AzTehsil.com


Xəbərlər / Ziyalılar
24 oktyabr 2018
2 765


Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”



Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”

 

 
"Ədəbiyyat dərsliklərinin  üz qabığına rəssamların bədii əsərlərdən işlədiyi ayrıca epizodları vermək olmaz. Çünki, bu, şagirdi hər şeydən  təcrid edib, yalnız bir istiqamətə yönəldəcək. Eyni zamanda, yalnız bir yazıçını, onun bir əsərini təbliğ edəcək”.

Bu sözləri sözləri AzEdu.az-a açıqlamasında millət vəkili, ədəbi tənqidçi, akademik Nizami Cəfərov deyib. O, Ədəbiyyat dərsliklərinin üz qabığından danışarkən qeyd edib ki, bir zamanlar ənənəyə əsasən, bu fənn dərsliklərinin üz qabığında heç bir foto olmur, sadəcə "Ədəbiyyat” sözü yazılırdı.
 

Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”

 

 
Amma son vaxtlar nəinki bizdə, hətta digər ölkələrin dərsliklərində də klassiklərin şəkillərinə üstünlük verilir:

"Klassiklərin şəklini vermək olar, amma həddindən artıq olmamaq şərti ilə!”

"Məncə, bu, çox yaxşıdır. Hər halda şagirdlərin dəfələrlə bu yazıçıları görmələri onlarda obraz formalaşdırır. Üz qabığı üçün başqa ideya və variantları da düşünmək olar.

Azərbaycan ədəbiyyatı dərsliyində klassik dövrdən bəhs olunursa, üz qabığında Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqifin, sonrakı dövrdə Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə, müasir ədəbiyyatda isə müasir klassiklərin şəkillərini vermək olar. Amma həddindən artıq olmamaq və dövrləşməyə riayət olunmaq şərti ilə. Əks halda, üz qabığı yaxşı görünmür”.
 
 

 

Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”

 

"Üz qabığına ən böyük şəxsiyyətlərin çıxarılmasına diqqət etmək lazımdır”


"Orada şəkillər elə düzülməlidir ki, onlar xronologiya, tarixi prosesləri əks etdirsinlər. Üz qabığında xronologiya pozulmamalıdır. Məncə, aşağı sinif dərsliklərində yazıçılar daha çox təmsil olunur. Onlarda xronologiyanı gözləmək və üz qabığına ən böyük şəxsiyyətlərin çıxarılmasına diqqət etmək lazımdır. Qeyd edim ki, 5, 6, 7-dən çox rəsm də özünü doğrultmur və yorucu görünür”.

 

 

 


Ədəbiyyat dərsliklərində nələrdən qaçmaq lazım olmasına gəlincə isə Nizami müəllim bildirib ki, daha çox nələrə riayət olmasının vacibliyini axtarmaq lazımdır:


"Bu, həm də bir az rəssamlıq məsələsidir. Məsələn, Ədəbiyyat dərsliklərinin üz qabığında bu sahəni ifadə edə biləcək simvollara fikir vermək olar. O dövrün lələk qələmi, burulan kağızı və s. bu tip simvollardan başlamış, ta bədii təfəkkürümüzü ifadə edə biləcək ən müxtəlif simvollara qədər...”

 

 

 

"Ədəbiyyatın üz qabığına rəssamların bədii əsərlərdən işlədiyi ayrıca epizodları vermək olmaz.


"Çünki, bu, şagirdi təcrid edərək bir istiqamətə yönəldəcək. Eyni zamanda, yalnız bir yazıçını, onun bir əsərini təbliğ edəcək. Gərək, üz qabığı elə olsun ki, keçirilən dövrlərin ümumi ədəbiyyatı, mənzərəsi görünsün, ədəbiyyatı yaradanlar isə daha çox əks olunsun”. 


 



 





Загрузка...
Həmçinin oxuyun:
“Nizami Cəfərovun müəllifi olduğu dərsliklərdə  “akademik” biabırçılıqlar üzə çıxıb” – Etibar Əliyev

“Nizami Cəfərovun müəllifi olduğu dərsliklərdə “akademik” biabırçılıqlar üzə çıxıb” – Etibar Əliyev

ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə

ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə

Tənqidçidən məsləhət:"Məktəbəqədər hazırlıq üçün uşaqlara bu kitablar oxunsun"

Tənqidçidən məsləhət:"Məktəbəqədər hazırlıq üçün uşaqlara bu kitablar oxunsun"

Onlayn kitabxana bazasında audiokitabların sayı artırılıb

Onlayn kitabxana bazasında audiokitabların sayı artırılıb

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Onlayn kitabxanada audiokitabların sayı artırılıb

Onlayn kitabxanada audiokitabların sayı artırılıb

"3 səhifəlik bəyanatı Yaqub Mahmudov özü yazıb" – TƏHSİL NAZİRLİYİNİN YALANI ÜZƏ ÇIXDI

"3 səhifəlik bəyanatı Yaqub Mahmudov özü yazıb" – TƏHSİL NAZİRLİYİNİN YALANI ÜZƏ ÇIXDI

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

“Ədəbiyyat fənninin bütün V-XI sinif proqramı qəbul imtahanına düşə bilər” – Abituriyentlərə bəd xəbər

“Ədəbiyyat fənninin bütün V-XI sinif proqramı qəbul imtahanına düşə bilər” – Abituriyentlərə bəd xəbər

Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən DANIŞDI -MÜSAHİBƏ

Dilçilik institutunun direktoru orfoqrafiya lüğətinə ediləcək dəyişikliklərdən DANIŞDI -MÜSAHİBƏ

Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT

Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

"Bəxtiyar Vahabzadə ev dustağı edilmişdi" -Müsahibə

"Bəxtiyar Vahabzadə ev dustağı edilmişdi" -Müsahibə

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü

Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

Diplomunda müəllim sözü yazılmayanlar MİQ imtahanında necə iştirak edə bilərlər?

Diplomunda müəllim sözü yazılmayanlar MİQ imtahanında necə iştirak edə bilərlər?

Avqustun ən çox satılan kitabları - SİYAHI

Avqustun ən çox satılan kitabları - SİYAHI

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub

Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub