AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Müəllim
20 fevral 2020
17 271


Kütləvi savadsızlıq yaradan kurikuluma “YOX” deyək?



Kütləvi savadsızlıq yaradan kurikuluma “YOX” deyək?

 

Bilmirəm, kimin sözüdür: "Hamı sənə qarşı gəlirsə, otur fikirləş, bəlkə, sən hamıya qarşı gedirsən”.

12 ildir, Azərbaycanda "kurikulum” adlanan təhsil sistemi mövcuddur və 12 ildir, jurnalistlərdən tutmuş təhsil işçilərinin özlərinə qədər, əksəriyyət bu sistemi tənqid edir. Bu günlərdə, bizim təhsil ekspertləri də bu məsələni gündəmə gətirəndə yuxarıdakı aforizm yadıma düşdü.

Tənqid edib nə deyirlər?

Kurikulum 1) kütləvi savadsızlıq yaradır; 2) Qərb təfəkkürünün məhsuludur; bizə yaramır; 3) diaqnostik, formativ, summativ qiymətləndirmələri və formal hesabatları ilə müəllimlərin vaxtını alır; təhsilə vaxt qalmır.

Bunu bir çox sıravi təhsil işçiləri deyirlər və bu arada kurikulumu tətbiq edən Misir Mərdanov və onun komandasını da "şirin” sözlərlə yada salırlar.

Təhsil sistemini daha dərindən analiz edən təhsil işçiləri, ekspertlər və bəzi təhsil məmurları isə gileylənirlər: 1) Kurikulum sənədində çatışmazlıqlar çoxdur; bu sənəd təftiş olunmalı və təkmilləşdirilməlidir; 2) Kurikulumu təhsildə tətbiq etməmişdən əvvəl müəllimləri bu sistemə ciddi şəkildə hazırlamaq lazımdır.

Əksəriyyətin bu tənqidinə qarşı azlıq ürkək səslə deyir: "Nəyi pisdir ki? Şəxsiyyətyönümlü təhsildir”.

Şəxsiyyətyönümlü təhsil?

Çox amorf və yayğın arqumentdir. Bugünkü təhsilə "intellektyönümlü” desək, daha doğru olar. Şəxsiyyətyönümlü təhsil, sadəcə, məzmun standartları əsasında deyil, kompetensiyalar (səriştələr) əsasında qurulmalıdır. (Daha bir əcnəbi söz!)

Orta məktəbdə bu təhsil konsepsiyalarını belə fərqləndirmək olar:

Bilikyönümlü: şagird elmlərin əsaslarına yiyələnir.

İntellektyönümlü: şagird yüksək nitq (xüsusilə, sürətli oxu) bacarıqlarına, zəngin söz ehtiyatına, riyazi-məntiqi təfəkkürə malik olur, problemi həll etmək üçün düzgün qərarlar verə bilir.

Şəxsiyyətyönümlü: şagird, xarakterində mili və ümumbəşəri əxlaqi dəyərləri birləşdirir, vətənpərvərdir, demokratik düşüncəlidir, kreativ təfəkkürə malikdir, yeniliklərə maraq və həvəs göstərir.

Belə şagird yetişdirmək üçün hətta ən mükəmməl təhsil konsepsiyası, ideal təhsil sistemi belə kifayət etməz. Bunun üçün müəllim özü peşəkar olmaqla yanaşı, şəxsiyyət olmalıdır.

Qərb təfəkkürünün məhsulu?

Kurikuluma nifrətini gizlətməyənlər tez-tez şikayət edirlər: niyə biz təhsilimizi xaricilərin verdiyi modellər əsasında qurmalıyıq, öz ağlımız yoxdur bəyəm? Beləsi fərqinə varmır ki, əlində tutduğu mobil telefon, sürdüyü maşın, işlətdiyi kompüter də Qərb təfəkkürünün məhsuludur. Görəsən, niyə onlardan imtina etmir?

Bəzən də acıqlarını "kurikulum”, "summativ”, "formativ” kimi sözlərdən çıxmaq istəyirlər. Niyə tədris proqramı yox, "kurikulum”? Mən də sual verirəm: niyə səyahət yox, kruiz, niyə inşa yox, esse? Guya ki, "tədris”, "proqram”, inşa” sözləri əsl Azərbaycan sözləridir.

Milli natamamamlıq kompleksindən uzaq olub bir şeyi etiraf etməliyik: biz təhsildə həmişə gecikirik. Qərb bilikli insan yetişdirəndə biz ideoloji beyinlər formalaşdırırdıq. Qərb məntiqi, tənqidi təfəkkürü inkişaf etdirəndə biz biliyimizi artırmaq üçün yollar axtarırdıq. İndi dünya, təhsili yaradıcı təfəkkürə yönəlik qurur, biz isə hələ bilmirik, kurikulumla nə edək.

Bəli, Qərb təfəkkürü daha rasionaldır. Onlar tədrisdə hər bir addımın məqsədini müəyyənləşdirməyi bacarırlar. Biz bu məqsədləri yeni trendlərə uyğun formalaşdıra bilmədik, ona görə də sistem, konsepsiya üçün onlara müraciət etdik. Amma o da həqiqətdir ki, yuxarıdan endirilən bəzi məzmun standartları işimizə yaramadı və on il ərzində heç kim buna əhəmiyyət vermədi.

O qatarın dalınca baxma

Bu yaxınlarda sosial şəbəkədə belə bir fikrə rast gəldim: "Kurikulum, yoluna düşmüş qatarı (təhsili) relsdən çıxardı”. Doğrudanmı, kurikuluma qədər hər şey çox yaxşı idi? Sözsüz, bilik vermək bacarıq formalaşdırmaqdan daha asandır. Ona görə də bəzilərinin nostalji hisslərini başa düşmək olar.

Konservatizm, alışqanlıq əksər insanlara xas keyfiyyətdir. Müəllimlərin böyük əksəriyyəti istəyər ki, alışdığı tədris proqramı ilə və illər uzunu öyrəşdiyi dərsliklə, təlim üsulları ilə dərs keçsin. Onlara Amerika linqvisti və politoloqu Noam Xomskinin sözlərini xatırlatmaq yaxşı olardı: "Əgər sən öz fənnini beş il əvvəlki kimi tədris edirsənsə, deməli, ya sənin fənnin ölüb, ya da sən”.

Bəli, təhsil yerində dayanmır. Xüsusilə, Azərbaycan təhsili yerində saya bilməz. Dünya təhsilinin son nailiyyətlərini əldə etmək üçün o çox sürətlə dəyişməlidir. Akademik Çingiz Qacar demişkən, "Biz Qərb qatarının dalınca qaçmamalıyıq, o gedə-gedə vaqona tullanmalıyıq”. Akademik, sözsüz ki, düz deyir, çünki bu qatar heç vaxt dayanmayacaq, bizi gözləməyəcək. Dünya təhsili daim inkişafdadır.

Mahiyyət və formallıq

Bəzən ən yaxşı ideyaları da əcaib formada həyata keçiririk, sonra isə fiaskoya uğrayıb həmin ideyaları söyürük.

Hər bir təhsil sistemi müəyyən təfəkkür tərzi tələb edir. Kurikulum sənədi üzərində işləyən elə "mütəxəssislər” var ki, onun mahiyyətini dərk etməyiblər, sadəcə formal tərəflərini mənimsəyiblər: terminləri, onların təriflərini, məzmun standartlarını, təlim üsullarını, prosedur qaydaları əzbərləyiblər. Bu "mütəxəssislər” başqalarına treninq keçiblər, onlar da yerlərdə müəllimlərə kurikulumun nə olduğunu "öyrədiblər”. Nəticədə milyonlar xərclənməsinə rəğmən kurikulumdan xəbərsiz müəllimlər ordusu yaranıb.

Yeni təhsil sisteminə münasibətdə müəllimləri bir neçə qrupa bölmək olar: 1) kurikulumu bəyənməyənlər və səbirsizliklə onun ləğvini gözləyənlər (çoxluq təşkil edir); 2) bu təhsil sisteminə yaxşı bələd olmayanlar, amma öyrənmək istəyənlər (çoxalmaqdadır); 3) kurikulumla işləməkdən yaradıcılıq impulsu alanlar (çox azdır)

Bir şeyi dəqiq bilirəm: nəyi isə tənqid və ya tərif etmək üçün onun mahiyyətini dərindən bilməlisən. Kurikulumun mahiyyətinə varan elə bir adam tanımıram ki, onun ləğv olunmasını istəsin. Bəs qalanları narazı salan nədir?

Şagirdə, sadəcə, bilik öyrətmək yox, bacarıq, təfəkkür formalaşdırmaq lazımdır. Bunun üsullarını müəllimə öyrədən olmayıb.
Məktəbdaxili qiymətləndirmə kağız-kuğuzla müşayiət olunan çox mürəkkəb, bəzən formal və bürokratik mexanizmə çevrilib ki, bu da müəllimlərdə ikrah hissi doğurur.
Mən təhsilə inanmıram, qiymətləndirməyə inanıram

Bu, ingilislərin sözüdür. Mənası belədir: "Hörmətli müəllim, deyirsən ki, yaxşı dərs keçmisən. Mən buna o vaxt inanaram ki, sənin şagirdlərin qiymətləndirmədə yaxşı nəticə göstərsinlər”.

Bəs bizdə indiyə kimi necə idi? Müəllim "açıq dərs” verməli idi, mötəbər komissiya da yığışıb onun pedaqoji bacarıqlarına qiymət verməli idi.

Yeni təhsil sistemində qiymətləndirmə təhsilin tərkib hissəsidir. Bunsuz keçinmək mümkün deyil. Sadəcə, bu prosesdə müəllimin yükünü azaltmaq lazımdır. Onun ixtiyarında çoxlu miqdarda qiymətləndirmə resursu olmalıdır. Ona müxtəlif, sadə və mürəkkəb qiymətləndirmə mexanizmləri təklif etmək lazımdır ki, istədiyini seçə bilsin.

2019-da yeni təhsil sistemi ilə təhsil alan şagirdlər məzun oldular. Onlar 2018-in ənənəvi təhsil alan məzunlarından nə ilə fərqlənirdilər? Bunu ölçən oldumu? Ümumiyyətlə, belə bir ölçü meyarı varmı?

Bəzi təhsil ekspertləri məsələ qaldırdılar ki, qəbul imtahanlarında kurikulumla təhsil alanlar əvvəlki illərə nisbətən aşağı bal topladılar. Və bu məsələdə də kurikulum günah keçisi oldu. Əslində isə, kurikulum üzrə təhsilalanların bacarıqlarını qiymətləndirmək üçün DİM hələ çox iş görməlidir.

Və sonda …

Albert Eynşteyn deyib ki, məktəbdə öyrədilənlər unudulandan sonra şüurda qalan nə varsa, təhsil odur. Çalışaq, gələcək vətəndaşlarımızın şüurları sağlam olsun.

Rafiq İsmayılov



Загрузка...
Həmçinin oxuyun:
Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Qəbul imtahanlarında maksimum bal toplayanlar nəyə görə azalıb?

Qəbul imtahanlarında maksimum bal toplayanlar nəyə görə azalıb?

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

"Kurikuluma keçdiymiz bu 10 il müddətində təhsilmizdə hansı inkişafa nail olduq?"

"Kurikuluma keçdiymiz bu 10 il müddətində təhsilmizdə hansı inkişafa nail olduq?"

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

2018-ci il təhsil sistemində hansı dəyişikliklər gözlənilir?-İstəklər və proqnozlar

2018-ci il təhsil sistemində hansı dəyişikliklər gözlənilir?-İstəklər və proqnozlar

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Şagirdləri necə qiymətləndirməli?

Şagirdləri necə qiymətləndirməli?

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Şagirdləri çökdürən əlavə dərsliklər – “Özləri onları alır, sonra deyirlər ki,  biz məcbur edirik”

Şagirdləri çökdürən əlavə dərsliklər – “Özləri onları alır, sonra deyirlər ki, biz məcbur edirik”

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə