AzTehsil.com


Xəbərlər
17 aprel 2020
1 923


AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən yeni layihə



AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən yeni layihə

 

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əsas vəzifəsi tamaşaçılarını Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etmək, Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini və nümayəndələrini tədqiq və təbliğ etməkdən ibarətdir. Bir xalqın ədəbiyyatını bir "bütün” şəklində əks etdirən yeganə ədəbiyyat muzeyi hesab edilən bu müqəddəs söz sarayı artıq 80 ildir ki, Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir.
 
Lakin yeni növ koronavirusun (COVID-19) yayılmasının dünyada pandemiya elan olunması və Azərbaycanın da bu təsirdən kənarda qalmaması səbəbindən ölkədə elan edilən xüsusi karantin rejimi şəraitində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları ölkə Prezidentinin və AMEA rəhbərliyinin sərəncamlarına riayət etməklə elmi fəaliyyətlərini evdən davam etdirmək məcburiyyətindədirlər. Buna baxmayaraq, uzun illər həftənin yeddi günü sıralarında görkəmli dövlət xadimləri, alimlər, ziyalılar, tələbələr, məktəblilər olan yerli və xarici qonaqlarla dolub-daşan Nizami muzeyi artıq bir müddətdir ki, tamaşaçı qəbul edə bilmir.

Ədəbiyyat Muzeyindən bildirilib ki, daim qonaqlarını sevindirmək, həmçinin muzeylə tanış olmaq istəyən tamaşaçılar üçün rəhbərlik yeni layihəyə başlamağı qərara alıb. "Nizami muzeyində sizinlə” adlı layihə çərçivəsində mütəmadi olaraq muzeydə keçirilmiş ədəbi-mədəni tədbirlərin videoyazıları, seçmə qısa videoparçaları və fotolar təqdim ediləcək, muzeyin "Rəylər kitabı”ndan maraqlı nümunələr diqqətə çatdırılacaq. Eyni zamanda, muzeyin bələdçiləri ekspozisiya zalları üzrə qısa izahatlar aparacaq, dəyərli eksponatlar haqqında məlumat verəcəklər. Muzeyin bir neçə dildə izahat aparan bələdçiləri "qiyabi” tamaşaçılarını "Dörd fəsil” xalçası, III-VII əsrlərə aid Qrifon, "Kitabi-Dədə Qorqud” dastanından parçaları əks etdirən xəttatlıq nümunələri, Məhsəti Gəncəviyə həsr olunmuş "Məhsəti və Əmir Əhməd” dastanından əlyazma fraqmentləri, Xaqani Şirvani və Nizami Gəncəvi "Divan”larının daşbasma üsulu ilə çap edilmiş nüsxələri, İmadəddin Nəsiminin qəzəllərinə bəstələnmiş not vərəqləri, Məhəmməd Füzulinin əsərlərinə çəkilmiş illüstrasiyalar, Pənahəli xana məxsus "Gülləbatmaz” köynək, XIX-XX əsrlərdə yaşayıb-yaratmış şair və yazıçılarımızın şəxsi əşyaları və s. qiymətli eksponatlarla bir neçə dildə virtual olaraq tanış edəcəklər. Arzu edən vətəndaşlar muzeyin rəsmi saytını və sosial şəbəkələrdə rəsmi səhifələrini izləyə bilərlər.

Ümid edirik ki, tamaşaçılarımızla olan bu ayrılıq çox çəkməyəcək. Nizami muzeyi yenidən qapılarını sevimli qonaqlarının üzünə aça biləcək və dahilərin evinə çevrilmiş, görkəmli şəxsiyyətlərin ruhunun dolaşdığı məkanda canlı olaraq daha dolğun təqdimatlar keçiriləcək, tədbirlər baş tutacaq.AZƏRTAC 



Загрузка...
Həmçinin oxuyun:
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yardım kampaniyasına qoşulub

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yardım kampaniyasına qoşulub

Kiyevdə “Nizami Gəncəvi” gecəsi keçirilib

Kiyevdə “Nizami Gəncəvi” gecəsi keçirilib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”

Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

Sabirin “virtual muzeyinin” təqdimatı olacaq

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Nizami Gəncəvinin əsəri özbək dilində çap olunub

Nizami Gəncəvinin əsəri özbək dilində çap olunub

Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

Azərbaycanda İnteraktiv Elm Muzeyi quruldu

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

İmadəddin Nəsiminin Azərbaycan dilində "Divan"ının iki nüsxəsinin surəti əldə edilib

İmadəddin Nəsiminin Azərbaycan dilində "Divan"ının iki nüsxəsinin surəti əldə edilib

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək

Nazirlər Kabineti bu müəlliflərin əsərlərini dövlət varidatı elan etdi -SİYAHI

Nazirlər Kabineti bu müəlliflərin əsərlərini dövlət varidatı elan etdi -SİYAHI

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

Mərkəzi Elmi Kitabxana oxuculara yeni e-kitabları təqdim edir

Mərkəzi Elmi Kitabxana oxuculara yeni e-kitabları təqdim edir

Tənqidçidən məsləhət:"Məktəbəqədər hazırlıq üçün uşaqlara bu kitablar oxunsun"

Tənqidçidən məsləhət:"Məktəbəqədər hazırlıq üçün uşaqlara bu kitablar oxunsun"

Bu şəkildə Dədə Qorqud siqaret çəkir? - İddialara cavab

Bu şəkildə Dədə Qorqud siqaret çəkir? - İddialara cavab

Vasif Talıbov 30 kitabın siyahısını tərtib edib SƏRƏNCAM imzaladı

Vasif Talıbov 30 kitabın siyahısını tərtib edib SƏRƏNCAM imzaladı

AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir

AMEA-nın magistr, doktorant və dissertantları arasında inşa müsabiqəsi keçirilir