, müəllimin şəxsi və professional xüsusiyyətlərini əhatə edən meyarlar bu gün də inkişaf etməkdə, təkmilləşməkdədir. Lakin müəllimin klassik vəzifələrinin əksəriyyəti hələ də öz aktuallığını saxlamaqdadır. Onlardan bir neçəsinə nəzər salaq.

Müasir şagirdin məlumat əldə etmək imkanları az qala müəlliminkindən çoxdur. Şagirdlərindən geri qalmamaq üçün müəllim üzərində işləməyi özünün bir nömrəli işi hesab etməlidir. Əbəs yerə deyilməmişdir ki, müəllim oxumadığı, mütaliə etmədiyi gün ölür. Özünütəhsil müəllim üçün lampanın nefti kimidir. Neft tükənəndə nə qədər cəhd etsən də, lampa sönəcək. Ən məşhur idmançı belə, məşqlərinə ara versə, qazandığı nailiyyətlərlə kifayətlənsə, çox keçmədən formadan düşəcək, özündən qat-qat zəif rəqibə məğlub olacaq. O, həmişə özünü formada saxlamağı bacarmalıdır. Müəllim də elədir. Gündəlik çalışmayan müəllim dərsdə özünü heç vaxt sərbəst apara bilməz. Müəllim sənətinə verilən bu tələbin çox qədim tarixi var. Məsələn, qədim Roma pedaqoji irsində müəllimin savadlı olması mühüm əhəmiyyət kəsb etmişdir. Müəllimə əməkhaqqı dərs dediyi vaxt üçün ödənilir. Özünü təkmilləşdirməyin haqqını isə dərs dediyi şagirdlərin məmnun baxışları, ürəklərində yaşatdıqları hörmət və məhəbbətdir.

 Müəllimin məhsuldarlığı özünü yetişdirmədən mümkün deyil. Günümüzdə informasiya yeniləşməsi elə sürətlə gedir ki, ona seyrçi münasibəti bəsləmək müəllimə heç yaraşmaz. Müəllim çalışmalıdır ki, şagirdləri fənninə aid ən yeni məlumatları ondan öyrənsin. Cordano Bruno hələ o vaxt təkidlə təkrar edirdi ki, indiki zaman insanı heyrətə salan sürətlə gəlib keçir, gələcək zaman da eyni sürətlə yaxınlaşır.

 Əsl müəllim  sənətinin gələcək taleyini də düşünməyi bacarmalıdır. Ömrün boyu bircə nəfər də ardıcıl yetışdirmədən necə müəllim olmaq olar?  Barsız ağac kimi yalnız boy-buxunu, kölgəsi ilə yaşayan müəllimdən nə cəmiyyət, nə yaşadığı mühit, nə dərs dediyi şagirdləri, nə də həmkarları razı qalıb. Müəllim gileylənməklə, üzləşdiyi problemlərin məngənəsində sıxılıb inləməklə öz funksiyasını lazımi səviyyədə yerinə yetirə bilməz. O, hər dərs üçün köklənməyi bacardıqca dərsinin maraqlı, yüksək səviyyədə keçməsini təmin etmiş olur.

"Təhsil gərək insanın yediyi qidaya oxşasın...”

 Müasir müəllim qarşısındakı şagirdin gələcəyini görməyi də bacarmalıdır. Məqsədinə nail olmadıqda ruhdan düşməməlidir. Darvin, Eynşteyn, Edison və başqa tanınmışlar heç də orta məktəbdə parlaq şagirdlər olmayıblar. Bəzi qabiliyyətlər biz müəllimlərin istədiyi zaman inkişaf etməyə də bilir. Bu bizə onların gələcəklərini şübhə altına almağa haqq vermir.

Bugünkü şagirdin ehtiyac, maraq və meyilləri daha böyükdür. Buna görə də öyrənmək vərdişini şagirdin gündəlik həyatının mühüm bir hissəsinə çevirə bilmək müəllimdən böyük pedaqoji ustalıq tələb edir. Biliyin, sadəcə, verilməsi ilə kifayətlənmək olmaz. Hind yazıçısı Rabindranat Taqorun bu qızıl fikri bir fəaliyyət devizimiz olmalıdır: "Təhsil, mümkün qədər, gərək insanın yediyi qidaya oxşasın. Əgər yediyiniz qida lap birinci tikəni ağzınıza alan dəqiqədən sizə ləzzətli görünürsə, mədəniz ağzınızdan da əvvəl oyanıb açılır”. Başqa sözlə desək, atı çaya aparmaq hələ işin yarısıdır, ona su içirməyi də bacarmaq lazımdır.



Загрузка...
Həmçinin oxuyun:
Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Şagirdlərə fərdi yanaşma prinsipi

Şagirdlərə fərdi yanaşma prinsipi

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə əsas simadır

MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

Müəllim kimdir ?

Müəllim kimdir ?

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski