AzTehsil.com


Xəbərlər / Ekspert
10 mart 2018
3 181


2018-ci il təhsil sistemində hansı dəyişikliklər gözlənilir?-İstəklər və proqnozlar



2018-ci il təhsil sistemində hansı dəyişikliklər gözlənilir?-İstəklər və proqnozlar

 

2017-ci il artıq başa çatsa da, təhsil sahəsində bir çox hadisələrlə yadda qalıb. Təhsil Nazirliyinin məlumatına görə, cari ildə ali məktəblərə 37 mindən çox abituriyent qəbul olunub. 225 nəfər azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb. Bununla yanaşı, şagirdlər beynalxalq olimpiadalarda 38 medal qazanıb. Lakin bu naliyyətlərlə bərabər, istər məktəbəqədər təhsil müəssisələrində, istər məktəblərdə, istərsə də universitetlərdə narazılıq doğuran hadisələrə də rast gəlinib. 2017-ci ilin sonlarında isə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin olunub. 

Yeni il, eyni zamanda yeni tədris ili də deməkdir. 2018-ci il hələ təzə daxil olsa da, təhsil sistemində bəzi ciddi dəyişikliklərin olacağına dair məlumatlar yayılıb.  Kurikulum sisteminin və  ali məktəbə qəbul imtahanlarında test üsulunun ləğvi kimi xəbərlər sosial şəbəkələrin gündəminə çevrilib.

Bəs şagirdlər, tələbələr və müəllimlər 2018-ci ildə təhsil sistemində hansı dəyişikliklərin olmasını istəyirlər? Onlar əsasən nədən narazıdırlar?

Azedu.az saytı bu sualla şagird, tələbə və müəllimlərə müraciət edib.

Nəsimi rayon, 211 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Rövşən Zeynallı istəyir ki, kurikulum sistemi ləğv olunsun.

"Kurikulum mənə çox çətinlik yaradır. Ona görə də istəyirəm ki, 3-cü sinifdə dərslərim rahat olsun”.

Səbail rayon, 51 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Məryəm Rüstəmova da bu sisteminin ləğv olunmasını istəyir:

"Kurikulum çox çətindir. Xüsusilə də riyaziyyat fənni. Elə məsələlər var ki, heç onu müəllim də başa düşmür”.

Xırdalan şəhər, 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Sadiq İsmayılov hazırki təhsil sistemində nizamsızlıq olduğunu qeyd edib:

"Bəzi sinif yoldaşlarım summativ qiymətləndirmədə "bəxtlərini sınayırlar”. Onlardan bu üsulla "4” və "5” qiyməti alanlar da olur. Əslində kurikulum sistemi yaxşı sistemdir. Amma Azərbaycanda bu sistemi tətbiq etsələr belə, bizim məktəbdəki lövhəyə təbaşir tapmaq  mümkün deyil.

Keçən il mənim "Azərbaycan Dili” dərsliyimdə küçədə işlədilən sözlərin yazıldığı səhifələr var idi.

9-cu sinif və daha aşağı siniflərdə  bəzi fənnlərin keçirilməsini istəməzdim. Musiqi, Təsviri İncəsənət, Texnologiya kimi dərslər Azərbaycan məktəblərində demək olar ki, boş keçir. Bu dərslərin ləğv olunub yerinə lazımlı dərslərin əlavə olunması daha yaxşı olardı”.

Səbail rayon, 49 saylı "İntellekt” məktəb-liseyin ibtidai sinif müəlliməsi Natiqə Vəliyeva dərsliklərdəki problemlərin həllini tapacağına olan ümidini itirib:

"Həyat bilgisi dərsliyi bərbad vəziyyətdədir. Mövzular ya çox sadə, ya da çox mürəkkəbdir. Ümumilikdə  uşaqların başa düşəcəyi bir dildə yazılmayıb.

Azərbaycan dili kitablarında isə qrammatik bilgilər yox dərəcəsindədir. Əvvəllər "Oxu” və "Azərbaycan dili” dərslikləri ayrı idi. İndi isə hər iki kitab birləşdirilib. Azərbaycan dili dərsliyinin ayrıca dərslik olması daha məqsədəuyğundur.

Bundan əlavə, hər dərs bölməsi bitdikdən sonra summativ qiymətləndirmə aparırıq. Həmin testlərdə  elə bir sual ortaya çıxır ki, o dərslikdə yoxdur. Məsələn, felin zamanından sual var, amma kitabda bu mövzunun sadəcə adı çəkilir.

Summativ qiymətləndirmənin mənfi tərəfləri var. Elə şagird var ki, yaxşı oxusa da, bu testlərdə çaşa bilir və zəif qiymət alır. Amma  şagird də var ki, heç nə bilmir və şans əsəri qeyd etdiyi cavablar  doğru çıxır. Deməli, yaxşı oxuyana "3”, yaxşı oxumayana isə "5” qiyməti verməliyik.Məsələn, bir şagirdim çox zəifdir, amma testlərdə əksər vaxt şans əsəri doğru bəndi seçir. Ona yaxşı qiymət verməsəm, onun, versəm  yaxşı oxuyanın haqqını tapdalamış oluram. Beləliklə, düzgün qiymətləndirmə aparılmır.

Böyük summativ qiymətləndirmədə isə  60 % üstünlüyü kiçik summativ qiymətləndirmənin cavabları təşkil edir. Kiçik summativlərin qiymətləri toplanılır,

öz sayına bölünərək 0,4-ə vurulur. Böyük summativin cavabları isə 0,6-a vurulur.Hər iki nəticələr toplanaraq ortaq qiymət çıxarılır. Yəni əgər şagird bütün summativdən "2”, sadəcə böyük summativdən"5” alıbsa, onun alacağı qiymət "4”-dür.

Kurikulum sisteminin yaxşı və pis tərəfləri var. Bu sistemi yaşlı müəllimlər tamamilə tənqid edir. Çünki kurikulumda məntiqi testlər və tapşırıqlar daha çoxdur. Demək olar ki, 50 yaşdan yuxarı müəllimlər əvvəlki tədris proqramlarına öyrəşiblər deyə bu sistemi tədris etməkdə çətinlik çəkirlər. Kurikulum sistemini ən çox pisləyən də məhz onlardır.

Bu sistemin mənfi tərəfi şagirdin yalnız testlə qiymətləndirilməsidir. Digər müqayisəli məqam isə əlavə dərs vəsaitlərinin çoxluğudur. Amma deyə bilərəm ki, özünü incitmək istəməyən müəllim şagirdə iş dəftərləri aldırmır.Biri var 1 kitabdan dərs keçəsən, biri var 2 və ya 3.  Əlavə vəsaitlərin heç bir  ziyanı yoxdur. Hamı tənqid etsə də, mənə elə gəlir ki, bunlar çox məqsədəuyğundur.

Tələbələrin 2018-ci ildən gözləntiləri isə fərqlidir.

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Yetər Kərimli ümid edir ki, 2018-ci il Azərbaycan tələbələri adına daha şəffaf bir il olacaq:

"Fakültələrdə təcrübə tələb edən fənnlərin imtahanının yazılı yox, elə praktiki formada keçirilməsinin tərəfdarıyam.Eyni zamanda abituriyentlərin universitetə qəbul imtahanlarında topladıqları balın onların talelerini həll etməyini istəməzdim. Məsələn, şagird 400 bal yığırsa, arzuladığı ixtisasdan daha çox balının hara uyğun olduğunu fikirləşir. Bu sistem yığışdırılsa, yaxşı olardı”.

Bakı Dövlət Universitetinin magistrantı Nurlan Ağa təhsildə hərtərəfli inkişafın əsas götürülməsini vacib sayır:

"Ali təhsildə bütün universitetlər eyni sistemlə işləsələr, daha yaxşı olar. Yeni və uğurlu metodlar seçilməlidir. Məktəb şagirdlərinin dərsləri də çox ağırdır. Bu, bir növ bir qazan aşı bir dəfəyə yeməyə bənzəyir, sən onu yeyə bilərsən, lakin bu o demək deyil ki, sən yediklərini həzm edə biləcəksən. Ali təhsildə isə tələbələrə dəstək olmaq lazımdır.Təqaüdlər yüksək olmalıdır ki, tələbələr bu pulla özlərini dolandıra bilməkdən savayı, təhsil üçün əlavə işlər də görə bilsinlər. Məsələn, magistrant elmi məqalələr dərc etdirməlidir,amma elmi jurnallara məqalə vermək ödənişlidir. Ən yüksək qiymətləri olan tələbəyə belə təxminən 110 manat təqaüd verilir. İndi düşünün: magistrant bu pulla həm oxumalı, həm yaşamalı, həm də elmi araşdırmalar aparıb, dərc etdirməlidir”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Aynur Nəsirovanın sözlərinə görə, 2018-ci ildən praktiki dərslərin sayı artırılmalıdır:

"Universitetlərdə sessiya imtahanlarının həm nəzəri, həm də praktik üsullarla keçirilməsi daha düzgün seçimdir”.

Açıqlamalardan da göründüyü kimi tələbə, şagird və müəllimlərin 2018-ci ildən gözləntiləri böyükdür. Bəs 2018-ci ildə təhsil sistemində hansı dəyişikliklər gözlənilir? Bu barədə Azedu.az-a təhsil eksperti Nadir İsrafilov danışıb:

"Əlbəttə məsələyə məntiqi cəhətdən yanaşsaq, bilavasitə şahidi oluruq ki, təhsilimizin mövcud durumu ölkə başçısının hələ 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kifayət qədər konkret və anlaşıqlı şəkildə şərh olunub:

 "Təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyil və keyfiyyətə yönəlməyib”.

Başqa sözlə desək, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, mövcud vəziyyətin təhlili göstərib ki, peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır.

2017-2018-ci dərs ili ölkənin dövlət ümumi təhsil müəssisələrində "Təhsildə keyfiyyət ili” elan olunub”.Nəzrin Rüstəmova//



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

Şagirdləri necə qiymətləndirməli?

Şagirdləri necə qiymətləndirməli?

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO

Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

Məktəblərə muxtariyyət verilir - Təhsildə niyə işıq görünmür?

Məktəblərə muxtariyyət verilir - Təhsildə niyə işıq görünmür?

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?