AzTehsil.com


Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
18 dekabr 2017
7 893


Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti



Şagirdlərdə idarəetmə vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin əhəmiyyəti

Şagirdlərin elmi və bədii təfəkkürünün inkişafı çətin, həm də uzun proses olduğu üçün onu yalnız dərslə məhdudlaşdırmaq olmaz. Təcrübə göstərir ki, sinifdənxaric tədbirlər (xüsusilə Azərbaycan dili və ədəbiyyat fənləri üzrə) şagirdlərin təlimə marağını artırmaqla yanaşı, həm də onların nitq mədəniyyətinə qüvvətli təsir göstərir.


Düzdür, sinifdənxaric və məktəbdənkənar tədbirlər məktəbin tədris proqramına daxil deyil, könüllülük prinsipinə əsaslanır və bir növ sinifdə aparılan işlərin davamı olur. Deməli, sinifdənxaric və məktəbdənkənar tədbirlər yalnız öz formasına görə tədris prosesindən fərqlənir, məzmununa görə isə bu proseslə birləşir. Ona görə də biz müəllimlər bu işə ciddi əhəmiyyət verməliyik.


Qeyd etmək lazımdır ki, bəzi müəllimlər sinifdənxaric və məktəbdənkənar tədbirlərə az fikir verir və yaxud çox səthi yanaşırlar. Sinifdənxaric iş planlı və müntəzəm olaraq müəllimlərin iş planında özünə layiqli yer tutmalıdır. Əks təqdirdə hərtərəfli insan tərbiyəsindən söhbət gedə bilməz.


Məktəblərdə sinifdənxaric tədbirlər müxtəlif formalarda aparılır ki, bunları da kütləvi tədbirlər və fərdi iş kimi qruplaşdırmaq olar.


Kütləvi tədbirlərə bütün sinfi və ya bir neçə sinfi, yaxud bütün məktəbi əhatə edən oxucu konfransları, bədii, elmi-kütləvi məruzələr, müəyyən ədəbi-bədii gecələr, kinolar, rəsm sərgiləri, ekskursiyalar, divar qəzetlərinin çıxarılması və s. daxildir. Fərdi iş təlim materiallarını müstəqil surətdə mənimsəyən və kütləvi tədbirlərdə sərbəst iştirak etməyənlərlə aparılır. Bu isə həm tək-tək şagirdlərlə, həm də qrup halında aparıla bilər.


Sinifdənxaric və məktəbdənkənar tədbirlər müəllimin özünə müsbət təsir edir, onun müəllimə proqrama ciddi əməl etməklə, şagirdləri maraqlandıran əlavə ədəbiyyat oxutmaqda, teatra, kinofilmlərə, tarixi abidələrə, muzeylərə baxmağı məsləhət görməkdə sərbəstlik verir. Eyni zamanda əgər dərsdə 1 siniflə iş aparılırsa, burada iş həm bir, həm də bir neçə siniflə, hətta bütün məktəblə aparılır. Sinifdənxaric tədbirdə şagirdlərin fəallığına, müstəqilliyinə, yaradıcılığına daha geniş yer vermək mümkün olur. Sinifdənxaric tədbirlərlə nəinki bütün şagirdləri əhatə etmək olar, həm də təfəkkürü zəif olanlarla fərdi məşğul olmaq mümkündür (unutmayaq ki, belə şagirdlər tədbirlərdə daha çox fəallıq göstərirlər).


Bu tədbirlər şagirdlər üçün də mühüm əhəmiyyətə malikdir. Belə ki, şagirdlər sinifdənxaric və məktəbdənkənar tədbirlərin fəal iştirakçısı və yaxud bilavasitə icraçısı olduqlarından tədbir onların nitq mədəniyyətinə qüvvətli təsir göstərir.


Sinifdənxaric tədbirlər şagirdin idarəetmə vərdişlərinin formalaşdırılmasına, elmi dünyagörüşünün genişləndirilməsinə, onda əsl azərbaycanlıya xas olan yüksək mənəvi və əxlaqi keyfiyyətlərin formalaşdırılmasına imkan yaradır. Şagirdin asudə vaxtının səmərəli təşkilini təmin etməklə yanaşı, sinifdə müəyyən fənlərdən verilmiş biliyi dərinləşdirir, şagirdlərin meyil və qabiliyyətini müəyyənləşdirib üzə çıxarır.


Sinifdənxaric tədbirdə şagird müəyyən vəzifəni yerinə yetirmək üçün ona tapşırılan iş üzərində axtarış aparır, bunun üçün o, müstəqil çalışmağa səy edir, bu cəhət şagirdi məsələnin mahiyyətini dərindən dərk etməyə doğru istiqamətləndirir. Şagird daha müstəqil olur, söhbət və mübahisələrə qoşulur və bu iş onun məntiqi təfəkkürünü inkişaf etdirir, nitqini zənginləşdirir.


Sinifdənxaric işlərin formaları çox müxtəlif və rəngarəngdir. Lakin yadda saxlamaq lazımdır ki, sinifdənxaric işlərin bu və ya digər formasını seçərkən, mövzuları müəyyənləşdirərkən yerli şəraiti, məktəbin tələbatını, şagirdlərin marağını, yaş və bilik səviyyəsini və bir sıra digər məsələləri mütləq nəzərə almaq lazımdır. Bundan əlavə, sinifdənxaric tədbirlərdə müvəffəqiyyət qazanmaq üçün müəllim hər şeydən əvvəl, könüllülük prinsipinə, şagirdlərin istək və arzularına, dünyagörüşlərinə fikir verməlidir. Bəzən də şagirdi maraqlandırmayan, onun zövqünü oxşamayan tədbirlərin keçirilməsi dinləyici və tamaşaçı tərəfindən qəbul olunmur. Bir şeyi də nəzərə almaq lazımdır ki, eyni bir şagirdin müxtəlif fənlər üzrə sinifdənxaric işlərlə yüklənməsinə yol vermək olmaz. Belə olan təqdirdə həmin şagirddə keçirilən tədbirə qarşı məhəbbət əvəzinə, nifrət yaranır.


Sinifdənxaric şəraiti öyrənmək və şagirdlərin maraqlarını müəyyənləşdirmək yalnız işin ilkin mərhələsidir. Əsas məsələ isə sinifdənxaric işlərin təşkili və buna daha çox şagirdin cəlb olunması və bu işlərin keyfiyyətinin yüksəldilməsidir. Belə ki, məktəblərdə keçirilən müxtəlif fənlər üzrə gecələr, diskussiyalar, görkəmli şəxsiyyətlərlə görüşlər, respublikamızın müxtəlif görməli yerlərinə ekskursiyalar artıq ənənə halını almışdır. Ancaq bu ənənə bəzən mənasız, yadda qalmayan tədbirlərin keçirilməsinə, ona baxanların isə həm vaxt itkisinə, həm də yorulmasına səbəb olur. Bu tədbirlər ya bütünlüklə metodbirləşmələrə, ya da məktəbdə fəaliyyət göstərən müxtəlif dərnək və maraq məşğələlərinə həvalə edilsin. Yəni  tədris ili ərzində hər bir kafedranın, dərnək və maraq məşğələlərinin qoyduğu tədbirlər hesabat xarakterli olsun. Mənə elə gəlir ki, belə tədbirlər daha keyfiyyətli olar və uzun müddət yaddaşlardan silinməz.




Загрузка...
Həmçinin oxuyun:
Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri

Sinifdənkənar və məktəbdənkənar tərbiyə işləri təşkilatçısının vəzifələri

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

İbtidai siniflərdə oxu vərdişlərinin yaradılması - SİNİFDƏNXARİC OXU şagirdlərə nə verir ?

İbtidai siniflərdə oxu vərdişlərinin yaradılması - SİNİFDƏNXARİC OXU şagirdlərə nə verir ?

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Məktəbdə Dərnək Rəhbərinin  Əmək funksiyası

Məktəbdə Dərnək Rəhbərinin Əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Direktoryanı müşavirələrdə müzakirə   etmək üçün hazırlanan məsələlər

Direktoryanı müşavirələrdə müzakirə etmək üçün hazırlanan məsələlər

Fiziki tərbiyə

Fiziki tərbiyə

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Məktəbdə təşkilatçı müavinin işinin məzmunu (tezislər )

Məktəbdə təşkilatçı müavinin işinin məzmunu (tezislər )

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

Direktoryanı müşavirələrdə müzakirə   etmək üçün hazırlanan məsələlər

Direktoryanı müşavirələrdə müzakirə etmək üçün hazırlanan məsələlər

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Məktəbdaxili idarəetmənin  pedaqoji təhlilin  əsas növləri

Məktəbdaxili idarəetmənin pedaqoji təhlilin əsas növləri

YADDAŞ  Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

YADDAŞ Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Sinif rəhbəri haqqında əsasnamə

Sinif rəhbəri haqqında əsasnamə

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ